İngiltərənin nüfuzlu qazetlərindən birinin elan etdiyi müsabiqənin məqsədi xoşbəxtlik haqqında insanların nə düşündüyünü öyrənmək idi. Müsabiqədə soruşulan sual bu idi: «Yer üzündəki ən xoşbəxt insan kimdir?»
Verilən cavablardan dördü mükafat aldı. Mükafat alan dörd cavab belə idi:
1. Yorğun bir iş günündən sonra körpəsinə qovuşan və onu çimizdirən ana.
2. Təhlükəli bir əməliyyatı müvəffəqiyyətlə tamamlamış bir həkim.
3. Qumdan evlər, qalalar düzəldən bir uşaq.
4. Yaxşı bir sənət əsəri yaratmış bir sənətkar.
Xoşbəxtlik hamımızın əli altında və çatıla bilər. Baxdığımız pəncərələr və niyyətlər çox əhəmiyyətlidi.
Bəs sizcə? Dünyada ən xoşbəxt insan kimdir?