Bayram tətili zamanı hansı səhvlərdən qaçmaq lazımdır

Bayram tətili zamanı hansı səhvlərdən qaçmaq lazımdır

1. Tətil zamanı işi tamamilə unutmaq lazımdır
Bütün fikrinizi iş prosesinə köklədiyiniz günləri bayram adlandıra bilmərsiniz. Siz nə maşın, nə də robot deyilsiniz, sizin də istirahətə ehtiyacınız var. Buna görə də, ekspertlər müəyyən müddətlik iş məsələlərini və planları bir kənara qoymağı məsləhət görür. Əks halda istihatə etmiş olmursunuz, tətil bitdikdə isə məhsuldarlığınız bərpa olmur.

2. Günahkarlıq hissi ilə mübarizə aparmaq lazımdır
Hər dəfə özünüzü əməyinizə görə mükafatlandırdığınızda günahkarlıq hissi duyursunuzsa bu ciddi problemdir. İstirahət də bir mükafatdır, və belə insanlar tətil zamanı işləməyib, zamanlarını istirahətə sərf etdiklərinə görə günahkarlıq hiss edə bilərlər. Bu hiss ilə mübarizə aparmaq lazımdır, çünki bu istirahətə mane olduğundan tətil bitdikdə məhsuldarlıq səviyyəniz də sıfıra bərabər olacaq.

3. Ofisdə işlərin necə getdiyini həddindən artıq tez-tez yoxlamaq lazım deyil
İstirahət etdiyiniz müddətdə ofisdə işlərin yerlə-yeksan olduğunu düşünmək lazım deyil. Bundan əlavə, tətil zamanı ofisdə kimlərsə qalırsa, öz yoxlanışlarınız ilə etibarsızlıq nümayiş etdirmiş olursunuz. Bu isə nəinki yorğun olmağınıza, həmçinin kolleqanız ilə münasibətlərin korlanmasına da səbəb olacaq.

4. Tamamilə tənbəllik etmək də lazım deyil
Ekspertlər qeyd edir ki, istirahətə köklənmək ümumiyyətlə heç nə etməmək demək deyil. Tətil müddətinizi divanda uzanaraq, televizor izləyərək keçirirsinizsə, bayram tətilinin sonunda özünüzü boş və qeyri-məhsuldar hiss edəcəksiniz. Bu isə təbii olaraq işinizə mənfi təsir edəcək. Bu haldan qaçmaq üçün fəaliyyət növünü dəyişmək, hər zaman məşğul olmaq istədiyiniz, lakin vaxt tapmadıınız işlərə aludə olmaq lazımdır.

5. Ailə və dostlarınızı unutmaq olmaz
Ailə və dostları unutmaq ən son nəticədə heyfslənəcəyiniz məsələdir. Bayramlar – bütün zamanınızı dostlarınız və ailənizə həsr edə biləcəyiniz bir zamandır. Bu zaman boşuna sərf edilməyəcək. Bundan əlavə, yaxın insanların əhatəsində keçirilən zaman motivasiya və entuziazm qazandıracaq.
Top