Hamilələrin gigiyenası

Hamilələrin gigiyenası

Hamiləlik zamanı qadının bədəni ikiqat təsirə məruz qaldığı üçün onun şəxsi gigiyenası böyük əhəmiyyət kəsb edir. VACİBDİR:
  • gündə 1-2 dəfə duş qəbul etmək, əgər belə imkan yoxdursa, bədəni ev temperaturunda olan suda isladılmış dəsmalla silmək;
  • gündə iki dəfə xarici cinsiyyət üzvlərini ilıq su və sabunla yumaq; (şırınqa etmədən!)
  • hər gün 20-22 ºC temperaturda 5-10 dəqiqədən başlayaraq, 20-30 dəqiqəyə qədər catdırmaqla hava vannaları qəbul etmək. Yayda gün vannaları, qışda və payızda isə ultrabənövşəyi şüalanma çox xeyirlidir;
  • döş vəzləri üçün alt paltarı rahat, düzgün ölçülü və təbii parçadan olmalıdır;
  • geyim rahat olmalı, döş qəfəsinə, qarna və ayaqlara təzyiq göstərməməlidir;
  • ayaqqabının dabanı enli və alçaq olmalıdır;
  • 7 aydan sonra dərinin həddən artıq dartılmanın qarşısını almaq üçün xüsusi bandac taxmaq lazımdır;
  • havası təmiz otaqda gündə 8-9 saat yatmaq;
  • ağırlıq qaldırmaq, kəskin hərəkətlər etmək olmaz;
  • emosional streslərə yol verməyin;
  • siqaret çəkilən otaqda olmayın, özünüz də siqaretdən imtina edin. Yaddan çıxarmayın ki, siqaret çəkən anaların körpələri az çəkili, zəif olur və onlarda süd yarnma pozulur;
  • alkohollu içkilər qəbul etməyin;
  • gündə 2 saatdan az olmayarq təmiz havada olmaq, çox hərəkət etmək;
  • ilk 3 ay və son 2 ay ərzində cinsi əlaqədə olmayın. Bu cinsi yolla keçən infeksiyalara yoluxmanın, düşüklərin və vaxtından əvəl doğuşların qarşısını ala bilər;
  • hamiləlik dövrünə uyğun idman hərəkətlərini yerinə yetirmək.
Top