Sən tək deyilsən!

Sən tək deyilsən!

İndi bu başlığı görəndə düşünəcəksiniz ki, eeh mən onsuz da təkəm. İndi bir az bu fikirləri kənara qoyub rahatlanın.Və mənfi emosiyalar yaradan xatirələri kənara qoyub, pis düşüncələri ağlınızdan silməyə çalışın. Siz heç bir zaman tək olmamısınız. Dünyaya gəldiyiniz gündən sizi əhatə edən şeylər olub. Bunu ya görməmisiniz, ya da görmək istəməmisiniz. Sizin dünyaya gəlişinizi düz doqquz ay gözləyən ananız, sizi sevən Allah və sizə hər zaman ehtiyac duyan, sizin yerinizə olmaq istəyən, sizə həsəd aparan, və sizi həqiqətən də sevən insanlar. İndi düşünürsünüz ki, nə olsun bunlar var, çevrəmdə yüzlərlə insan olsa da mən özümü tənha hiss edirəm.

Bunun günahkarı elə özünüzsünüz. Ürəyinizin qapılarını İlahi sevgiyə açsaz, üzünüzə bir azca təbəssüm versəz və daxili dünyanızın gözləriylə dünyaya baxa bilsəz nə qədər xoşbəxt olduğunuzu, Tanrının sizi sevdiyini və hər zaman sizinlə olduğunu görə biləcəksiniz. İstər günahkar olun,  istər məsum, istər sevincli olun, istər qəmli hər zaman sizi sevən, sizi görən və hər bir halinizla tövbələrinizi qəıbul edib sizi bağışlaya bilən Allah vardır.
Ona sığınan təkliyi hiss edə bilərmi? Bu məqamda nənəmin danışdığı kiçik bi hekayə yadıma düşür:
” Müəllim şagirdlərə ev tapşırığı verir. Tapşırıq belə olur ki hər kəs evdə elə yerdə toyuğu kəsməli idi ki, heç kəs onu görməsin. Səhərisi gün uşaqalar gəlib danışır ki, mən quyuya girdim heç  kəs görmədi, digəri qapını bağlayır. Biri isə məsumca gəlib deyir ki, mən tapşırığı edə bilmədim. Çünki hara getdimsə Allah məni görürdü."
Biz özümüzdən gizlənsək belə bizi Yaradandan gizlənə bilmərik. Əziz dost, insanlar sizdən üz döndərsə belə, ən yaxın dostlarınız vəfasızlıq etsə belə, hətta sevgilinizdən ayrılmız olsanız belə bu həyatın sonu sayılmaz. Hər şeyi bəxş edən İlahidir. O əgər sizə o nemətləri veribsə, deməli yenə də verə bilər, ona görə də özünüzə qapılmaya deyil, bütün varlğınızla dua etməyə Allahdan her şeyin xeyirlisini sizə bəxş etməsini diləməyə çalışın. İnanin ki, o zaman yaşamaq çox asan olacaq. Və sizinlə hər zaman xoşbəxt gələcəyə addımlayan qoruyucu mələyinizin olduğunu hiss edəcəksiniz.
Top