40 həftəlik möcüzə

40 həftəlik möcüzə

Hamiləlik böyük sevinc və təkrarolunmaz hissiyyatlarla dolu uzun və məsuliyyətli bir yolçuluqdu.Bu yolun sonunda səni böyük sevinc gətirən kiçik möcüzə gözləyir.Hamiləlik orta hesabla 280 gün və ya 10 qəmər ayı və ya 40 həftə çəkir.Bu müddət ərzində 2 kiçik hüceyrədən körpə bir orqanizm qurulur.Bəs bu müddəti necə təhlükəsiz və zövqlə keçirməli..?
4-cü həftə=1ay.
Embrionun uzunluğu 6mm təşkil edir.
Beyin,onurğa,mərkəzi sinir sistemi formalaşır.Başda 4 çuxur yaranır-bunların ikisi qulaq,ikisi göz yuvalaridir.Bu periodun axırında ürək döyünməyə başlayır…
 
8-ci həftə=2ay.
Uzunluğu 2,5 sm-ə çatmışdır.
Embrion artıq döl olmuşdur,onun əsas daxili orqanları formalaşmışdır.Üz cizgiləri bilinir,barmaqlar çıxmış,əllər,ayaqlar,çiyin,dirsək,bud,diz artıq uzanmişdır.Döl hərəkətlidir,lakin siz hələ onu hiss etmirsiniz.Yeni hissiyyatlar-yorğunluq,yuxululuq başlayır.Ürəkbulanmalarınız başlaya bilər,xüsusilə səhərlər daha çox olur.Səhər qidasını yüngül və təzə yeməklərdən təşkil edin.Səhər və axşam gəzintilərinin də faydası vardır.Ürəkbulanmalarınız çox əziyyətlidirsə,qidalanmanıza mane olursa həkiminizə müraciət edib bir kurs toksikozəleyhinə müalicə alın.Uzun müddət ayaq üstə qalmayın,ağır fiziki işdən,ağır yük qaldırmaqdan çəkinin.Siqaret,spirtli içki qəbulundan isə söhbət etməyə belə dəyməz.Siqaret çəkən yoldaşınızı isə ərklə balkona qova bilərsiniz.Çünki gələcəkdə körpə olacq evdə siqaret çəkilməsi qəti qadağandır...
 
12-ci həftə=3ay.
Dölün uzunluğu 6,5 sm,çəkisi 18 qr.
Döl başı bədənı ilə nisbətdə böyük və cücərmiş ayaqları və əlləri çox qısa olmağına baxmayaraq artiq insana daha çox oxşamağa başlayır.Daxili orqanları isə artıq formalaşmışdır,fəaliyyət göstərir,körpəciyiniz infeksiyalara və dərmanların təsirinə qarşı davamlıdır.Qan dövranı və sidik ifrazı normal fəaliyyət göstərir.Qaraciyər öd ifraz edir.Balaca artıq yumruq düzəldir və baş barmağını fırlada bilir.Ağzını açıb yumur,xoşu gəlməyən şeylərə üz-gözünü qırışdırır.Sizin səhər ürəkbulanmalarınız azlacaq,bir az yüngülləşəcəksiniz.tez özündən çıxmağınız və əsəbiliyiniz isə hormonal fonun dəyişməsinə bədəniniz vərdiş oluncaya qədər saxlanılır.Qəbizliklər artıq özünü göstərməyə başlayır,bəzən qidalanmadan da asılı olmayaraq uzunmüddətli qəbizlik olur.Süd vəzilərində gedən dəyişikliklərə  görə büsqalterinizi dəyişdirin,daha geniş və sıxmayan yenisini alın.Qidalanmanızı tam dəyərli edin,meyvələr,tərəvəzlər,zülallı qidalardan istifadə edin.Stressdən yayının,daha çox aktiv işlə məşğul olun.Körpənizi yaxşı formalaşdırmaq üçün gözəl yerlərə,incəsənət salonlarına gedin,duyumlu musiqilərə qulaq asın,xoş əhvalda olmağa çalışın.Təmiz havada yatın.Sağlamlığınızda problemlər,məsələn, kariesli dişlər varsa,onları müalicə etdirin.
Top