Qaranlıq bir otada 4 şam sakitcə yanırdı.
Otaqda səssizlik oldduğu üçün şamların pıçıltısı aydınca eşidilirdi. Qapının arxasında dayanan uşaq diqqetle onların söhbətinə qulaq asırdı.
Birinci şam "Mən sülhəm, ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir.Nə qədər yanmaq istəsəmdə, bilirəm ki, sönəcəyəm" dedi və söndü.
İkinci şam "Mən səmimiyyətəm, ancaq heç kim bir-birinə qarşı səmimi olmur.Mənimdə yanmağımın artıq mənası qalmadı" - deyərək söndü və qaranlığa qərq oldu.
Üçüncü şam "Mən sevgiyəm, ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.Onlar artıq öz yaxınlarınıda sevmirlər" - deyərək bir göz qırpımında söndü.
Pıçıltıların kəsildiyini eşidən uşaq içəri girdi. Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.
Dördüncü şam uşağa təskinlik verərək, "Qorxma nə qədər ki, mən yanıram heç bir şam sönə bilməz. Çünki mən ümidəm" -dedi.
Gözləri parıldayan uşaq şamı götürərək o biri şamları yandırdı.
İçinizdəki ümid şamını söndürməyin!...