Hamiləlik təqvimi

Hamiləlik təqvimi

1. Hamiləliyin 1-ci həftəsi


Təxminən 7-ci gün
Adətən hamiləliyin başlanğıcı olaraq, hamilə qalınan gün kimi cinsi əlaqənin olduğu gün deyil, bundan təxminən 14 gün əvvəli yəni son aybaşının ilk günü qəbul edilir. Bu vəziyyətdə aybaşınızın başladığı gün statistik mənada hamiləliyiniz başlandığı gün hesab olunur. Bu şəkildə hesablandığında insanlarda hamiləlik 280 gün yəni 40 həftə davam edir. Ay hesabı etmək qarışıqlığa səbəb ola biləcəyindən siz də hamiləliyinizi izləyərkən həftə olaraq ifadə etməyi öyrənməli və ay hesabını buraxmalısınız.
28 gündə bir aybaşı olan qadın üçün mayalanma zamanı aybaşının başlanğıcından etibarən 14 gün ətrafındadır. Bu günlər zərərli vərdişlərdən imtina etmək üçün ən uyğun dövrdür. Məsələn, siqaret çəkməyə son qoyulmalı, spirt və dərman qəbulu məhdudlaşdırılmalıdır. Uyğun və sağlam qidalanma vərdişi əldə edilməyə çalışılmalıdır. Bu vərdişlər rahat bir hamiləlik müddəti üçün də əhəmiyyətlidir. Bol miqdarda təzə meyvə və tərəvəz qəbul etmək, süni maddələr təşkil edən qidalardan uzaq dayanmaq və ola bildiyincə çox su içmək faydalıdır. Hamiləlik əvvəli dövrdə müsbət düşünmək və mümkün olduqca istirahət edərək stressdən uzaq dayanmaq dünyaya gətirməyə çalışdığınız körpəniz üçün olduqca yaxşı bir başlanğıc olacaq.

2. Hamiləliyin ikinci həftəsi


Təxminən 14-cü gün ( Ovulyasiya günü)
Gələcək ananın yumurtalıqlarında yumurta hüceyrəsi inkişafı davam etməkdədir. Bu zaman uşaqlığın daxili səthi qalınlaşmağa başlayır. Bu qalınlaşmanın məqsədi döllənmə meydana gəldikdən sonra meydana gələcək embrionun ona rahatlıqla yapışmasını təmin etməkdir. Yeni inkişaf edəcək olan canlının ehtiyaclarını qarşılamaq üzrə bədənin bu qisimində qan dövranı artır. Bu həftənin sonunda inkişaf edən yumurta çatlayaraq yumurtalıqdan atılır. Yəni yumurtlama meydana gəlir. Bir aybaşı dövründə qadında yalnız 1 yumurta çıxır və çatlayır.
Cüt yumurta əkizlərində fərqli olaraq tək bir yumurta deyil, birdən çox yumurta atılır. Bu yumurtaların hamısı döllənərsə əkiz hamiləlik olar.

3. Hamiləlikdə üçüncü həftə


Təxminən 21-ci gün (Əgər sperma daxil olubsa artıq döllənmə baş tutmuşdur)
Yumurtalıqlardan atılan yumurta hüceyrəsi ilə kişidən gələn sperma uşaqlıq borularında qarşılaşır. Xeyli sayda spermanın yumurta ətrafında toplanmasına baxmayaraq bunlardan yalnız 1 dənəsi yumurtanın pərdəsini keçərək içinə girir və öz genetik materialı ilə yumurtanın genetik materialı birləşir. Bu döllənmə (mayalanma) adlanır. Döllənmə ilə birlikdə adına həyat deyilən möcüzə başlayır.
Döllənmə tək bir spermanın yumurta hüceyrəsinin içinə girməsi ilə başlayır və ziqot adı verilən varlığın meydana gəlməsinin ortaya çıxması ilə sona yetir. Mayalanma (döllənmə) müddəti təxminən 24 saata qədərdir. Bir sperma təxminən 48 saat canlı qala bilər. Cinsi əlaqə zamanı uşaqlıq yoluna (qadınların daxilinə) təxminən 300 milyon sperma buraxılır. Spermaların yalnız 1% i yəni 3 milyona qədəri uşaqlığa daxil ola bilər. Uşaqlığa daxil olan spermalar qadının uşaqlıq boruları ilə irəliləyərək son ünvana çatırlar. 10 saat davam edən bu səyahət sonunda yumurta hüceyrəsinə qədər gələn spermaları başqa bir vəzifə gözləməkdədir-yumurta hüceyrəsinin qabığını qıraraq içinə girmək. Yumurta hüceyrəsi pərdə ilə örtülü olur. Spermalardan yalnız 1 dənəsi bu pərdəni deşərək yumurtanın içinə girə bilər. Bu əməliyyat 20 dəqiqəyə qədər çəkir və bir sperma daxil olduqdan sonra pərdə tamamilə bağlanaraq başqa bir spermanın girişinə icazə vermir. Sperma və yumurta hüceyrələrinin nüvələrinin birləşməsi ilə zigot ortaya çıxır və döllənmə (mayalanma) sona çatır.
Pərdə ilə örtülü ziqot döllənmədən 1.5-3 gün sonra bölünməyə başlayır. Sürətli bir bölünmə müddəti başlayır. Bütün bu hadisələr reallaşarkən zigot pərdə içində uşaqlığa doğru olan səyahətini davam etdirməkdədir. 4 gündən sonra zigot uşaqlığın içinə çatmış olur. Bu mərhələdə hüceyrə bölünməsi sürətlə davam etməkdədir. Döllənmə anında körpənin cinsiyyəti müəyyəndir. Yumurta hüceyrə həmişə X xromosomu daşıyır. Əgər daxil olan sperma X xromosomu (qızlara aid xromosom) daşıyırsa körpə qız, Y xromosomu daşıyırsa kişi (kişilər XY xromosomuna malikdir) olacaq. Başqa sözlə körpənin cinsiyyətini təyin edən kişi, yəni atasıdır. Qadının körpə cinsiyyətində bir rolu yoxdur. Bu dövrədə cinsiyyəti təyin etmək ancaq genetik araşdırma ilə mümkündür. Bu mərhələdə müəyyən olan yalnız cinsiyyət deyil. 38 həftə sonra dünyaya salam deyəcək olan fərdin göz rəngindən qan qrupuna qədər bütün genetik quruluşu müəyyəndir və dəyişdirilə bilməz.Həmçinin bax: Kişi və qadın cinsinin əmələ gəlməsi
Bu mərhələdə gələcək anada hər hansı bir fiziki ya da ruhi dəyişiklik yoxdur. Yalnız yüngül bir ləkə şəklində qanama ola bilər.

4. Hamiləliyin 4-cü həftəsi


Təxminən 28-ci gün aybaşı olmalı olduğunuz gün
Bu həftənin sonunda bütün dünyaya ana olacağınızı elan edə bilərsiniz. Normalda aybaşı olmalı olduğunuz halda aybaşınız gecikdi. Bəzən başqa səbəblərdən də bu cür gecikmələr ola biləcəyini bilirsiniz amma yenə də həyəcanlısınız. O halda daha çox maraqda qalacaqsınız. Dərhal aptekdən bir hamiləlik testi götürüb evdə edin. Nəticə mənfi çıxarsa dərhal ümidsizliyə qapılmayın çünki zaman zaman hamiləlik testləri mənfi ola bilər. Bu vəziyyətdə edilməsi lazım olan ən ağıllı iş dərhal həkiminizlə görüşməkdir. Həkiminiz sizi muayinə edəcək. Bu dövrdə edilən USM-lə hamiləlik kisəsini görmək mümkün deyil. Ancaq qanda edilən hamiləlik testi 100% ə yaxın düzgünlüklə hamiləliyin olub olmadığını təsdiq edə bilər. Əgər hamiləlik varsa həkiminiz bu haqda məlumat verəcək. Hamiləlik yoxsa ya da aybaşı baş verərsə çox kədərlənməməyə çalışın. İlk sınaqda hamilə qalma nisbətinin yalnız 25% olduğunu ağılınızdan çıxarmayın. Sınağa davam edin. Əgər aybaşı gecikməsinə baxmayaraq hamilə deyilsinizsə həkiminiz sizə aybaşı yaradacaq bir müalicə verəcək.
4cü həftənin sonunda göbək ciyəsi də meydana gəlir.

5. Hamiləlikdə beşinci həftə


Təxminən 35-ci gün (döllənmədən sonra 14-cü gün)
Sekresiyalanan hormonların təsiri ilə erkən hamiləlik əlamətlərini hiss edəcəksiniz. Məmələrdə dolğunluq və həssaslıq bu həftədə ən sıx qarşılaşılan şikayətlənmələrdir. Davamlı yuxu halı və halsızlıq ümumiyyətlə görülən tapıntılardandır. Uşaqlığınızdakı böyümə sidik kisənizin tutumunu azaltdığı üçün tez-tez tualetə getmə ehtiyacı duyacaqsınız. Əgər hələ həkiminizə getmədinizsə onda getməyə dəyər, çünki daxilinizdəki canlı ilə tanış olma zamanı gəldi. Həkiminiz USM ilə hamiləlik kisəsini uşaqlıq içində sizə göstərəcək. Əgər USM də hamiləlik kisəsi görülməzsə bu uşaqliqdankənar hamiləlik də ola bilər. Uşaqlıqdankənar hamiləlik həyati təhlükə yarada bilən ciddi bir vəziyyətdir, bu halda tez vaxt itirmədən müayinə və müalicəyə başlamaq lazımdır.

6. Hamiləlikdə altıncı həftə


Təxminən 42-ci gün (döllənmədən sonra 21-ci gün)
Bəlkə də hələ hamilə olduğunuzu sizə bildirəcək şikayətləriniz yoxdur. Hamiləlik əvvəli həyatınız ilə heç bir fərq görə bilmirsiniz. Bilməlisiniz ki, içinizdə bir varlıq var və xəyal belə edə bilməyəcəyiniz qədər sürətli çalışır. Bu fəaliyyətin nəticəsi olaraq bəzi şikayətlər də yavaş-yavaş ortaya çıxmağa başlayır. Bir çox qadınlar kimi siz də əsasən səhərlər oyandığınızda mədənizin bulandığını hiss edə bilər hətta qusa bilərsiniz. Köhnədən sizi cəzb edən yemək qoxuları artıq sizi qıcıqlandırır ya da yoldaşınızın çox sevdiyiniz ətirinin birdən-birə əslində heç də gözəl olmadığını hiss etdiniz. İş yoldaşınızın siqareti heç sizi bu qədər narahat etmirdi. Əslində bütün bu qoxular yenə əvvəlki kimidir, lakin dəyişən sizsiniz. Hamiləlik hormonlarının beyninizdəki bulantı mərkəzini xəbərdar etməsi nəticəsində, əgər bulantı və qusmalar sizin həyatınıza və qidalanmanıza təsir edəcək qədər şiddətli olarsa bu vəziyyətdə dərman istifadə etməniz gərəkə bilər.
Döllənmədən (2ci həftə ilə 3-cü həftə aralarında götürülür) sonra 21-23cü günlərdə embrionun boyu 1.5-3 mm ə qədər olmuşdur. Bu dövrdə çox sürətli bir böyümə və dəyişmə olur. Göz və qulaq qaralamaları meydana gəlmişdir. Kəllə və baş meydana gəlməyə başlayır. S şəklində bir balon meydana gəlir. Bu asimmetrik meydana gəlmə primitiv ürəkdir və bu dövrdə döyünməyə başlar. Ancaq damarlar tam mənası ilə inkişaf etmədiyindən tam bir dövran olmaz.
27ci günün sonunda embrionun boyu 5 mm ə qədər olur.

7. Hamiləlikdə yeddinci həftə


Təxminən 49-cu gün ( döllənmədən sonra 28ci gün)
Siz hələ çöldən bir şey fərq etməsəniz də embrionunuzda fəaliyyət davam etməkdədir. Bu həftənin sonunda körpənizin boyu bir noxud dənəsi qədər olacaq. Əgər bir kamera ilə baxa bilmək mümkün olsaydı bu “noxudun” təpə qisminə diqqət yetirdiyinizdə iki kiçik qara nöqtəciyi fərq edə biləcəkdiniz. Primitiv bir ağız və dil də hiss edilə bilər. Bu həftədə qol və qıç tumurcuqları meydana gəlməyə başlayır. İncə bir təbəqə halında dəri meydana çıxır. Limfatik sistem ilk dəfə meydana gəlməyə başlayır. Artıq qan dövranı başlamışdır. Hələlik iki hissədən ibarət olan ürək dəqiqədə 150 dəfə vurmaqdadır. Doppler ultrasion ilə körpənizin ürək atımını həkiminiz sizə dinlədə bilər. Ağciyər inkişafı davam etməkdədir. Öd kisəsi, mədə, bağırsaqlar və mədəaltı vəzi inkişafını davam etdirir.
Çöldən hamilə olduğunuzu fərq etdirəcək heç bir dəyişmə yoxdur. Bu dövrdə çəkinizdə 1-2 kilo alına bilər ya da verilə bilər. Hər iki vəziyyət də normaldır. Hamiləliyin erkən əlamətləri yavaş-yavaş azalmağa başlayır, buna qarşı bulantı və qusmalar arta bilər. Bu şikayətlər xüsusilə səhər erkən saatlarında daha çox olur.

8. Hamiləliyin səkkizinci həftəsi


Təxminən 56-cı gün (döllənmədən sonra 35-ci gün)
hamilə qadınTerminoloji baxımdan körpəniz hələ daha embrion olaraq adlandırılmaqdadır. Bunun səbəbi alt qismində quyruğa bənzər bir çıxıntının olmasıdır. İnkişaf etməkdə olan körpənizdə kiçilən tək hissə bu çıxıntıdır. Digər hissələr isə sürətlə böyüməyə davam etməkdədir. Xüsusilə beyin və baş sürətlə böyüməyə davam edir. Göz qapaqları qıvrım şəklində ayırd edilə bilər. Alt çənə nəzərə çarpmağa başlayır. Onurğa iliyi inkişafını davam etdirir. Diş ətlərinin altında dişlər inkişafını başlayır. Yemək borusu nəfəs borusundan ayrılır. Ürək içində qapaqcıqlar seçilməyə başlayır. Ürəyin 4 kamerası ayırd edile bilir. Ağciyərlər yemək borusunun iki yanında iştirak edirlər. Böyrək meydana gəlməyə başlayır. Qollar silindirik şəkildə uzanmağa başlarkən uclarında əl barmaqları meydana çıxmağa başlar. Yenə qollar qıvrımlanar. Bu qıvrım gələcəkdəki dirsəkdir.
Hələ də özünüzü hamilə kimi hiss etmirsinizmi? Əhəmiyyətli deyil. Önünüzdə daha çox zaman və yaşanacaq şey var. Məsələn, hamiləlik əvvəlində bağlı bir yumruq qədər olan uşaqlığınız artıq hardasa portağal qədər oldu belə. Uşaqliqdakı bu böyümələr sizdə zaman zaman hiss edəcəyiniz hala gələcək. Bu vaxt özünüzü yetkinlik dövründəki kimi hiss edə bilərsiniz. Çünki hormonal dəyişmələrə bağlı olaraq dəri dəyişiklikləri baş verməyə başlayacaq. Yağlı dəri və sızanaqlar bunun ən tipik göstəriciləridir. Psixoloji vəziyyətiniz yavaş-yavaş düzəlməyə başlayır və hamiləlik qəbul edilir. Artıq hamiləliyə alışmağa başlayırsınız.

9. Hamiləlikdə doqquzuncu həftə


Təxminən 63-cü gün (döllənmədən sonra 42-ci gün)
Embrionun quyruğu itmişdir. Qığırdaq və sümük toxumaları meydana gəlməyə başlamışdır. Ağız boşluğu meydana gəlməsi görülə bilər. Qulaq seyvanı seçilir. Göz qapaqları seçilə bilər. Burun dəlikləri meydana çıxır. Qoxu hissini yaradan sinir meydana gəlir. Yemək borusu uzanır və ürəkdən çıxan qan iki ayrı istiqamətdə nasosla vurulmağa başlayır. Məmə ucları diqqətə çarpandır. Nazik bağırsaqlar uzanır, böyrək meydana gəlməsi tamamlanır və ilk dəfə sidik çıxmağa başlayır. Primitiv cinsiyyət hüceyrələri meydana gəlməyə başlayır. Xarici cinsiyyət orqanlarının seçilməsi başlamışdır. Ancaq hələ daha qız ya da kişi olduğu bəlli deyil. Əl və dirsək diqqətə çarpır. Körpə içində üzdüyü suyun içində yüngül yüngül hərəkət etməyə başlayır.
Sizdə isə artıq ikinci aybaşı da gecikmişdir. Diqqətə çarpan bir çəki artımı olmasa da məmələr böyüyür və dolğun və həssas olurlar. Bu dövrdə gündəlik kalori ehtiyacınız təxminən 300 kalori artmışdır. Kafi kalsium ala bilmək üçün bol bol süd içməlisiniz. Əgər süd içməyi sevmirsizsə xüsusi dərmanlar ya da daha yaxşısı yağsız pendir kimi süd məhsulları qəbul edə bilərsiniz.

10. Hamiləlikdə 10-cu həftə


Təxminən 70-ci gün (döllənmədən 49-cu gün)
Döllənmədən 47-48 gün sonra ilk dəfə beyin dalğaları çıxarılmağa başlayır. Baş dik vəziyyətdədir və iç qulaqda tarazlığı təmin edən qismlər inkişaf edir. Dodaqların inkişafı tamamlanır. Gözlər bağlıdır. Ürək inkişafını böyük ölçüdə tamamlayır. Ayaq diqqətə çarpır. Ayaq barmaqları və dırnaqları müəyyən olur. Əzələlər güc qazanmağa başlayır. Qız körpələrdə klitor,kişi körpələrdə isə penis inkişaf edir. Bütün oynaqlar və əzələlərin meydana gəlməsi tamamlandığı üçün körpə artıq su kisəsi içində hərəkət etməyə başlayır, ancaq bu hərəkətlər sizin hiss etməniz üçün kifayət deyildir. Bu həftənin sonunda körpənizin orqan inkişafı dövrü tamamlanmışdır. Hamiləliyin geri qalan qisimində bu orqanların yetişkinləşməsi olacaq.
Bu dövrlərdə analığa namizədlərdə bir sıra əhval dəyişikləri meydana çıxır. Bəzən özünüzü çox xoşbəxt hiss edir, bəzən isə kövrək olursunuz. Bu çox normal bir vəziyyətdir. Həm inkişaf edən körpənizin dişləri həm də öz diş ətlərinizin sağlamlığı üçün kifayət qədər flüor qəbul etdiyinizdən əmin olmalısınız. Qan həcminiz artdığı üçün dərinizə yaxın damarlarda tündləşmələr fərq edə bilərsiniz. Bu vəziyyət xüsusilə qıçlar və məmələrdə diqqətə çarpandır. Kilonuz da artıq artmağa başladı. Bulantı və qusmalarınızın azalmağa başlaması bu dövrlərdə gözlənilə bilər.

11. Hamiləliyin 11-ci həftəsi


Təxminən 77-ci gün (döllənmədən 56 gün sonra)
Bu həftədən başlayaraq artıq içinizdəki körpəniz embrion olaraq adlandırılmır. O artıq böyük bir döl və boyu təxminən 3 santimetrdir. Hamiləliyin ən kritik dövrü artıq sona çatdı. Bu həftədə beyin sürətlə böyüməsini davam etdirməkdədir və dölün boyunun yarısını baş tutmaqdadır. Dölün gözləri bağlıdır. Böyrəklərdə sidik istehsalı başlandığından dölün içində üzdüyü mayenin də miqdarı artmağa başlayır və bu həftədə təxminən 50 ml olur.
Sizdə isə bulantılar azaldığından iştəhada bir artım görülür.

12. Hamiləliyin 12-ci həftəsi


Təxminən 84-cü gün (döllənmədən 63 gün sonra)
Diş ətlərində 20 dişin də yerləri müəyyən olmuşdur. Üz insan görünüşündədir, ağız içində isə üst damaq birləşməyə başlamışdır. Dölün qırtlağında səs telləri meydana gəlməsi tamamlanır və nəzəri olaraq döl səs çıxara bilər. Qarın boşluğunda isə bağırsaqlar qarın içinə girmişdir və hərəkətləri başlamışdır. Qaraciyər öd işləməyə başlayır və sekresiyalanan öd öd kisəsində depolanır. Qalxanabənzər və mədəaltı vəzi inkişafını tamamlayır. Mədəaltı vəzidən insulin ifraz olunur. Hər iki cinsdə də xarici cinsiyyət orqanları inkişafını tamamlamamışdır, ancaq qızlarda böyük və kiçik dodaqlar, kişilərdə isə penis və xayalar diqqətli müşahidə ilə ayırd edilə bilər. Əllərdə və ayaqlarda dırnaqlar uzanmağa başlayır. Sinir sistemi bir az daha təkmilləşir və döldə reflekslər inkişaf edir. Bu dövrdə dəri olduqca həssasdır. sümüklərdən bəziləri sərtləşməyə başlamışdır. Bu həftənin sonunda uşaqlığınız kiçik çanaqdan qarın boşluğuna doğru böyüməyə başlayır. Artıq sidik kisəsi üzərinə təzyiq etmədiyindən tez-tez sidiyə çıxma istəyi bir qədər azalır. Bu vəziyyət son 3 aya qədər bu şəkildə davam edir. Bu həftələrdə başağrısı və başgicəllənmə şikayətlərinə sıx-sıx rast gəlinir. Düşük təhlükəsi çox böyük ölçüdə azalmışdır. Həkiminizin sizə bunu ifadə etməsi ilə hər gələcək anada olduğu kimi siz də psixoloji baxımdan rahatladığınızı hiss edəcəksiniz. Diş ətləri hamiləlikdən mənfi istiqamətdə təsirləndiyi üçün diş həkiminizlə görüşməyiniz tövsiyyə olunur.

13. Hamiləlikdə 13-cü həftə


Döl artıq getdikcə daha çox insana bənzəməkdədir. Gözlər başın yan tərəflərindən ortaya doğru sürüşməyə başlayır. Qulaqlar normal mövqesinə doğru hərəkətlənir. Çöldən baxıldığında körpənin cinsiyyəti asanlıqla müəyyən oluna bilər. Ancaq USM cinsiyyət ayırdı üçün hələ erkəndir. Keyfiyyətli cihazlarla bu həftədə də cinsiyyət təyin etmək mümkündür. Körpənin boyu bir az daha uzanır. Bu həftə ilk trimestrin son həftəsidir. Hamiləliyin yaratdığı şikayətlər heç qalmamışdır. Bu dövrdə çox yorulmamaq və mümkün olduğunca istirahət etmək lazımdır. Uşaqlıq böyüdükcə gərilir və ətrafını örtən və onu yerində tutan pərdələri də gərir. Bu yüngül bir qasıq ağrısı şəklində qəbul edilə bilər. Bu vəziyyət keçicidir və əhəmiyyətli deyil. Hər şeyə təsir edən hormonlar dəridə də dəyişikliklərə səbəb olurlar. Xüsusilə üz və boyunda ləkələnmələr ola bilər. Buna hamiləlik maskası adı verirlər. Keçici bir vəziyyətdir və doğumdan sonra düzəlir. Artıq qarnınız böyüməyə başlamışdır. Köhnədən olan paltarlar dar gəlməyə başlaya bilir. Hamilə paltarları almağın vaxtı gəlmişdir.

14. Hamiləliyin 14-cü həftəsi


Hamiləliyin ən rahat dövrü olan ikinci trimestrə başlayır. Artıq körpəniz tamamilə bir insan görünüşündə. Əzələlərdəki güc inkişafına bağlı olaraq başı önə əyik deyil. Zaman zaman başını dik tuta bilir. Həkiminiz USM ilə araşdırarkən sizə körpənizin əl yellədiyini göstərəcək. Bəli körpəniz artıq əllərini istifadə edə bilir. Hərçənd bu tamamilə refleks bir hərəkətdir, amma olsun. Sizə ilk dəfə salam deməsi xoş bir duyğu deyilmi? Bu vaxt körpəniz artıq digərlərindən tamamilə fərqlidir. Çünki artıq ona heç dəyişmədən ömürünün sonuna qədər yoldaşlıq edəcək olan barmaq izi var!. ..
Bu anda təxminən 25 qram ağırlığında və 10 santimetr boyunda. Artıq bütün qida və oksigenini plasentası köməyilə sizdən götürür. Plasentanın tamamlanması ilə sizdəki yuxu və yorğunluq halı da ortadan qalxacaq. Çöldən insanlar əgər kifayət qədər diqqət yetirsələr hamilə olduğunuzu anlaya bilərlər. Progesteron hormonunun təsiri ilə bütün düz əzələlərinizdə boşalma meydana gəlmişdir. Bu bel ağrıları, qəbizlik və arterial təzyiqdə yüngül düşmə olaraq sizə əks oluna bilar. Bulantılar keçmişdir, amma yenə progesteronun boşaldıcı təsiri ilə qıcqırma hissi ola bilər. Bulantılar keçdiyi üçün qidalanmanız düzəlir, enerjiniz artır. Bir çox qadınlar hamiləliyin bu dövründə itirdiyi cinsi hisslərinə yenidən qovuşar. Bu xoş bir vəziyyətdir. Unutmayın, hər hansı bir kompleks yoxdursa hamiləlikdə seks qadağan deyil.

15. Hamiləlikdə 15-ci həftə


Bu həftənin sürpriz xəbəri: Körpənizin saçı çıxır. İnkişaf etməkdə olan körpənin başı üzərində incə və ipək tüklər meydana çıxmağa başlayır. Bu primitiv saçlar doğumda itirlər. İkinci əhəmiyyətli xəbər isə körpənizin barmağını əmməyə başlamasıdır. USM altında körpənin barmağını ağızına götürüb əmdiyini həkiminiz sizə göstərəcək. Qorxmayın, bu doğumdan sonra körpənin barmaq əmmə vərdişi olacağını göstərməz. Yalnız ana qarınındakı bir refleksdir. Hər körpə ana qarnında barmaq əmər deyə bir qayda da yoxdur, amma USM araşdırmaları əsnasında tez-tez rast gəldiyimiz bir vəziyyətdir. Bu dövrdə körpənin dərisi olduqca incədir və dəri altında damarlar görülə bilər. Bu dövrə çatıldığında qarnınız olduqca böyümüşdür. Əlinizi qarınınıza apardığınızda uşaqlığınızı top kimi hiss edə bilərsiniz. Məmələrdən xalq arasında “ağız“ deyilən maye gələ bilər. Bu normal bir vəziyyətdir.

16 Hamiləlikdə 16-cı həftə


Bu həftədə gözlər və qulaqlar körpə doğulduğunda tapılacaqları son mövqelərinə gəlirlər. Göz qırpma kimi sadə reflekslər inkişafa başlayır. Bənzər şəkildə qulaqlar da son mövqelərini götürürlər. Bağırsaqlarda mekonyum adı verilən nəcis yığılmağa başlamışdır. Bu nəcis dölün udduğu dölyanı mayedən, tökülən hüceyrələr və həzm sistemi sekresiyalarından meydana gəlir. Diş pastası kimi həlməşik, tünd rəngli bir quruluşdur. Qan dövranı sistemi tam mənası ilə fonkisional olmuşdur. 120 qram olan körpə ovucunuza sığacaq qədər böyümüşdür. USM altında körpənin hıçqırdığı müəyyən oluna bilər. Bu tənəffüsün başlama işarələrindən biridir.
Bu həftənin digər bir xəbəri də körpədəki işıq refleksinin ortaya çıxışıdır. Artıq bəbəyiniz nəzəri olaraq işığa reaksiya verə bilər. Bu həftə hər baxımdan olduqca əhəmiyyətlidir. Bir dəfə ana və ata olmağa namizədlərin ən çox maraqlandıqları mövzuların başında bəlkə də ilk sırada gələn körpənin cinsiyyəti bu həftədə açıqlığa qovuşur. Yaxşı bir USM cihazı və təcrübəli bir göz 16cı həftədə körpənin cinsiyyətini çox böyük bir ehtimalla təyin edər. Bəzi vəziyyətlərdə 12-14cü həftələrdə də cinsiyyət görülə bilər, ya da hamiləliyin son dövrlərinə qədər heç görülməyə bilər, lakin bu çox nadir bir vəziyyətdir. Bu həftələrdə körpənin cinsiyyətinin müəyyən olunması həkimin təcrübəsinə bağlıdır. Bu həftədə Daun sindromu baxımından son dərəcə əhəmiyyətli olan test edilə bilər. Bu test üçün ideal zaman aralığı 16-20ci həftələrdir. Təcrübəli ana olmağa namizədlər körpənin ilk hərəkətini bu həftədə hiss edə bilərlər. Ancaq hərəkətin hiss edilməməsi anormal bir vəziyyət olduğu mənasını verməz. İlk hamiləliyini yaşayanlarda bu 20 həftə ətrafında reallaşır.

17. Hamiləliyin 17-ci həftəsi


On yeddinci həftə çatdığında körpənin dəri altındakı piy anbarları yavaş yavaş dolmağa başlayır. Bu körpənizin sürətli böyümə mərhələsinə girdiyinin əlamətidir. Böyüməyə bağlı olaraq sizin də kilo artımınız bir qədər sürətlənəcək. Bu gələn həftəyə qədər 2-4 kilo arasında artırmanız normaldır. Körpənin bütün orqan sistemləri funksionaldır. Ayrıca içində üzdüyü mayesini ağciyərlərinə çəkməkdə və geri verməkdədir. Bu primitiv tənəffüs sayıla bilər. Körpənin doğum sonrası normal nəfəs alıb verməsini təmin edəcək sistemlərin yetişkinləşməsi üçün lazımlıdır. Ürəyi isə davamlı olaraq qanı nasosla vurmaqdadır.
İnanması çətin ola bilər, amma körpənizin ürəyi onun bədəninə gündə təxminən 25-30 litr qan vurur. Siz də qarnınızı əlləyərək uşaqlığınızın çatdığı ölçünü hiss edə bilərsiniz. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyindən 3-4 barmaq aşağıda olur. Bir çox ana olmağa namizədlər bu həftələrdə körpələri üçün narahatlıq duymağa başlayırlar. Doğumun necə olacağı, körpənin sağlam olub olmayacağı narahatlıqları bu həftələrdə geniş yayılır. Ediləcək olan Daun testi bu narahatlıqları bir az azalda bilər. Hələ daha harada doğum edəcəyiniz və doğumu qəbul edəcək həkim haqqında qərar verə bilmədinizsə bu həftə bunun üçün yaxşı bir dövrdür.

18. Hamiləliyin 18-ci həftəsi


Bu ana qədər hər şey yolunda gedir. Kiçik körpənizin sümüklərinin böyük bir qismi hələ daha rezin sərtliyində ancaq getdikcə sərtləşir və doğumdakı halını alır. Kafi kalsium qəbuluna laqeyd yanaşmamanız sümük yetişkinləşməsi üçün çox əhəmiyyətlidir. Ana qarnındakı körpənin oyanıq olma və uyğunlaşma periodları vardır. Körpə özünə uyğun və sevdiyi bir yuxu mövqesi seçə bilər və yuxu dövründə bu mövqeni ala bilər. Gözlərin üzərində qaşlar ortaya çıxmağa başlayır.
Qız körpələrdə inkişaf edən yumurtalıqlarda primitiv yumurta hüceyrələri meydana çıxır. Bunlar daha sonra həyatı boyunca sahib olacağı və menopauzaya (Fizioloji olaraq aybaşının qadının yaşlanması ilə əlaqədar kəsilməsi) qədər hər aybaşı dövründə iştirak edəcəkləri yumurta hüceyrələrinə çevriləcəklər. Qız körpələrdə uşaqlıq tam meydana gəlmişdir.
Kişi körpələrdə isə prostat vəzi inkişafını tamamlayır. Dəri altında qəhvəyi rengdə piy istehsal edən toxuma meydana gəlir. Dərini örtən krem şəklindəki maddə izlənilə bilər. Plasenta inkişafını tamamlamışdır və bu həftədən sonra qalınlığı artmır, yalnız diametri böyüyür. Çöldən baxıldığında qadının hamilə olduğu artıq çox rahat aydın ola bilər. Körpə hərəkətlərinin çoxu ana tərəfindən hiss edilə bilər. Əgər hələ daha hiss etmədinizsə narahatlanmayın, 1-2 həftə daha çəkə bilər.

19. Hamiləliyin 19-cu həftəsi


Əgər hələ də hamiləliyinizi həftə olaraq deyil, ay olaraq hesablayırsınızsa bu həftədən etibarən beşinci ayınıza girdiyinizi söyləyə bilərsiniz. Köhnə paltarlarınızın heç birinin sizə olmadığını hiss edəcəksiniz. Hamilə paltarlarının hər qadına çox yaraşdığını unutmayın. Fərq edəcəyiniz başqa bir dəyişiklik isə məmələrinizdəki qəhvəyi sahənin getdikcə böyüməyə başlamasıdır. Areola adı verilən bu bölgə məmənin yarısını örtə bilər. Bu normal bir vəziyyətdir və doğumdan sonra on ikinci aya qədər davam edə bilər.
Bir çox işdə çalışan hamilə qadınlar günorta aralarında yarım saata qədər piyada gəzməyin özlərinə çox yaxşı təsir bağışladığını söyləyirlər. Siz də bunu təcrübədə yoxlaya bilərsiniz. Gəzmək həm bəbəyiniz həm də psixoloji vəziyyətiniz üçün faydalıdır. İçinizdə nələr olduğuna baxacaq olsaq, körpənizin bədəni kreməbənzər bir maddə ilə örtülmüşdür. Onun həssas dərisini uzun müddət suda qalmanın təsirlərindən qoruyacaq olan bu maddənin çox böyük rolu vardır. USM də isə körpənizin davamlı hərəkət halında olduğunu görə bilərsiniz. Bu hərəkətləri bir çox qadınlar ilk əvvəllər içində sanki bir kəpənəyin qanad çırpmasına bənzədirlər. Çox təəssüf ki hələ yoldaşınız sizin bu həyəcanınıza ortaq ola bilməyəcək. Çünki hərəkətlər hələ çöldən əllə hiss edilə biləcək qədər qüvvətli deyil.

20. Hamiləliyin 20-ci həftəsi


Təbriklər. Hamiləlik macəranızın tam ortasındasınız. Körpə ana qarınındakı həyatının yarısını tamamladı. Bu həftədə doğumdan sonra 5 yaşına qədər davam edəcək olan sürətli beyin yetişkinləşməsi başlayır. Körpənin qoxu, dad, eşitmə, görmə və toxunma duyğuları aktiv olmağa başlayır. Qaşlar və saçlar yaxşı nəzərə çarpırlar. Döl tez-tez gözünü qırpır. Tüklər bütün bədənini örtür, lakin sıx olaraq üz və boyun ətrafında toplanır. Ürək atmaları sürətlənir. Kişi körpədəki xayalar qarın boşluğundan torbalara doğru enməyə başlayır.
Əgər körpəniz bir qız isə yumurtalıqlarında tam 6 milyon yumurta hüceyrəsi vardır. Bundan sonra yeni yumurta hüceyrəsi inkişaf etmir. Mövcud olanların isə sayı gedərək azalır və doğumda təxminən 1 milyona enir. Körpənin hərəkətləri də sürətlənir və qüvvətlənir. Körpənin ağırlığı təxminən 250-450 qram arasındadır. Bu həftədən sonra hamiləliyin sona çatmasını düşük olaraq deyil erkən doğum olaraq adlandırılar. Körpənin bütün orqanlarının və ürəyinin qiymətləndirildiyi ikinci səviyyə USM üçün ideal zaman 20ci həftədir. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyi xəttinə qədər böyümüşdür. Bu dövrdən sonra 38ci həftəyə qədər hər həftə təxminən 1 santimetr yüksəlir. 38ci həftədən sonra isə körpənin doğum kanalına doğru enməsi səbəbi ilə uşaqlığın təpə nöqtəsi də aşağıya enməyə başlayır. Orta hətta göbək dəliyi ilə qasıq arasında tünd ləkə meydana çıxmağa başlayır. Buna linea nigra adı verilər və doğumdan sonra itir. Bu həftədən sonra hamiləlik „çatları“ (göbək ətrafında ləkələr) görülə bilir. Körpənin hərəkətləri rahatca hiss edilə bilər. Normalda bir körpə saatda ən azı 2 dəfə hərəkət etməlidir. Ancaq bu ədəd gerçəkdə çox daha çox olmasına baxmayaraq yalnız kifayət qədər güclü olan hərəkətlər ana olmağa namizəd tərəfindən hiss edilə bilər.

21. Hamiləliyin 21-cii həftəsi


21ci həftə çatdığında körpədəki sürətli böyümə bir az yavaşıyır. Bu həftədə ən əhəmiyyətli hadisə ürək əzələsinin güclənməsidir. Körpənizin ürəyi,qanı daha təsirli şəkildə nasosla vurmağa başlamışdır. Sizin qan dövranınızdakı miqdar artımı səbəbi ilə xüsusilə bütün gün ayaqda olan hamilələrdə axşamları ayaqlarda və ayaq biləklərində şişmələr ola bilər. Bu tamamilə normal bir vəziyyətdir. Gün ərzində vaxtaşırı ayaqları yüngül yüksəldərək istirahət etmək və əgər mümkünsə 2 saatdan çox ayaqda qalmamaq vəziyyətə köməkçi ola bilər. Bol su içmək bu şikayətlənmələri artırmaz tam tərsinə azaldar. Bu səbəblə gün ərzində bol bol su içməyə laqeyd yanaşmayın.
Laqeyd yanaşmamanız lazım olan bir başqa mövzu isə artıq heç olmasa həftədə bir dəfə təzyiqinizi ölçdürmənin faydalı olacağıdır. Qarın boşluğu içərisində böyüyən uşaqlığın digər orqanlar ilə birlikdə diafraqma əzələsini də sıxıştırması nəticəsində bir çox hamilələr bu dövrdə nəfəs darlığı ya da tez təngnəfəs olma problemi yaşaya bilər. Bu da hamiləliyin normal nəticələrindən biridir. Hamiləlik irəlilədikcə bu çətinliklər arta bilər. Yenə daha əvvəl başlamadınızsa bu həftədən etibarən dəmir preparatlarının və ya tərkibində dəmir olan meyvələrin qəbuluna başlamanızda fayda var. Dieta ilə qəbul etdiyiniz dəmir hamiləlikdə sizə kifayət etməyəcək.

22. Hamiləliyin 22-ci həftəsi


Bu həftə çatdığında körpənizlə danışa bilər, ona bir şey oxuya bilər ya da mahnı söyləyə bilərsiniz. Çünki artıq o sizi eşidə bilər. Hətta eşitməklə bərabər səslərə reaksiya da verə bilər. Bu səbəbdən də körpə inkişafı üçün düzəldilmiş musiqi CDləri dinlədə bilərsiniz. Ana qarnında klassik musiqi dinləmənin ruhi inkişafa müsbət istiqamətdə təsiri olduğunu iddia edən işlər mövcuddur. Bunlar doğru olmasa belə kiçik körpənizlə birlikdə bir az musiqi dinləmənin, mahnı oxumanın ya da kitab oxumanın nə zərəri ola bilər ki? Hətta bəzi işlər körpəniz doğulmadan əvvəl ona oxuduğunuz kitabları, doğulduqdan sonra əmizdirərkən yenidən oxuduğunuzda kiçik balanızın daha güclü əməcəyini iddia edirlər. Fantastik, deyilmi?
Körpənizdə bu inkişaflar olarkən siz də artıq tarazlığınızı təmin etməkdə vaxt getdikcə çətinlik çəkdiyinizi hiss edə bilərsiniz. Qarnınızın böyüməsi ilə əlaqədar beliniz də içəri doğru gənişlədiyindən bədəninizin tarazlıq mərkəzi yer dəyişdirməkdədir. Bu səbəbdən evdə tək olarkən duş qəbul etməməniz tövsiyə edilir. Yenə eyni səbəblər ilə tarazlığa söykənən idman növlərinə da ara verməniz lazımlı sayılır. Hamiləlik hormonlarına bağlı olaraq barmaq oynaqlarınıza qədər bütün oynaq və əzələ sisteminizdə boşalmalar olacaq. Bu sizə bel ağrısı olaraq əks oluna bilər. Bu həftələr həm tarazlıq problemləri həm də bel ağrıları səbəbi ilə yüksək dikdaban ayaqqabılara vida edilməsi lazım olan dövrlərdir. Hamiləliyinizin geri qalan qismində dabansız ayaqqabılar geyməniz narahatlıqlarınızı azaldacaq.

23. Hamiləliyin 23-cü həftəsi


Körpəniz artıq tamamilə miniatür bir insan görünüşündədir. Qulaq içindəki kiçik sümüklər tamamən sərtləşdiyi üçün körpə çox yaxşı eşidə bilir. Dodaqları yaxşıca diqqətə çarpır, USMdə gülümsəməsi hiss edilə bilər. Boyu 17-18 santimetrə qədər olmuşdur, kilosu isə 600 qram ətrafındadır. Gözləri tamamilə inkişaf etmiş olmasına baxmayaraq göz rəngi hələki müəyyən deyil. Mədəaltı vəzi tam mənası ilə olmasa belə insülin ifrazına başlamışdır. Sizdə isə yavaş amma davamlı bir kilo artımı söz mövzusudur. Çox qabartmadan yüngül cinsi əlaqəyə icazə verilə bilər.
Bir başqa gözəl hadisə isə artıq körpənizin hərəkətlərini yoldaşınızın da hiss edə biləcək olmasıdır. Yoldaşınız əlini qarnınıza qoyduğunda körpənizin hərəkətlərini çox rahat hiss edə bilər, hətta bu hərəkətlər çöldən gözlə belə fərq edilə bilər. Bunun səbəbi körpənin içində olduğu suyun nisbi olaraq çox olmasıdır. Yəni körpənin hərəkət etməsi üçün çox geniş bir sahə vardır. Körpəniz içəridə azadca hərəkət edər. Hərəkətlər körpənin mühərrik inkişafı yəni əzələ güclənməsi üçün çox əhəmiyyətlidir. Bu həftələrdə edilən USM araşdırmalarında körpədə çox qısa bir müddət sonra baş inkişaf edə, dönə bilər. Körpənin tərs dayanması çox da əhəmiyyət kəsb etmir.

24. Hamiləliyin 24-cü həftəsi


hamilə qadın və ginekologiyaDiqqət: Çox yaxşı hazırlanmış şərtlərdə və reanimasiya şərtlərində bu həftədə doğulan körpələr yaşadıla bilməkdədir. 24cü həftə hamiləlik müddəti içindəki əhəmiyyətli həftələrdən biridir. Çünki bu həftə sərhəd olaraq qəbul edilir. Yəni anasına asılı olmadan, anasının bədəni xaricində həyatını davam etdirə bilmə mənasında istifadə edilməkdədir. Ancaq dölün sərbəstliyi praktikada hər vaxt gerçək olmaz. Bunu həyata keçirə bilmək üçün tənəffüs, həzm, bədən istiliyini qorumaq kimi həyati funksiyaların çox yaxşı dəstəklənilməsi və körpənin infeksiyalardan qorunması lazımlıdır. 24 həftəlik bir döl 650-700 qram ağırlığa çatır. Bəzi ölkələrdə də müəyyən mərkəzlərdə bu qədər kiçik körpələr yaşadıla bilməkdədir. Ancaq əhəmiyyətli olan bu körpələri yaşatmaq deyil. Görmə, eşitmə kimi duyğusal fəaliyyətlərinin yanında zehni inkişaflarının necə olacağı tam mənası ilə göstərilə bilməmiş olan bu cür körpələrin bütün həyatları boyunca yaxın təqib altında olmaları lazım ola bilər. Ədəbiyyatda ən erkən doğulan və yaşadılan körpə Keniyada 19 həftəlikdən dünyaya gələn və Kelly adı verilən bir körpədir.
Bu həftədə körpənin ağciyər içində iştirak edən damar strukturları yetişkinləşir. Bütün orqanları artıq funksional olaraq vəzifə edə bilməkdədir. Sizdə isə diş əti qanamaları görülə bilər. Hamiləlik hormonları təsiri ilə diş əti xəstəliyi görülə bilər. Dişinizi fırçalarkən və hətta ağızınızı çalxalayarkən belə qanamalar ola bilər. Xəstəliyin sonrakı formasında dişlərdə tökülmələr bildirilməkdədir. Bu səbəblə əgər bənzər şikayətlənmələriniz varsa laqeyd yanaşmadan diş həkiminiz ilə görüşməlisiniz. 24cü həftədə hamiləliklə bağlı diabetin varlığını araşdırmaq üçün həkiminiz sizdən 50 qramlıq glükoza testi istəyəcək. Bu test 28ci həftəyə qədər təxirə salına bilər. Yenə bu həftələrdə erkən doğumun əlamətlərinə qarşı diqqətli olmağı öyrənməlisiniz. Bunu bacara bilmək üçün də erkən doğum haqqında bilik sahibi olmanız lazımlıdır. Həkiminiz bu mövzuda sizə köməkçi olacaq.

25. həftə


Bu həftənin ən əhəmiyyətli hadisəsi körpənizin dad duyğusunun böyük ölçüdə inkişaf etmiş olmasıdır. Dad duyğusu ilə birlikdə istər inanın istər inanmayın körpənizin süd dişləri də inkişaf edir. Körpənin dərisi hələ daha incə və kövrəkdir. Ancaq bədəni mütənasib bir şəkildə dolur, dəri altı piy toxumaları yetişkinləşir. Artıq uşaqlığınız daxilində nisbi olaraq boş sahə azalmağa başladı. Bu da hərəkət üçün özünə qalan boş sahənin gedərək azalacağı mənasını verir. Nəticə isə hərəkətlərin daha sərt hiss edilməsi olacaq. Bu həftələrdə yorğunluq hiss edə bilərsiniz. Bu hamiləliyin normal şikayətlənmələrindən biridir.
Eyni zamanda gözlərinizin işığa qarşı olduqca həssas olduğunu hiss edə bilərsiniz. Hamiləliyə bağlı göz quruluğu bir çox gələcək anaların ortaq şikayətlənməsidir. Problemin öhdəsindən gələ bilmək üçün süni gözyaşı preparatları istifadə edə bilərsiniz. Böyüyən uşaqlığın təzyiq etməsi və qan dövranının pozulması səbəbi ilə qıçlarda və digər nahiyyələrdə ağrılar ola bilər. Bəzi hamilələrdə isə əl barmaqlarında belə ağrılar ola bilir.
Bu kimi vəziyyətlərdə soyuq tətbiqi olduqca faydalı olmaqdadır. Hələ daha körpənizin adına qərar vermədinizsə bu həftələrdə artıq ad axtarışına başlaya bilərsiniz.

26. Hamiləliyin 26-cı həftəsi


Körpənizin ağciyərlərində hava kisəcikləri meydana gəlməyə başladı. Doğumdan sonra hava ilə tənəffüs etməyi təmin etmək üçün ağciyərlər sürfaktan adı verilən bir maddə çıxararlar. Bu maddə, kiçik hava kisəciklərinin çeperlerinin bir-birinə yapışmasına mane olar. Bu sayədə hər nəfəs alışında kisəciklər hava ilə dolar. Bu həftədə körpənizin ağciyərləri sürfaktan çıxarmağa başladı, ancaq miqdarları təbii ki, kafi deyil. Erkən doğum hədəsi yaşayan gələcək analara edilən bəzi inyeksiyalar (müalicə) ilə bu maddənin istehsalını sürətləndirməyə çalışılar. Məqsəd erkən doğum olarsa körpənin tənəffüs problemi yaşamasının qarşısının alınmasıdır.
Edilən işlərdə 26 həftəlik körpələrin beyin dalğaları araşdırıldığında toxunmaya beyin dalğaları ilə cavab verdiyi müəyyən olunmuşdur. Ayrıca maraqlı bir tapıntı da qarnınıza qüvvətli bir işıq qaynağı söykədiyinizdə körpənin başını o istiqamətə çevirməsidir. Bu həftələrdə birdən-birə qarnınızda bir sərtləşmə hiss edə bilərsiniz. Narahatlanmayın. Bu hamilə uşaqlıqda normalda görülən sıxılmalardır. Erkən doğum tehlükəsində isə sıxılmalar davamlı və müəyyən aralıqlarla gəlir. Nizamlı sıxılmaları təyin etmək üçün yoldaşınızdan kömək istəyə bilərsiniz. Yoldaşınız, əlinin ovuc sethini uşaqlığınızın tam təpə nöqtəsinə yerləşdirərək gözləməli. Bu həftədə uşaqlığın təpə nöqtəsi göbək dəliyinin təxminən 5 santimetr sındadır. Yoldaşınız 20 dəqiqəyə qədər bu şəkildə gözləyərək sıxılmaların varlığını və sıxlığını təyin edə bilər. Bu əməliyyatı özünüz də edə bilərsiniz, ancaq obyektiv olaraq deyerlendire bilmeyeceyiniz üçün yoldaşınızdan istəmənizdə fayda var. Sıxılmaları siz ağrı olaraq hiss etməyə bilərsiniz ya da çox yüngül aybaşı sancısı şəklində hiss edə bilərsiniz. Əgər bunların sıxlığı mövzusunda narahatlıqlarınız varsa dərhal həkiminiz ilə təmasda olmalısınız.

27. Hamiləlikdə 27-ci həftə


Əgər uşaqlıq içərisinə bir kamera yerləşdirmək mümkün ola bilsəydi, körpənizin gözlərini görə bilərdiniz. Çünki onun göz rəngi artıq müəyyəndir: sizə göz qırpa bilər. Bu həftə gəldiyində körpəniz gözünü açıb bağlamağa başlayır. Beyin yetkinləşməsi sürətlə davam edir və səsə verdiyi reaksiyalar yaxşıca artır. Boyu 25 santimetrə yaxınlaşdı və kilosu 1000 kiloqram ətrafında. İkinci trimestrin sonu olan 27ci həftədə tənəffüs və yuxu problemləri yaşaya bilərsiniz. Xüsusilə yatdığınız zamanlarda nəfəs darlığı ortaya çıxa bilər. Bu vəziyyət körpənizə hər hansı bir zərər verməz, ancaq siz daha rahat ola bilmək üçün, gecələri yatarkən istifadə etdiyiniz yastıq sayını artırmalısınız. Bir çox gələcək analar bu dövrlərdə yuxunun onların istirahətinə çox çətinlik yaratdığını söyləməkdədirlər.
Şüur altında yaşanan narahatlıqlar yuxuda kabus olaraq özünü göstərə bilər. Hətta yuxuya getmədə böyük çətinliklər yaşaya bilərsiniz. Təcrübəli gələcək analar yatmazdan əvvəl yarım saatlıq bir gəzişin olduqca faydalı olduğunu iddia edirlər. Diqqət yetirməniz lazım olan bir başqa nöqtə də qan təzyiqinizdir. Hərçənd həkiminiz hər baş çəkdikdə təzyiqinizi ölçür, ancaq siz də 3-4 gündən bir bunu təkrarlasanız faydalı olar. Çünki xalq arasında hamiləlik zəhərlənilməsi olaraq da bilinən preeklampsiya ( hestozun ilk mərhələsi) üçün riskli dövrə girdiniz. Bu həftə ilə birlikdə hamiləliyinizin ikinci trimestri sona çatdı. Yolun böyük qismi geridə qaldı.

28. Hamiləlikdə 28.-ci həftə


Bu həftə ilə birlikdə hamiləliyin ən çətin dövrlərindən biri olan üçüncü trimestr yəni son üç aya girmiş olursunuz. Bu həftədə körpəniz sürətlə böyüməyə davam edəcək və uşaqlığın içini mümkün olduğunca tutacaq. Uşaqlığınız hardasa qabırğalarınız səviyyəsinə çatdı. Bu həftədə qıçlarınızda şişmə hiss edə bilərsiniz. 28-ci həftədə həkiminiz sizdən qlükoza yükləmə testi istəyəcək. Bu testin məqsədi hamiləlikdə ortaya çıxan şəkər xəstəliyini yəni hestasion diabeti araşdırmaqdır. Yenə bu həftədə qan uyğunsuzluğunuz varsa həkiminizə bunu xatırladın. 28ci həftədə dünyaya gələn körpələrin təxminən 90%i yaşadılmaqdadır. Ancaq bu körpələrə reanimasiya şərtlərində tənəffüs dəstəyi lazımdır. Körpəniz davamlı uyğunlaşma və oyanma dövrləri keçirməkdədir. Zaman zaman gözlərini açıb bağlaya bilər. Qaşları inkişafını tamamlamışdır. Bədəni yağ depolamağa davam etməkdədir. Bu yağlar doğulduqdan sonra öz bədən istiliyini nizamlamada olduqca əhəmiyyətlidir. Bu həftədə körpənizlə rahatca danışa bilərsiniz, çünki artıq sizin səsinizi tanıyır!

29. Hamiləlikdə 29-cu həftə


Körpəniz ad gününə hazırlanmağa davam edir. Artıq başı və gövdəsi arasındakı nisbət normala yaxındır. Artıq öz bədən istiliyini nizamlaya bilmə qabiliyyətinə sahibdir. Sümük iliyi də öz funksiyasını yerinə yetirir. Gözləri isə hərəkət etməyə başladılar belə. Bu vaxt unutmadan zaman zaman içinizdə birdən bir hərəkət hiss etsəniz əsla çaşmayın və qorxmayın çünki körpəniz hıçqırır! 29cu həftə gəlindiyində hamiləliyinizi artıq yaxşıca hiss etməyə başladığınızı hiss edəcəksiniz.
Bu həftələrdə qarın dərinizdə qaşınmalar hiss etməniz normaldır. Bunun yanında qarın içi təzyiqindəki və dövran sistemindəki dəyişikliklərin nəticəsində nəfəs darlığı, mədədə qıcqırmalar, qıçlarda ağrılar kimi şikayətlənmələr ortaya çıxa bilər. Bu şikayətlənmələrin sizi hamiləliyinizdən soyutmasına icazə verməyin. Bunların hamısı keçici və müalicə ilə öhdəsindən gəlinə biləcək şikayətlərdir. Şikayətlənmək yerinə hamiləliyinizin müsbət istiqamətlərini görməyə və kefini çıxarmağa çalışın.

30. Hamiləlikdə 30-ci həftə


Körpənizin dərisini örtən incə tüklər artıq yavaş-yavaş itməyə başlarkən əl və ayaq dırnaqları yavaş yavaş uzanır. Sümük iliyi qan hüceyrəsi istehsalını tamamilə qaraciyərdən aldı. Uşaqlığın içi ümumilikdə zülmət qaranlıq kimi düşünülsə də gələcək ananın tapıldığı ətrafa bağlı olaraq işıqlıq ya da qaranlıq ola bilər və körpə bunun ayrı-seçkiliyini edə bilər. Kişi körpələrdə xayalar torbaya eniş müddətini tamamlamaq üzrədir. Körpənin ağırlığı doğumda olacağı ağırlığın üçdə ikisinə çatmışdır. Bu həftələrdə ana artıq hamiləlikdən yaxşıca sıxılmağa başlayır. Yata bilməmək və mədə qıcqırmaları sıx görülən problemlərdir. Zaman zaman qasıqlarınızda bir ağrı ya da sıxılma hiss edə bilərsiniz. Bunlar uşaqlığın gərginliyinin təmin etdiyi kiçik və əhəmiyyətsiz sıxılmalardır.

31. Hamiləliyin 31-ci həftəsi


Körpənizin beyni sürətlə yetkinləşməsinə davam edir. Sürətlə inkişaf edən bir başqa hissə isə körpənin sümükləridir. Körpəniz bu həftələrdə hər zamankından daha çox kalsiuma ehtiyac duyur. Bu səbəbdən süd və süd məhsullarını bolca qəbul etməli və həkiminiz gərək gördüyü təqdirdə kalsium dərmanları istifadə etməlisiniz. Körpənizin göz bəbəyi işığa reaksiya verərək açılıb bağlanmağa başladı belə. Böyüyən körpə və uşaqlıq sinənizdə sıxılmaya səbəb ola bilər və sinə ağrsı ortaya çıxa bilər. Körpə ilə içində üzdüyü maye arasındakı nisbət körpə lehinə pozulduğu üçün ona qalan sahə daralmışdır. Bu səbəbdən körpənizin hərəkətlərini daha çox hiss edə bilərsiniz. Daha əvvəl hiss etmədiyiniz kiçik hərəkətlər belə sizi narahat edə bilər.

32. Hamiləliyin 32-ci həftəsi


Dəri altı piy toxuması inkişafa davam etdikcə körpənizin rəngi qırmızıdan bənövşəyiyə doğru dönməyə başlayır. Bu həftədə körpənizin hərəkətlərinin yaxşıca artdığını hiss edə bilərsiniz. Körpənin hərəkətləri yaxşılıq halının bir göstəricisidir bu səbəblə hərəkətləri saymağı öyrənmənizdə fayda var. Bu arada körpənin dırnaqları tamamilə inkişaf etdi və barmaq uclarına qədər uzandılar belə, buna qarşı körpənin böyümə sürəti azaldı. Bu həftədən sonra həkiminiz sizi 2 həftədən bir görmək istəyə bilər. Bu artıq doğumun yaxınlaşdığı mənasına da gəlir. Erkən doğum ilə əlaqədar əlamətləri öyrənib izləməlisiniz. Həzm sistemi ilə əlaqədar problemləri tez-tez yüksək lifli yeməklər qəbul edərək və bol maye içərək azalda bilərsiniz. Hamiləliyinizin sonuna yaxınlaşmış olmanız vitamin alışını kəsmənizi tələb etməz. Bu vitaminləri doğuma qədər istifadə etməniz lazımlıdır.

33. Hamiləliyin 33-cü həftəsi


Son həftələrə sürətlə yaxınlaşdıqca körpənizin beynində meydana gəlmiş olan və neyron adı verilən milyardlarla sinir hüceyrəsi də onun uşaqlıq daxili həyatında ətrafındakıları öyrənməsinə köməkçi olur. Körpəniz eşidə bilər, hiss edə bilər və görə bilər. Bu həftələrdə körpənizin baş diametri köhnəyə nisbətən daha sürətli böyüməyə başlayır. Körpənizin göz bəbəkləri eynilə sizinkilər kimi işıqda kiçilib qaranlıqda böyümə qabiliyyətini qazanmışdır. Körpəniz bu sayədə bulanıq olaraq görə bilər.
Yenidoğulanlar kimi körpəniz zamanının böyük bir qismini yataraq keçirir. Hətta yetkinlərdəki kimi dərin yuxuya gedər və gözlərində sürətli göz hərəkətləri müəyyən oluna bilər. Körpənizin yuxu görüb görə bilmədiyini bilmərik amma onun yuxu gördüyünü xəyal etmək daha xoş bir düşüncə aşılardı. Körpənizin ağciyərləri artıq inkişafı və yetkinləşməsini hardasa tamamlamışdır. Qoruma və doğum sonrası bədən istiliyini qoruma vəzifəsini yerinə yetirən dərialtı piy toxuması qalınlaşmağa davam etməkdədir. Körpələr hamiləliyin son dövrlərində sürətli çəki yığırlar. Körpəniz artıq yavaş yavaş doğum mövqeyini götürməkdədir.
Əllərdə və ayaqlarda yüngül şiş olması normaldır, ancaq şiddətli başağrılarınız varsa, içıldayan işıqlar ya da nöqtəciklər görürsünüzsə, qarın ağrısı, bulantı və qusmanız olursa preeklempsiya baxımından diqqətli olmalı və mütləq vaxt itirmədən həkiminizlə görüşməlisiniz. Əgər körpəniz çox iridirsə ya da əkiz körpə gözləyirsinizsə qarnınızın içindəki həddindən artıq şişlik səbəbiylə mədənizə olan basqı və narahatlıq hissi səbəbiylə iştəhanızda azalma ola bilər. Körpənizin diz və dirsək vurmalarını ayırd edə bilərsiniz. Zaman zaman içəridə körpənin hoppandığını hiss etdiyinizdə təlaşlanmayın. Bu körpənizin hıçqırmalarıdır və tamamən normal bir vəziyyətdir.

34. Hamiləlikdə 34-cü həftə


Körpənizin ağciyərlərində böyük bir ehtimalla artıq surfaktan adı verilən maddə vardır. Surfaktan, ağciyərlərdə havalanmağı təmin edən alveollerin içindəki havanı boşaltdıqdan sonra divarlarının bir-birinə yapışmasının qarşısını alan maddədir. Zamanından çox əvvəl doğan körpələrdə reanimasiyada surfaktan xaricdən verilir. Körpənizin ağırılığı 2 kilo ətrafındadır. Boyu isə təxminən 42 santimetrdir. Körpənizin böyrəküstü vəzilərindən sekresiyalanan hormonlar sizdə süd istehsalını başlada bilər. Körpəniz yatarkən sizin kimi davranır. Yəni artıq gözlərini yatarkən bağlayıb, oyanırkən açır. Dırnaqları barmaq uclarına qədər uzanmışdır. Körpənizin immunitet sistemi inkişaf etməkdədir, sadə və yüngül infeksiyalarla mübarizə edə biləcək qabiliyyəti qazanmışdır

35. Hamiləliyin 35-ci həftəsi


Bu həftələrdə halsızlıq və yorğunluq bir çox hamilə qadının ən əhəmiyyətli şikayət səbəblərindən biridir. Uyğunlaşmaya çətinliklər, kilo artımı və buna bağlı olaraq hərəkət qabiliyyətində azalma problemli yaşamınıza səbəb olacaq. Bu dövrdə cinsi istəksizlik yaşaya bilərsiniz. Hər hansı bir zərərinin olduğu göstərilməmiş olsa da əgər istəmirsinizsə yoldaşınızı anlayışlı olmaq mövzusunda razı salmalısınız. Bu həftələrdə yaşanan bir başqa problem də doğum və doğuma aid mövzularla əlaqədar narahatlıqlardır. Yoldaşınızın və həkiminizin yanaşması son dərəcə əhəmiyyətlidir. Dünyada hər gün minlərlə qadının doğum etdiyini və bunların yalnız çox az bir qisminin problem yaşadığını ağlınızdan çıxarmamağa çalışın. Siz bu yazını oxuyarkən belə mindən çox körpə ilk qışqırıqlarını atdı.

36. Hamiləlikdə 36-cı həftə


Bu həftədən sonra artıq erkən doğum sancılarınız başlasa belə həkiminiz dayandırmağa çalışmayacaq. Körpəniz doğum sonrası ümumiyyətlə problemsiz ya da az bir baxım ilə həyatını asanlıqla davam etdirə bilər və ağırlığı 2000 qramın üzərindədir. Körpənizin yağ depolaması davam edir. Bu həftədə qol və qıçlarda yağ tutulumu başlayır. Bütün orqan sistemləri inkişaf və yetkinləşməsini tamamladı. Artıq son etaplar edilir. Artıq içində üzdüyü suya nisbətən uşaqlıq içində daha çox yer örtməyə başladığından hərəkətləri də çox asan olmayacaq.
Həkiminiz bu həftədən etibarən sizi muayinə edərək uşaqlıq boynunun( uşaqlığın „ağzı“) vəziyyətini, açıqlıq olub olmadığını araşdırmaq istəyə bilər. Bu həftələrə gəldiyinizdə yuxusuzluq probleminiz artım göstərə bilər. Yuxusuzluğun bir səbəbi də körpənin yavaş yavaş aşağı enməsi səbəbiylə sidik kisəsinə basqı etməsi və tez-tez tualetə getmə ehtiyacı duymanız ola bilər. Gecə yatmazdan əvvəl maye qəbulunu məhdudlaşdırmanız bu mövzuda sizə köməkçi ola bilər.

37. Hamiləliyin 37-ci həftəsi


Xoşbəxt finala yalnız 4 həftə qaldı (əgər Kesar əməliyyatı olacaqsa 2 həftəyə qədər daha zamanınız var). Körpə isə hazırlandı. Hər an doğum kanalına girə bilər. Körpənizin diş ətləri də yetkinləşməsini tamamladı və artıq sərtdir. Hamiləliyinizin əvvəlində USMdə gördüyünüz o kiçicik canlı artıq tam mənasıyla təxminən 2750 qram ağırlığında bir insan balası. Bu həftədə körpəniz ümumiyyətlə son duruş mövqeyini götürmüşdür və artıq dönməsi çox nadir olaraq görülür.
Bu həftədən sonra həkiminiz sizi hər həftə görmək və sizin və körpənizin vəziyyətini qiymətləndirmək istəyə bilər. Bu həftələrdə kilo artımınız (həm körpənin həm də sizin) çox sürətli ola bilər. Həkiminiz uşaqlıq yolundan material (selik) götürərək qrup B Streptokok infeksiyasını daşıyıb daşımadığınızı araşdırmaq istəyə bilər. Bu həftələrdə qarınınızın üst qismində bir boşluq və rahatlama hiss edə bilərsiniz. Bu körpənizin doğum kanalına doğru endiyini ifadə edir. Mədənizdəki basqı ortadan qalxacağı üçün iştəhanız yenidən açıla bilər. Bənzər şəkildə ağciyərlərinizdəki təzyiq də olmayacağından nəfəs alıb verməniz asanlaşar. Sidiyə çıxma körpənin sidik kisəsini sıxması ilə əlaqədar eynilə hamiləliyinizin ilk dövrlərindəki kimi yaxşıca artacaq. Körpənizin hərəkətləri çöldən rahatlıqla izlənilə bilər. Zaman zaman qarnınızın bir bölgəsində birdən bir yüksəliş hiss edə bilərsiniz. Körpənizin hərəkətləri döş qəfəsinizin altında sizə ağrı verə bilər.

38. Hamiləliyin 38-ci həftəsi


37ci həftəni tamamladığınızda körpəniz və hamiləliyiniz son həddlərində olaraq qəbul edilir. Ancaq böyüməsi daha dayanmamışdır. Bədəni yağ depolamağa davam edir və gündə təxminən 15-30 qrama qədər yığılır. Ümumiyyətlə kişi körpələr qız körpələrdən daha çox yağ toplayar və bu səbəblə daha çətin doğulurlar. Körpəniz artıq kafi koordinasiyasını təmin edəcək tutumdadır və əlləri ilə cisimləri rahatlıqla qavraya bilər. Əgər qarnınıza çox qüvvətli bir işıq qaynağı söykəsəniz üzünü o tərəfə doğru çevirəcək. Uşaqlıq içində nəfəs alıb vermə hərəkətləri edər və bunların USM də izlənilməsi körpənizin yaxşı vəziyyətdə olduğunun göstəricisidir. Dölyanı mayeyə görə körpənin ölçüsü çox artdığından hərəkət etməsi çətinləşər və körpə hərəkətlərində azalma fərq edə bilərsiniz. Bu həftəyə qədər uşaqlıq boynu (uşaqlığın „ağzı“) selik tıxacı ilə bağlı idi. Bu tıxacın məqsədi uşaqlığınızın içini və körpənizi xaricdən gələ biləcək mikrob və infeksiyalara qarşı qorumaqdır. Bu tıxacın uşaqlıq yolundan gəlməsi doğumun əlamətlərindən biridir və xalq arasında «probkanın çixması“ olaraq adlandırırlar. Tıxac doğumdan bir neçə həftə əvvəl gələ biləcəyi kimi yalnız bir neçə saat əvvəl də gələ bilər. Tıxacı ümumiyyətlə qanlı selikli bir axıntı şəklində hiss edərsiniz.


39. Hamiləliyin 39-cu həftəsi


Əgər Kesar əməliyyatı olacaqsınızsa bu həftədən sonra hər hansı bir gündə etibarla doğumunuzu edə bilərsiniz. Bəzi vəziyyətlərdə normal doğum planlanan hamilələrdə həkiminiz süni sancı verərək doğumunuzu reallaşdıra bilər. Bu həftədə körpənizin baş ölçüləri ilə çanaq ölçüləri təxmini olaraq bir-birinə bərabərdir. Yağ toplayışı getdikcə yavaşladığından kilo alışı da yavaşlayar. Eyni şəkildə siz də daha az kilo götürməyə başlarsınız. Yanaqları və əmmə əzələləri tamamilə inkişaf etdiyindən və körpəniz davamlı içində üzdüyü mayeni udar. Bu maye ilə birlikdə dərisindən tökülən hüceyrələr bağırsaq məzmununu yəni nəcisini meydana gətirər. Bu nəcisə „mekonyum“ adı verilər. Mekonyum tünd yaşıl-qara rəngli bir maddədir və körpə hər hansı bir səbəblə çətinliyə girdiyində ilk olaraq nəcisini edər. Zaman-zaman qıçlarınızda elektrik çarpmasına bənzər şikayətlənmələr ola bilər. Bunun səbəbi körpəniz hərəkət edərkən uşaqlığın ətrafındakı sinirlərə toxunmasıdır.
Yoldaşınız doğuma girmək istəmirsə onu sizə yoldaşlıq etməsi üçün razı sala bilərsiniz. Qadınların çoxu doğum əsnasında yoldaşları yanlarında olduğunda özlərini çox daha rahat hiss edərlər. Ancaq yoldaşınızı çox məcbur etməyin, bəlkə özünü pis hiss edir və bunu sizə söyləməkdən çəkinir. Bəzi qadınlar isə yoldaşlarının özlərini o halda görməsi düşüncəsindən narahat olurlar. Əgər yoldaşınız doğuma qatılmaq istəyirsə ancaq siz bundan narahatlıq duyursunuzsa yoldaşınıza vəziyyəti açıqca izah edərək sizi başa düşməsini istəyə bilərsiniz. Siz istəmədiyiniz halda yoldaşınızın doğuma girmək istəyərsə bu halda qadınlara kiçik bir hiylə təklif edə bilərik. Gizlicə həkiminizlə danışın və yoldaşınızı içəri götürməməsini istəyin.

40. Hamiləliyin 40-cı həftəsi


Son həftə girdiyində oksigen və qida maddələrini körpənizə daşıyan göbək ciyəsinin uzunluğu təxminən 50sm qalınlığı isə 1.3 santimetr ətrafındadır. Körpənizin ağırlığı 3000 qramın üzərindədir və uşaqlığın böyük bir qismini doldurmaqdadır. Körpənizin dərisini örtən kremli maddə yavaş-yavaş itməyə başlayır. Bənzər şəkildə tüklər də böyük ölçüdə tökülmüşdür. Sizdən keçən antitellər körpənizin doğum sonrası ən azı 6 ay müddətinə infeksiyalara qarşı mübarizəsində köməkçi olacaq. Son həftədə amniyon pərdəsi hər an açıla bilər və dölyanı maye tökülə bilər. Bəzən stəkandan boşalarcasına sürətli və çox miqdarda olan bu hadisə bəzən də çox yavaş ola bilər. Hətta özünüzü sidik qaçırarmış kimi hiss edə bilərsiniz. Miqdarı nə olursa olsun dölyanı mayenin töküldüyünü hiss etsəniz vaxt itirmədən həkiminizi axtarmalı ya da xəstəxanaya getməlisiniz. Bədəninizin tarazlıq mərkəzi yaxşıca dəyişdiyindən tarazlığınızı təmin etməkdə çətinlik yaşaya bilərsiniz. Xüsusilə ilk körpənizi gözləyirsinizsə yoldaşınızla cüt olaraq yaşadığınız bu günlərin qiymətini bilin. Bundan sonrakı həyatınızı bir ailə olaraq davam etdirəcəksiniz.

41. Hamiləliyin 41-ci həftəsi


Əgər hələ də doğum etmədinizsə yaxşıca sıxılmağa və səbrsizlənməyə başladınız deməkdir. Sizdən sekresiyalanan hormonların körpənizin dövranında da tapılması səbəbiylə kişilərdə torbalar, qızlarda da cinsiyyət dodaqları normaldan daha böyük görünəcək. Hətta doğum sonrası məmələrindən süd belə gələ bilər. Bu həm qız həm də kişi körpələrdə rast gəlinə bilən bir vəziyyətdir və bir neçə gün içində özbaşına itər. Bu həftə sizə çox uzun gələ bilər.
Səbrli olmağa çalışmalısınız. Siz hər hansı bir ağrı hiss etməsəniz belə uşaqlıq boynunuz (uşaqlığın ağzı) yavaş yavaş açılmağa başlamış ola bilər. Normal sancıların başlaması ilə uşaqlıq ağızındakı açıqlıq və incəlmə də artmağa başlar. Açıqlıq 10 santimetr olduğunda doğumun ilk mərhələsi tamamlanmışdır. Daha sonra ikinci mərhələ yaşanır və körpəniz dünyaya və sizə salam deyər. Adi fizioloji doğumda baş doğulduqdan dərhal sonra həkiminiz körpənizin ağzını silər və ilk ağlaması otaqda əks-səda salmağa başlar. Bu mərhələdə daha göbək ciyəsi kəsilmədən körpənizin qucağınıza verilməsi ilk təmasın daha isti yaşanmasını təmin edər.
Top