Dörd şey xoşbəxtlik əmələ gətirir- təmiz əsl, təmiz ürək, təmiz əl və müstəqil rəy.
Dörd şey xoşbəxtliyə sübutdur - düz danışmaq, sirri möhkəm saxlamaq, həmişə təvazökar olmaq və halallıq ilə kəsb eləmək.
Dörd şey hamıya lazımdır- itaət, nəsihət, şəfqət və əmanət.
Dörd şeyi geri qaytarmaq olmaz- deyilmiş sözü, keçmiş qəzanı, atılmış gülləni və ötmüş ömrü.
Dörd şeyi dörd şeysiz eləmək olmaz-düşmən ilə dost olmasan onu məhv etmək olmaz, səbr etməsən arzuna cata bilməzsən, təvazökarlıq etməsən məhəbbət artıra bilməzsən və səy etməsən elm əldə edə bilməzsən.
Dörd şey işləri tamamlayır-böyüklərə yaxınlıq, tarixi bilmək, düz adamların tədbiri və dostların rəvayətlərini eşitmək.
Dörd şeydən ehtiyat etmək gərək- tələsməkdən, acıq və qəzəbdən, paxıllıq və pislikdən, təkəbbürdən.
Dörd şey bədbəxtlik nişanəsidir- tənbəllik, cahillik, insaniyyətsizlik və kimsəsizlik.
Dörd şəxsdə dörd şey olmaz- yalançıda mürvət, paxılda xoşbəxtlik, məsud adamlarda rahatlıq, bədxasiyyətdə böyüklük.
Dörd şey bütün xalqlar üçün yaxşıdır- ədalət və doğruçuluq, ağıl və bilik, təkamül və səbr, həya və utanmaq.