Müsbət əlaqələr qurmaq üçün bunlara diqqət edin

Müsbət əlaqələr qurmaq üçün bunlara diqqət edin

İnsanların fəaliyyət növləri, maraqları, istəkləri, sosial yönümləri, potensial imkanları, dünyaya baxışları, əqidələri, əməksevərliyi, ünsiyyət mədəniyyəti və s. onları bir-birinə yaxınlaşdırır.

1. Qəlb qıran və incidici şərhlər
Açıq sözlü olduğunuzu düşünə bilərsiniz. Ətrafınızdakıların səhvlərini və ya narahat olduğunuz hər hansı bir şeyi birbaşa olaraq söyləkdən çəkinməyə bilərsiniz. Lakin nələrisə deməzdən əvvəl bir az düşünün. Qarşınızdakını söylədiyinizlə incidə bilərsiniz.

2. Qarşınızdakı insan yalnız sizin onu dinləməyinizi istəyir
Çox vaxt insanların tək istədiyi şey onları dinləyən birinin olmağıdır. Yalnız günü çətin keçibsə, bütün bu çətinlikləri, yaşadıqları problemləri izah edəcək, daha doğrusu paylaşacaq birinə ehtiyacları ola bilər. Qarşı tərəfin nəyə ehtiyacı olduğuna diqqət edin. Sizcə onlar nəsihət istəyirlər, yoxsa yalnız onu dinləməyinizi?

3. Digər insanlardan üstün olduğunuzu düşünmək
Kimsə mühakimə edilməyi sevmir. Əgər digər insanları, dedikləri və etdikləri ilə əlaqədar davamlı mühakimə edirsinizsə, münasibətiniz düzgün istiqamətdə getməz. Unutmayın ki təvazökarlıq hər kəsin sahib olması lazım xüsusiyyətdir.

4. İnsanlara nə edəcəklərini söyləmək
Çoxumuz bizə nə edəcəyimizi deyənləri sevmirik. İnsanları bir araya gətirmək, əmr verməkdən daha güclü üsuldur.

5. Hər şeyi bildiyinizi düşünmək
Nə qədər öyrənsəksə də, bilmədiklərimiz çoxdur. Hər zaman bilmədiyimiz şeylər olacaq. Hər şeyi bildiyimizi düşünmək sadəcə kor olmaq kimidir. İnsanları dinləməkdən, yeni şeylər sınamaqdan və yeni şeylər öyrənməkdən qaçmayın.



6. Şikayətçi olmaq
Arada bir şikayət edə bilərsiniz. Lakin davamlı şikayət etmək insanları sizdən uzaqlaşdırır. Şikayətə xərcləyəcəyiniz enerjini şikayət etdiyiniz şeyi dəyişdirməyə sərf edin. İnsanlar müsbət insanların ətrafında olmağı sevir.

7. Verdiyiniz sözləri tutmamaq
Söz verdiyiniz şeyi etməmək və ya gec etmək sizin digər insanlara dəyər vermədiyinizi göstərir.
Top