Gülümsə! Gülümsəyin! Söhbət "anekdot"lardan və "gülməli" verlişlərdən getmir. Sizin enerjinizdən danışıram mən.
Küçədə, evdə, tanıdığınız və tanımadığınız insanlara gülümsəyin.
Çünki bu hamıya yaraşır və hamının içində müsbət enerji baş qaldırır.
Insanlar bir-birinin problemli olduğunu onsuzda bilir.
Və üstəlik nə qədər olar axı evdən çıxar-çıxmaz gördüyümüz ilk insanın gözlərində qəm və ya vəhşi baxışların şahidi olmaq?! Yaxşı hadisələr haqqında fikirləşin biraz.
Problemlərə görə narahat olmağa dəyməz, əslində, onlar onsuzda ən sadiq dost kimi həmişə yanımızdadılar. Sevgilivizi düşünün, ya çox sevdiyiviz dostuvuzu, balaca dünyadan xəbərsiz uşaqları düşünün, gülün.
Təsəvvür edin ki, yol gedəndə insanlar sizə gülümsəyir, siz isə onlara..
Məncə gülümsəməkdi elə xoşbəxtliyin açarı. Siz problem fikirləşdikcə özüvüzə problemləri cəlb etmiş olacaqsız, insanları təbəssümə qonaq etdikdə isə, onlarda sizə
təbəssüm ilə qarşılıq verəcəklər. Qeyd: ötən yazıların birində kişini öz aləmimizdə "niprav" çıxartmışdıq, amma biz "brainstorminbabylon" olaraq Nyutonu və onun cazibə qanununu sevirik, dəstəkləyirik, öpürük.
Allahdan ona rəhmət diləyirik, qəbri nurla dolsun.
Qeyd içində qeyd: rəhməti Allahdan diləyiriksə, deməli biz satanist deyilik. Bu təbəssüm kompaniyasının doğrudan effektiv olduğunu sizə bir-iki misal ilə başa salmağa çalışacam. Fikirləşin ki, harasa getdikdə, balaca və çox şirin bir uşaq anasının qucağında sizə gülümsəyir, dil çıxardır vəs. Əgər sizin hissləriviz hələ sağdı və əgər siz "ayı" deyilsiz -
gülümsəyəcəksiz. =)
Yada əl-əl`ə gəzən çox sevimli bir cütlük görsəz, mütləq nəsə xəyal edəcəksiz, xoş hisslər keçirəcəksiz və yenədə -
gülümsəyəcəksiz.
Əslində bilirəm.. Məndə bilirəm ki, dünya yazdığım qədər gözəl deyil.
O gülümsəyən uşaqdan biraz o tərəfdə bir vaxtlar "gülümsəyən uşaq" olmuş, amma indi standart "azərbaycan məktəblisi" olmuş varlıqlara rast gələ bilərsiz. Və daha nələr, nələr.
Bunları hamı bilir. Amma bütün günü beyində bu pis tərəfləri fırlatmaq normal deyil.
Bunları fikirləşdikcə və gülümsəmədikcə biz get – ged`ə bunu ümumiyyətlə yaddan çıxardacayıq.
Və bizdə vəhşiləşəcəyik, lap "onlar" kimi olacayıq.
Biz tez-tez dünyanı dəyişməkdən danışırıq. İndi fikirləşin..
Fikirləşin ki "fuck"la dünyanı hara qədər və necə dəyişəcəksiz axı?!
Birini söyərək və döyərək dəyişdirməyə çalışsanız, o sizə əks reaksiya verəcək. Və tamamilə haqlı olacaq.
Bəlkə biraz gülək?
Bəlkə mehriban olaq?
Bəlkə sevək artıq bir-birimizi?
Yazını bitirəndən sonra, yazıya tam xətt çəkəcək bir fikrə gəldim. Bu P.S`də ola bilərdi.
Dostlarıma və sevdiyimə..
Bütün insanlardan, onların dünyalarından və orda olub-bitənnən bizə nə?!
Biz bir-birimizə gülümsəyək, bir-birimizi sevək. Bu bizə bəsdi!
Gülümsəyin uşaqlar!
thank u brainstorm[in]Babylon!