Tələbəlik həyatını maraqlı etməyin 10 yolu

Tələbəlik həyatını maraqlı etməyin 10 yolu

Gəl razılaşaq ki, hamımız bəzən tələbəlik həyatından sıxılırıq. Gündəlik həyatımız get-gedə monotonlaşır və biz həyəcan axtarışına çıxırıq. Həmçinin, bundan əminik ki, heç kim bir gün yaşananlarını analiz edəndə xatirələrinə baxaraq, “necə sıxıcı bir tələbəlik həyatım olub demək” istəməz. Əgər mətni oxuduqca sən də “Məndən danışırlar sanki” deyirsənsə, o zaman doğru ünvandasan! Müxtəlif mənbələri araşdıraraq sənin üçün tələbəlik həyatını necə maraqlı edə bilərsən sualına 10 ən yaxşı cavabları seçib dəyərləndirdik.
 

Party’lərsiz tələbəlik?!



Partyədə iştirak etməmiş tələbəliyini bitirmə, çünki ən çox yadında qalan xatirələrindən olacaq! Dostlarınla yaxşı vaxt keçirə biləcəyin bir party təşkil et ya öz evində və ya hər hansı bir kafedə, klubda. Canlı musiqiyə qulaq asmağı sevirsən? O zaman bir qitaraçı dəvət et yığıncağına, oxu, söhbət et və zamanını yaxşı dəyərləndir. Çünki bəzən keçən zamanı dəyərli və yadda qalan edən məhz sənin özünsən, məkan deyil.

Ev heyvanı sevərlər üçün. Onlarla vaxt keçir!



Müasir cəmiyyətimizdə bəzi insanlar üçün ev heyvanları ilə vaxt keçirmək ən əyləncəli və zövq verici məşğuliyyətlərdən biridir. Əgər öz ev heyvanın varsa ona zaman ayırmağa çalış. Yoxdursa, o zaman sənin üçün əla təklifimiz var! Ölkəmizdə fəaliyyət göstərən bir neçə Azerbaijan Animal Rescue CenterBaku Animal Rescue Society kimi qeyri-kommersiya təşkilatları sənə kimsəsiz ev heyvanları ilə vaxt keçirməyin üçün istədiyin şəraiti yaradacaqlar.

Yeni bir dil öyrənməyə nə deyirsən? Je dis oui!




Yeni biliklər öyrənməyin nə ziyanı var? Xüsusilə, xarici dil öyrənməyin. Bir çox transmilli şirkətlərin insan resurslari seçimində linquistik dil biliyinə sahib olan şəxslərə üstünlük verdiyini nəzərə alsaq, qloballaşan dünyamızda xarici dilin əsas müvəffəqiyyət göstəricisi olduğu fikirlə hamımız razılaşarıq. Bu professional cəhətdən yararlı olduğu kimi, bir o qədər də əyləncəli məşğuliyyətdir. Məsələn, bilirsən mi ki, “nuş olsun” Çin dilində nə deməkdir? Biz bilirik, “好胃口”!

Tələbə klubunu yarat.



Kim istəməz ki, öz marağı olan sahədə həm öyrənsin, həm də öyrətsin?! Bu cür şansı sadəcə universitet daxili tələbə klubları təklif edir. Əslində biznesin təşkili fakultəsində oxuyursan lakin rəssamlığa böyük marağın var? O zaman müvafiq olaraq rəssamliq klubunu aç! Öyrənmək istəyənlərə bildiyini öyrət, mütəxəssis biri ilə məşğul olaraq həm də özün öyrən!

Hər hansı bir yarışda iştirak et.




Bir saniyə, öncə biz deyək: Sən hər hansı bir yarışa qatılmaq üçün ya “yetəri qədər bacarıqlı deyilsən”, ya da ki, “yarışda iştirak etmək üçün çox utancaqsan”. Bu klişelər yalnızca bəhanədir. Ömrünün ən dinamik və yeniliklərlə, sevgi ilə dolu olan bu zamanı- tələbəlik həyatı, bunları etmək üçün ideal zamandır! İntellektual yarış, bacarıq yarışı, şahmat və ya idman çempionatı, aşpazlıq və ya səs yarışı, və daha nələr nələr.
Red Bull Mind Gamers – Zəka Oyunları üzrə Dünya Çempionatı Azərbaycanda. Öz beyin bacarıqlarını indi sına.

Sadəcə sənə maraqlı olduğu üçün bir dərs götür!



 
Əslində tələbəlik həyatının ən yaxşı cəhətlərindən biri də istədiyin dərsi seçib sadəcə maraqlı olduğu üçün ondan yararlana bilərsən. Hər şeydən əvvəl xatırlamalıyıq ki, universitet sadəcə seçilmiş dərslərdən imtahan verməkdən ibarət deyil, əslində bu həm də, özünü kəşf etmək üçün yaxşı şansdır. Səncə də fəlsəfə dərsini öz sahənin dərslərinə əlavə olaraq götürməyin maraqlı olmaz mı? Və ya, hüquq tələbələrinə, əyləncəli olmaz mı standart hüquq dərslərindən fərqli olaraq musiqi dərsi götürsələr? Məncə, bir az bunu düşün.

Səyahət, səyahət, yenə də səyahət!


Həftə sonlarını evdə keçirmək əvəzinə (baxmayaraq ki, həftə sonları məkandan asılı olmayaraq hər zaman arzu olunandır), bəzən dostlarınla səyahət etmək xoş əhval ruhiyyə yaradacaq. İmtahanlar, fərdi işlərlə, yuxusuz gecələrlə dolu olan həftəni yaxşı dəyərləndirmək hamımızın haqqıdır, elə deyilmi? Sadəcə 2 günlük, bahali olması vacib deyil, şəhərin qarışıqlıqlarında uzaqlaşmaq çox yaxşı təsir edəcək sənə. Turist kimi davran bir müddət, yeni şeylər öyrənin, gəncliyindən zövq al.

Təhsil mübadiləsi proramına qoşul. Niyə də yox?


 
Həyatın ən az məsuliyyətlərini daşıyacağın tələbəlik dövründə dünyanı kəşf etməkdən daha yaxşı nə ola bilər? İndi müasir ölkəmizdə bir çox universitetlər tələbələrə bir semestrlik xarici ölkədə olan universitetlərdə oxumaq üçün şans tanıyır. Bu yol ilə sən həm dünyanı səyahət edə bilmə şansı qazanıb, həm də yeni dostlar qazanaraq yeni həyat tərzinə sahib olacaqsan. Bir çox həyat təcrübəsi ilə yanaşı, sən həmçinin professional tecrübə də qazanacaqsan. Hələ də fikirləşirsən? Tez araşdırmağa başla.

Könüllülük fəaliyyəti ilə məşğul ol.



İlk öncə qeyd etməliyik ki, dünyada görmək istədiyin dəyişikliyi birinci özün həyata keçirməyindən daha çox həyatını nə daha mənalı edə bilər ki? Yaşadığın ərazidəki könüllülük fəaliyyəti ilə məşğul olan yerli qrupları nəzərdən keçir. Onlarla əlaqə saxlayıb, bu iş ilə maraqlandığını qeyd et. Məsələn, sən hər hansı bir xeyriyyə marafonuna, təmizlik aksiyasına qoşula bilərsən və ya hal-hazırda geyinmədiyin paltarlarını bağışlaya bilərsən. Əgər haradan başlayacağın barədə əmin deyilsənsə o zaman Azərbaycan Könüllüllər İctimai Birliyi sənə ürəkdən kömək edəcək!

Bu dəfə nə işləyəcksən, nə də imtahan verəcəksən. Sadəcə təcrübə!


Təcrübə proqramları sənə real iş mühitini yaşadacaqdır. Tələbə həyatı öz sahən üzrə real iş mühitini dadmadığın təqdirində natamam sayılır. Məhz buna görə də, nə qədər ki tələbəsən, bacardığın qədər sahən üzrə müxtəlif tərkibli müəssisələrdə təcrübə keç. Bu sənin məzuniyyətdən sonra işə qəbul olma şansını artıracaq!
Top