Bir çox insan iş yerində dostluq münasibətlərinin qurulmasında çətinlik çəkmir. Buna baxmayaraq, bu məsələ ilə bağlı əməl edilməsi gərəkən bir sıra qanunlar var. Yəqin ki, siz də “iş görüş yeri deyil” ifadəsini dəfələrlə eşitmisiniz və iş yerində problemlərinizin olmasını istəmirsinizsə, buna mütləq şəkildə əməl etməlisiniz.
İşdə dostluğun dörd qızıl qaydası:
1. İstifadə etməyin və istifadə edilməyin. Təmmənasız xeyirxahlıqlar yalnız başqalarının yox, eləcə də öz əhvalınızı qaldıra bilər.
Xəbərdarlıq: Dostlarınızın onlara sərf etdiyiniz vaxtı qiymətləndirdiyindən əmin olun.
2. Ehtiyatı əldən verməyin. İş yeri dostlarınızı görə biləcəyiniz məkan olsa da, unutmayın ki, iş işdir və şəxsi münasibətlərinizin nə vaxt korlana biləcəyini bilə bilməzsiniz. Xüsusi ilə dostunuz rəhbər vəzifədədirsə.
3. Bossunuzu müzakirə obyektinə çevirməyin. Həmkarınızı bossunuza qarşı doldurursunuz? Bunun idarə heyətinə çatdırılması an məsləsidir. Bunun əvəzinə, fasilələrdə əməkdaşlarınızla daha əhəmiyyətli məsələləri müzakirə edin.
4. Əməkdaşlıq. Bağlı qapılar arxasında həmkarlarınızı “yerdən yerə vurmayın”. Bu, münasibətlərinizin korlanmasına və sizin etibar edilməyəcək birisi kimi tanınmanıza səbəb ola bilər.
Qeyd:
Ürək xəstəlikləri, yüksəl xolesterol, yuxusuluq, depressiya kimi problemlərin əsas səbəblərinin araşdırılması nəticəsində müəyyənləşdirilmişdir ki, iş yerində aşağı səviyyəli sosial dəstək, əməkdaşlıq bədən stressinin artmasına səbəb olur, bu da öz növbəsində adı çəkilən problemlərə yol açır.
Tərcümə etdi: Rəfiqə Zamanova