İnsanlar var...

İnsanlar var...

İnsanlar var – kitabxana kimi
Bu insanlardan hər şey öyrənmək olar və ən əsası əgər səbrli olarsansa və səy göstərərsənsə özün üçün yeni şeylər kəşf edərsən.

İnsanlar var – labirint kimi

Onları tanımaq olmur, döngədə sizi nə gözlədiyini bilməzsiniz və əlaqələr sizi hara aparacağı sizə naməlum qalar. Amma nəqədər müammalı olsalar, onları öyrənmək bir o qədər maraqlı olur.


İnsanlar var – yaşıl vadilər kimi
Onlarla bütün dərdini sərini unudursan, hər şey çox asan gəlir. Yanında olanda rahatlayırsan və hər şeyi unudaraq dincəlirsən.

İnsanlar var – külək kimi
Bu gün burdadır, sabah başqa yerdə. Heç bir şey daimi və sabit deyil. Maraqları tez tez deyişir və heç bir mövzu üzərində çox durmur.

İnsanlar var – atəşfəşan kimi
Onların xarakteri partlayıcı kimidir və daima bayram əhval-ruhiyyəsi bəxş edirlər insanlara. Həyatı lazımınca yaşayır, daima əyləncələrdə olur. Onların loqosu həyatın dadını çıxart.

İnsanlar var – güllər kimi
Onlarla ehtiyatlı davranmaq, qorumaq lazımdı çünki onlar həssas və tez inciyəndirlər. Bu incəliyin özünündə bir gözəlliyi var – onlar onların qayğısına qalmağa, əks tərəfi güclü hiss etməyə imkan verir.

İnsanlar var – qranit kimi
Onlarla daima əminlikdə olmaq olar, daima qoruma altında olarsan. Daima adama dayaq olarlar və ən çətin vəziyyətlərdə sizə kömək etməyə can atarlar.

İnsanlar var – uçurum kimi
Bilirsən ki, hər şey pis qurtaracaq amma yenə də ona doğru can atarsız.

İnsanlar var – brilliant kimi
Hər ona baxdığında bir şeylər aşkar edirsən, mənfi ya müsbət fərq etməz. Sadəcə olaraq onu öyrənirsən və bundan böyük zövq alırsan.

Top