Adi sevinclər

Adi sevinclər

Həyat təfərrüatlardan ibarətdir. Sevincli anlar hər gün baş verir. Yəqin ki, bu xırda anlardan zövq almaq bacarığı bizə xoşbəxtlik hissini bəxş edir.
Sadəcə bir an dayanın və ətrafınıza nəzər yetirin. 
Biz sizə bu məqalədə sevinə biləcəyimiz xırda anları təqdim edirik. Lakin unutmayın ki, ətrafımızda minlərlə belə xırda anlar baş verir.

Təmiz mələfələri olan yataqda yatmaq.

Üç dəfə və daha çox səbr gətirmək.

Ayaqlarınızı suya salmaq.

Sizin çox sevdiyiniz bir kitabda bir neçə daha oxunmamış səhifənin olduğunu aşkarlamaq.

Ayağınız sürüşür, lakin siz yıxılmırsınız.

Barmaqlarının arasında qum dənəciklərini hiss etmək.

Uzun zamandır gözlədiyin ismarıcı almaq.

Həqiqətə oxşayan qorxulu bir yuxudan oyanmaq və bunun sadəcə bir yuxu olduğunu anlamaq.

Dadlı şirniyyat yemək.

Qızardılmış kartof porsiyasında çipsi kimi qızardılmış bir kartof tapmaq.

Yeni elektron cihazın ekranından qoruyucu təbəqəni çıxartmaq.

Yatarkən bir ayağını ədyaldan çıxartmaq.

Gödəkçənin cibindən pul tapmaq.

Bilməyərəkdən köhnə və çoxdandır unutduğunuz şifrəni daxil etmək.

Saçını kəsdirdikdən sonra saçlarına əl vurmaq.

Bayramdan sonra dadlı yeməklərlə dolu soyuducunun qapısını açmaq.

Qəfildən pişik sizin dizləriniz üstünə hoppanır və mırıldamağa başlayır.

Ağacların çiçək açmasını görmək.

Zibil vedrəsinə dəqiqlik ilə nəsə atmaq.

Qışdan sonra ilk dəfə pencək geyinmək.

Səhər tezdən oyanmaq, bu günün istirahət günü olduğunu yada salmaq və təzədən yatmaq.

Təsadüfən haradasa uşaqlıq dövrünü xatırladan bir qoxu hiss etmək.

Bəyəndiyin mahnıya dəfələrlə qulaq asmaq.

Öz özündə züm-zümə etdiyin mahnını radioda eşitmək.

Fevralda yazın ətrini, mayda isə yayın ətrini hiss etmək.

Uşaq oyuncaqları və uşaqlığınıza aid əşyalarla dolu olan qutunu qurdalamaq.

Yataqda uzanmaq və yağışın damcılamasını dinləmək.

Çoxlu gəzmək və sonra evə gəlib sadəcə olaraq divanda uzanmaq.

Gülməkdən ağlamaq.

Quru düyü ilə dolu olan bankaya əlini salmaq.

Balışı soyuq tərəfinə çevirmək.

Kənardan sizin dostlarınızla söhbətinizi eşidən insanların gülməsinə diqqət yetirmək.
Top