Yaxşı dost olmaq

Yaxşı dost olmaq

Əgər siz bir insanın qayğısını çəkirsinizsə, ona bu və ya digər şərtlər altında əlinizdən gələnin ən yaxşısını etmək istəyirsinizsə, siz artıq çox yaxşı bir dostsunuz. Yaxşı dost olmaq üçün bəzi müddəalar vardır:

Dinləmək. Dostluq münasibətlərində dinləmək etməli olduğunuz çox vacib bir hərəkətdir. Dinləməyin ən yaxşı yolu, mövcud vəziyyəti, dostunuzun pəncərəsindən görməyə və anlamağa çalışmaqdır. Əgər siz bunu məqsəd kimi müəyyənləşdirsəniz, siz özünüzü ona düzgün suallar verən biri kimi görəcəksiniz. Yalnız bu yolla siz dostunuzun qayğılarını öyrənə bilərsiniz. Sizin verə biləcəyiniz bir cavabınız yoxdur, ancaq dostunuz sizdən məsləhət gözləyir. Belə bir vaxtda məsləhət verməkdənsə, yaxşı bir dinləyici ola bilərsiniz.

Onlardan nəyə ehtiyacları olduğunu soruşun. Əgər siz kim üçünsə narahatsınızsa və həmin insanların yanında olmağa səy göstərirsinizsə, onlardan nəyə ehtiyacları olduğunu soruşun. Yalnız bu yolla siz, qarşınızdakı insana nəyin fayda verə biləcəyini tapa bilərsiniz.

Əlaqəni kəsməyin. Hətta bir-birinizə yaxın yerlərdə yaşamasanız belə, bir-birinizdən əlaqəni kəsməyin. Facebook, e-mail və digər sosial şəbəkələr vasitəsilə əlaqə yaratmağa səy göstərin.

Onlara nə hiss etdiyinizi deyin. Siz bunu hər bir zaman etməyə məcbur deyilsiniz. Ancaq bunu mümkün qədər tez-tez etsəniz, bu daha effektiv təsir verəcəkdir. Xüsusilə, qarşınızdakı insanın sizin üçün hansı əhəmiyyəti daşıdığını sübut edəcəksiniz.

Qayğı göstərin. Əgər sizin dostunuzun səhhətində problemləri varsa, ya da psixoloji cəhətdən nələrdənsə əziyyət çəkirsə, bütün problemlərin qaynağını öyrənməyinizin ən yaxşı yolu onlara dəstək olmağınızdır. Heç bir şeylə maraqlanmadan onlara qayğı göstərin, bu onlarda özünəinamı daha da qüvvətləndirəcək.

Tərcümə etdi: Zöhrə Nəsibova

Top