Albert Eynşteynin dediyinə görə, bu məsələni dünya əhalisinin yalnız 2%-i həll edə bilər. Deyilənə görə, özünə assistent yaxud aspirant götürmək istəyənlərə Eynşteyn bu sualı verirmiş. Özü də deyirmiş ki,bunu şifahi həll etmək lazımdır. Azərbaycanda bunu şifahi edə biləcək adamın olmasına düzü inanmaq çətindir:)
Bu tapmacanın Life İnternational jurnalında 1962-ci ildə nəşr olunmuş variantı daha məşhurdur. Müxtəlif versiyalarda məsələdə adı çəkilən siqaretlər, içkilər, xalqların adı və s. dəyişir.
Aşağıdakı məsələ ilə siz də tanış olun, onu qələm-dəftərlə həll etməyə çalışın.
1)beş fərqli rəngdə beş ev var,
2)hər evdə beş fərqli ölkədən bir adam oturur,
3)bu evlərdə yaşayan adamlar;
-fərqli marka içki içir
-fərqli marka siqaret çəkir
-fərqli cins heyvan saxlayır,
4)siqaret, içki və heyvanların heç biri eyni cins deyil.
1)ingilis qırmızı evdə yaşayır
2)isveçli it saxlayır
3)danimarkalı çay içir
4)ağ evin solunda yaşıl ev var
5)yaşıl evin sahibi qəhvə içir
6)quş saxlayan adam pallmall marka siqaret çəkir
7)sari evin sahibi dunhill marka siqaret çəkir
8)tam mərkəzdəki evdə yaşayan adam süd içir
9)norveçli ilk evdə oturur
10)pişik saxlayan adamın evinin yanındakı evdə oturan adam blend marka siqaret çəkir
11)dunhill marka siqaret çəkən adamın evinin yanındakı evdə oturan adam at saxlayır
12)blue master marka siqaret çəkən adam eyni zamanda pivə içir
13)alman prince marka siqaret çəkir
14)mavi evin yanında oturan adam norveçli
15)su içən adamın qonşusu blend marka siqaret çəkir.
Balığı kim saxlayır?
Sualın cavabını müstəqil özünüz tapdınızsa,afərin. Siz Eynşteyn olmasanız da,dahisiniz:)
Yox,tapmadınızsa,heyfsilənməyin. Aşağıda həlli yolunu öyrənin,diqqətlə analiz edin.
Evləri şərti olaraq 1, 2, 3, 4, 5 adlandıraq və hər bilgiyə görə məlumatları əldə etdikdə müvafiq olaraq evlərə “əlavə” edək.
1. Norveçli ilk evdə oturduğuna 1-ci evdə oturmalıdır.
2.Tam mərkəzdə oturan süd içir, deməli süd içən 3-cü evdə oturub.
3.Mavi evin yanında oturan norveçlidir, deməli 2-ci ev mavi rəngdədir.
4.Ağ evin solunda yaşıl ev var. Bu məntiqlə ağ ev 1, 2(bu ev mavidir), 3 ola bilməz, 4 və ya 5 olmalıdır, onda yaşıl ev 3 və ya 4 olur. 3-cü evdəki süd içir, amma yaşıl evdə oturan qəhvə içməlidir. Deməli yaşıl ev 4-cüdür və burada oturan qəhvə içir, ağ ev isə 5-cidir.
5.Qırmızı və sarı evlər 1 və ya 3-cü olmalıdır, qırmızı evdə ingilis yaşadığı üçün 1-ci ev qırmızı ola bilməz (1-ci evdə norveçli yaşayır), deməli 3-cü ev qırmızı, 1-ci ev sarı olmalıdır.
6.Sarı evin sahibi, norveçli “dunhell” siqareti çəkir.
7.Danimarkalı çay içir bilgisinə görə çay içən danimarkalı ya 2-ci, ya da 5-ci evdə oturmalıdır. “Blue master” markalı siqaret çəkən eyni zamanda pivə içir bilgisinə görə də pivə içən ya 2-ci, ya da 5-ci evdə oturmalıdır. Nəticə: su içən adam 1-ci evdə oturur.
8.Su içənin qonşusu “blend” markalı siqaret çəkməlidir, “dunhell” markalı siqaret çəkənin qonşusu at saxlamalıdır. Deməli 2-ci evdə outran “blend” markalı siqaret çəkir və at saxlayır.
9.Pivə içən ya 2-ci, ya da 5-ci evdə oturmalıdır. Amma pivə içən “Blue master” çəkdiyi üçün 5-ci evdə oturmalıdır və 2-ci evdə outran da çay içmiş olur.
10.Alman 4-cü evdə oturmalıdır ki, “prince” markalı siqaret çəksin. Bu halda ingilisin “pallmall” markalı siqaret çəkdiyi məlum olur.
11. “Pallmall” markalı siqaret çəkən quş saxlamalıdır. Bu qırmızı evdə outran ingilis olmalıdır.
12.”Blend” çəkənin qonşusu pişik saxlamalıdır. İngilis quş saxladığına pişiyi norveçli saxlamalıdır.
13. 2-ci və 5-ci evlərdə kimin oturduğu hələ məlum deyil. Lakin 2-ci evdə outran at saxlayır, isveçli isə it saxlayır, deməli 5-ci evdə oturmalıdır. Danimarkalı isə 2-ci evdə yerləşmiş olur.
14. Deməli balığı alman saxlayır.
1-ci ev- norveçli yaşayır, sarı rəng, “dunhell” siqareti çəkir, su içir, pişik saxlayır.
2-ci ev- danimarkalı, mavi rəng, “blend” markalı siqaret çəkir, çay içir, at saxlayır,
3-cü ev- ingilis, qırmızı rəng, “pallmall” markalı siqaret çəkir, süd içir, quş saxlayır
4-cü ev- alman, yaşıl rəng, “prince” markalı siqaret çəkir, qəhvə içir, balıq saxlayır
5-ci ev- isveçli, ağ rəng, “blue master” markalı siqaret çəkir, pivə içir, it saxlayır.
Yəqin ki, dostlarınızın çoxu burda cavaba baxıb balığı almanın saxladığını biləcək. Ona görə də təkrar olmamaq və işi çətinləşdirmək üçün Eynşteynin sualının başqa variantından istifadə edin.