Öz iş yerinizi necə təşkil etməlisiniz?

Öz iş yerinizi necə təşkil etməlisiniz?


Gündəlik həyatımızın əhəmiyyətli hissəsini işdə, bizə ayrılan o müəyyən ərazidə keçiririk. Elə bu an iş şəraitinizin necə təşkil edildiyini düşünün. Əgər gəldiyiniz nəticə sizi qane etmirsə bunu dəyişmək ümün müəyyən əlamət və yaxud xüsusi bir günü gözləməyin. Haradan və necə başlayacağınızı bilmirsinizsə aşağıdakı məsləhətlərdən yararlana bilərsiniz:

Tullantılar üçün zəmin
Tullantılar üçün boş qutu və yaxud böyük paketi ayırın və onu doldurmağa başlayın. Masanızın üzərində uuzn müddətdir istifadə etmədiyiniz lazımsız və artıq yararsız hala düşmüş avadanlıqları birbaşa olaraq zibil qutusuna göndərin. Lakin bu zaman mühüm sənədləri səhvən atmayasınız deyə onları diqqətdən kənarda qoymayın. Masanızın üzərindən bütün lazımi əşyaları ləğv etdikdən sonra burada nə kimi dəyişikliklər edə biləcəyiniz haqqında düşünün.

İş ərazisinin optimallaşdırılması
Əşyalarınızı asmaq üçün yeriniz yoxdur və yaxud iş masanızın üzərində kifayət qədər yer yoxdur? Lakin artıq sizin müəyyən qədər boş yeriniz olmalıdır. Yox əgər atılan tullantılar sizi kifayət qədər boş yerlə təmin etmədisə başqa nələri ata biləcəyiniz barədə düşünün. Yaxud iş yerinizin optimallaşdırılması barədə düşünün. Ola bilsin, masanızın üzərində çox yer tutan əşyaları ümumi bir yerə yığmaq üçün lazımi avadanlıqlara ehtiyac duyursunuz.

Kompüteri unutmayın
Masanızın üzərində etdiyiniz təmizlik işlərini kompüterin daxilində də etmək lazımdır. Belə ki, lazımsız proqram və faylları silmək və yaxud hər zaman yükləməyə vaxt tapmadığınız lazımi proqramları yükləməyiniz məsləhətdir.

Xoşagəlimli xırda əşyalar
Onları masanın üzərində görmək xoş təsir bağışlayır, elə deyilmi?! Əgər belə əşyaların sayı masanın üzərində həddindən artıq çoxdursa onların ən dəyərlilərini saxlayın. İş masasının üzərində qeyri-iş əşyalarının çoxluğu diqqəti yayındıran amillərdəndir. Yox əgər masanızın üzərində belə bir əşyanız yoxdursa, sizə motivasiya bəxş edən kiçik bir əşyanı gətirərək masanızın üzərinə qoymağınız məsləhət görülür.

Növbəti təmizlik edəcəyiniz tarixi müəyyən edin
Bu tarixi özünüz üçün bir kənara qeyd edin və daim xatırlamağa çalışın. Eyni zamanda, növbəti təmizliş işləri zamanı görəcəyiniz işlərin siyahısını da tərtib edə bilərsiniz. Lakin yadda saxlayın ki, iş yerində müntəzəm olaraq təmizliyə riayət etmək lazımdır. Araşdırmalar sübut edir ki, iş masanızın üzərində olan mikrob sayı, ictimai ayaq yollarında olan mikrob sayından çoxdur.

Sonda, unutmayın ki, təmiz və səliqəli iş yeri ağlın təmizliyi və aydınlığı deməkdir.

banker.az
Top