Bağışlamaq

Bağışlamaq

Dəyər verdiyiniz bir insan sizi incitdikdə siz ya qəzəb, kin və qisas hissinə qapılmalı ya da həmin insanı bağışlamalı və həyatınıza qaldığınız yerdən davam etməlisiniz.

Demək olar ki, hər birimiz başqalarının hərəkətləri və sözlərindən incimişik. Bu yaralar sizdə daimi qəzəb, kin və ya hətta qisas almaq hissi yarada bilər,  lakin siz əgər həmin insanı bağışlamasanız, bundan ən çox siz zərər görəcəksiniz. Siz bağışlamaqla rahatlıq və ümid üçün də qucaq açmış olursunuz. Başqasını bağışlamağın sizi fiziki, emosional və mənəvi cəhətdən necə sağlamlaşdıracağını nəzərə alın.

Bağışlamaq nədir?
Ümumilikdə, bağışlama dedikdə qəzəb və qisas fikrindən çəkinmək nəzərdə tutulur. Sizi incidən və ya qəlbinizə toxunan hərəkətlər yaddaşınıza həkk oluna bilər və ya hərəkətləri yaddan çıxara bilməzsiniz, amma onları bağışlamaqla siz özünüzü sakitləşdirə və həyatınızdakı daha müsbət məsələlərə fikrinizi yönəldə bilərsiniz. Sizi incidən birini bağışlamaq həmin insana qarşı sizdə mərhəmət və anlayışlılıq hissləri doğura bilər.

Siz bağışlamaqla həmin insanın sizi incitməsinə haqq qazandırmır, əksinə həmin insanın buna görə cavabdeh olduğunu qəbul edirsiniz. Sizin həmin insanı bağışlamağınız o demək deyil ki, siz onun etdiyi hərəkəti doğru hesab edir və qəbul edirsiniz. Həmin insanı bağışlamaq sizin mənəvi rahatlıq tapmağınıza kömək edir.

Kimisə bağışlamağın nə kimi faydaları var?
Kin-küdurəti bir kənara qoymaqla siz daha mərhəmətli və rəhmdil ola bilərsiniz. Sizi incidən birini bağışlamaqla siz stres, narahatlıq və depresiyaya daha az məruz qala, daha sağlam münasibətlər qura və psixoloji və mənəvi cəhətdən daha sağlam ola bilərsiniz. Eyni zamanda bu halda siz spirtli içki və narkotik maddələrdən istifadəyə daha az meyl edəcəksiniz.

Tərcümə etdi: Cəmilə Hüseynova
Top