Doğru insanla münasibətiniz varsa, erkən yaşda evlənmək sizə xoşbəxtlik gətirə bilər. Bəziləri gənc yaşda evlənməyə yaxşı baxmır, çünki sərbəstliyi əldən gedər deyə ehtiyat edir və ən əsası ailə məsuliyyəti gözlərini qorxuzur. Ancaq gənc yaşda evlənməyin də yaxşı tərəfləri varmış.
— Gəncliyinizi ən yaxın dostunuzla birlikdə yaşamış, həyata bərabər hazırlanmış olursunuz.
— Birlikdə böyüyürsünüz.
— Karyera, ya da təhsilinizdə hər addım irəlilədikcə bir-birinizə dəstək olursunuz.
— Gənc ikən maddi durumunuz hər şeyə yetməyə bilər, amma birlikdə maddi gücə qovuşmağı öyrənə bilərsiniz.
— Gənc yaşda uşaq sahibi olmaq fiziki olaraq da məsləhətdir.
— Birlikdə qeyd edəcəyiniz çox anlarınız, xatirələriniz olacaq.
— Gələcək barədə xəyal qurmaq asan olacaq. Çünki demək olar ki, ikiniz də eyni şeyi xəyal etmiş olursunuz.
— Sırf evlisiniz deyə istək və xəyallarınızdan vazkeçmək məcburiyyətində qalmazsınız.