Bayramlar zamanı ən yaxşı hədiyyələrdən bir də şokoladdır. Xüsusən də onu sevənlər üçün. Yəqin ki, şokoladı sevməyən çox az adam var. İnsanların çoxu şokoladı şirniyyat kimi təsvir edirlər və ümumiyyətlə onlar haqqlıdırlar. Satışda olan bir çox şokoladların tərkibi şəkər, süd və digər əlavələrdən təşkil olunur. Məhz bu da onu qeyri-sağlam qida edir. Hər kəsin bildiyi kimi bu növ şokolad təkcə dişlər üçün yox, eyni zaman da orqanizm üçün də zərərlidir. Beləki, şəkər çox qəbul edildikdə qanı sanki zəhərləyir.
Bunun tam əksi olaraq, yediyiniz təbii şokoladdırsa, demək, ən xeyirli məhsullardandır. Təbii şokolad tünd rəngli, acı dadlı və tərkibi kakao yağı ilə zəngin olur. Əksər hallarda marketlərdə satılan şəkər qatılmış şokolad isə şirniyyatdan fərqlənmir.
Tünd rəngli, şəkərsiz şokolad flavenoidlər adlanan maddə ilə zəngindir. Flavenoidlər dərman təsirlidir. Bunlar həm də bir sıra meyvə, tərəvəz və çayların tərkibində tapılmışdır, amma ən çox təmiz şokoladın tərkibindədir. Flavenoinlər orqanizmi bir çox xəstəliklərdən qoruyur. Tünd şokoladın tərkibindəki flavenoidlər bədəninizi ürək xəstəliklərindən mühafizə edir, xolesterol səviyyəsini aşağı salır və insultdan sonra beyni qoruya bilir.
Şokolad haqqında ən maraqlı fikri ilə tanış olun, bu hamısından daha cəlbedici və hər kəs üçün daha maraqlıdır: şokolad yemək sizi xoşbəxt edə bilir. Bəli, bu həqiqətdir. Əsl şokoladın tərkibini flavenoidlərdən başqa feniletilamin adlı maddə də təşkil edir. Bu maddə insan sevərkən beynin ifraz etdiyi hormon ilə eyni tərkiblidir. Odur ki, yüksək keyfiyyətli, təbii, tünd şokolad sizi sağlam və xoşbəxt edə bilir. Yüksək keyfiyyətli şokoladı mağazalardan əldə etmək heç də asan deyildir.
Bəs sizin yaşadığınız yerlərdə təbii şokolad tapmaq mümkündürmü? Belə şokoladın dadına tez-tezmi baxırsınız? Yəqin ki, çoxunuz yediyiniz şokoladların hansının təbii olduğundan əmin deyilsiniz. Odur ki, ev şəraitində təmiz şokolad hazırlaya bilərsiniz. Bunun üçün lazımı ərzaqlar aşağıdakılardır:
½ fincan kakao yağı
1 fincan kakao pudrası
½ fincan aqava
½ çay qaşığı duz
½ çay qaşığı stevia
Üst hissə üçün qoz-findıq
Partağal ətirləyicisi
Nanə ətirləyicisi
Alt hissə üçün meyvə.