Menopauza zamanı hər 3 qadından biri,sonrakı dönəmdə isə hər 2 qadından biri bu vəziyyətdən əziyyət çəkir.Bu şikayətlə həkimə müraciət etmə sayı isə olduqca azdır.Bu qadınların həyat keyfiyyətini aşağı salmaqla bərabər onların gündəlik həyatında da özlərini sağlam və gümrah hiss etmələrinin qarşısını alır. Dünyanın aparıcı qadın xəstəlikləri üzrə mütəxəssis həkimləri bu halın 2 yaşdan aşağı və 85 yaşdan yuxarı bir halda sırf fizioloji bir prosesin (uşaqlıq dönəmi və yaşlılıq dönəmi halları) nəticəsi olduğundan buna yumşaq davranılmasını təklif etsələr də bu yaş aralıqlarında mütləq həkimə müraciət edilməli olduğunu bildirirlər,çünki bu bir xəstəlik olduğu üçün müalicəyə tabe edilməli və qarşısı mütləq alınmalıdır.Xəstəliyin stress və təcili formalı iki tip gedişi aydınlaşdırılmışdır.Hər iki halda medikamentoz müalicə effektiv olsa da,ikinci halda nəticəyə çatmaq üçün bəzi hallarda çanaq əzələlərinin fizioterapevtik bəzən də cərrahi üsullar ilə möhkəmləndirilməsindən istifadə oluna bilər.