Uşaqların ginekologiya ilə nə əlaqəsi ola bilər? Əgər uşaq ginekologiyası mövcuddursa, o nə ilə məşğul olur? Uşaq və yeniyetmə ginekologiyası qızların normal cinsiyyət funksiyası ilə, həmçinin əsasən uşaq və yeniyetmə dövrlərində cinsiyyət orqanlarının zədələnməsi nəticəsində əmələ gələn xəstəliklərlə, o cümlədən bu xəstəliklərin qarşısının alınması tədbirlərinin həyata keçirilməsi ilə məşğul olur. Axı, nəsilartırma funksiyasının saxlanılmasına yönəldilmiş hər bir tədbir sonradan sağlam ana və uşaq probleminin həllinin rəhnidir.
Cinsi inkişaf üç dövr keçirir: uşaq, pubertatdan əvvəl və birinci pubertat dövrü. Aybaşıdan əvvəl pubertat dövrü (16 yaşına kimi) gəlir. Pubertat dövrünün sonuna yaxın tam yararlı sarı cismin əmələ gəlməsi ilə ovulyator tsikl müəyyənləşir. Pubertat dövründə isə ikincili cinsi əlamətlər tam formalaşır, bədən qadın görkəmi alır.
Cinsiyyət sisteminin bioloji xüsusiyyətləri, yəni anatomik-fizioloji göstəriciləri baxımından insanın inkişafı və cinsi yetkinliyi prosesində əmələ gələn fizioloji və psixi-emosional dəyişiklikləri mərhələ-mərhələ izləmək olar. İnsanın həyatı, bir qayda olaraq, aşağıdakı dövrlərə bölünür: uşaqlıq, yeniyetməlik, gənclik, yetginlik, qocalıq. Bütün bu dövrlər ginekologiya elmi ilə sıxı bağlıdır.
Qızların uşaqlıq dövrlərində elə fizioloji hallar meydana çıxır ki, onlar xüsusi gigiyenik tədbirlərin həyata keçirilməsini tələb edir. Bunu nəzərə alaraq gigiyenanı yenidoğulmuşların, qızın sudəmər dövrünün, məktəbəqədər və adəktəb devrunun, məktəbli qızın, o cümlədən həddi-buluğa çatma dövrünün gigiyenasına bölürlər.
Qızın həyatının ilk dövrlərindən onun cinsiyyət üzvlərinin təmizliyinə fikir verilməlidir. Bunun üçün hər dəfə bələyərkən qızın xarici cinsiyyət üzvləri yuyulmalı, suyu yaxşı hopduran əski ilə qurulanmalı, sonra həm cinsiyyət üzvlərinə, həm də qasıq və bud nahiyəsinin qırışlarına steril bitki yağı çəkilməlidir. Belə yağı düzəltmək üçün hər hansı bitki yağı qaynadılır və təmiz flakona tökülüb istifadə edilir. Bundan başqa, qızın süd vəzilərinə qulluq göstərilməli, onlar 3—4 dəfə zəif dezinfeksiyaedici məhlulla yuyulmalıdır. Bu tədbirlər uşağın bütün südəmər və körpəlik dövrlərində həyata keçirilir. Sonradan valideynlər qızın özünü şəxsi gigiyena qaydalarına riayət etməyi öyrədirlər. Bunun üçün qız yatmamışdan əvvəl hər axşam çinsiyyət üzvünü öndən arxaya doğru axar su altında sabunla yuyur və təmiz qurulayır. Hər gün yerinə yetirilən bu tədbir sonradan onun üçün vərdiş halını alır. Əlbəttə, əvvəlcə əllər sabunla yuyulur.
Bundan başqa, uşaqları cinsiyyət üzvlərinin anatomiya və fiziologiyası ilə tanış etmək lazımdır. Axı, qızların cinsiyyət üzvlərinin inkişafının anomaliyaları (qüsurları) cinsi inkişaf proseslərinin pozulması və digər xəstəliklərin dölə zərərli təsirinin nəticəsi ola bilər. Dölə ananın xəstəlikləri, o cümlədən toksiki (zəhərli) amillər (alkoqol, nəşə zərərli kimyəvi preparatlar və s.) Hamiləlik vaxtı doğuş prosesində dölün uzun müddət havasız qalması, doğuş zədələri alması da patoloji amillər kimi təsir göstərə bilər. Cinsi yetkinlik dövründə keçirilən yoluxucu, endokrin və digər somatik xəstəliklər də qızların cinsiyyət sistemində iz qoyur.
Sağlam qadının formalaşması cinsi yetkinlik dövrünün kedişindən çox asılıdır, O isə orqanizmin digər orqan və sistemlərinin xəstələnməsi nəticəsində, yaxud xarici əlverişsiz amillərin təsiri altında pozula bilər. Qızların cinsi yetişkənlik prosesinin normal. olması onların orqanizmində baş verən çoxlu miqdarda xüsusi dəyişiklərlə bağlıdır. Bu dəyişikliklərin sayəsində qız orqanizmi uşaq doğmaq funksiyanı yerinə yetirməyə hazırlaşır. Bu haqda sonradan ətraflı izahat veriləcəkdir.
Cinsi yetişkənlik prosesi həm onun vaxtından əvvəl inkişafı, həm də gecikməsi halında pozula bilər. Onun inkişafının pozulmasına səbəb bətndaxili, doğuş, zahılıq və i. a. dövrlərdə ona təsir edən patoloji amillər ola bilər. Bunlardan hamiləliyin gecikmiş toksikozu, vaxtından əvvəl doğuş təhlükəsi, doğuş anomaliyaları, dölün uzunmüddət havasız qalması, doğuş zədəsi və b. daha çox təsir göstərir. İrsi amillər, o cümlədən ferment sistemin anadangəlmə qüsurları da burada rol oynaya bilər. Üşaqlıqda və yaxud çinsi yetişkənlik devründə keçirilmiş yolüxüçü xastəliklər (qrip, angina, xronik tonzillit, parotit və b.) özləri də cinsi sistemin inkişafını nlzamlayan müstəqil strukturları zədələyə və eləcə də irsi patologiyanın əmələ gəlməsinə şərait yarada bilər.
8—10 yaşlı qızda aybaşı və ikincili cinsi əlamətlərin təzahürü cinsi inkişafın vaxtından əvvəl baş verdiyinə dəlalət edir. Bunun patologiyası isə həm orqanik zədələnmə, həm də funksional pozuntular şəklində inkişaf edə bilər. Bunlar da ikincili qadın cinsi əlamətlərin, aybaşının və nevroloji simptomlar kompleksinin (zehni inkişafın gecikməsi, patoloji reflekslər) təzahür etməsi ilə səciyyələnir. Cinsi inkişafın vaxtından əvvəl baş verməsi yumurtalıqda hormonal cəhətdən fəal olan şişin olması, yaxud follikulyar kista, böyrəküstü vəzi qabığının disfunksiyası ilə bağlı ola bilər. Cinsi inkişafın normal keçməsinin bir səbəbi də cinsi fünksiyanın düzgün və vaxtında nizamlanmasıdır.