İnsanlıqdan seçmələr

İnsanlıqdan seçmələr

Musiqi işıqdır
Moskvada “KoЯn” rok qrupunun çıxışı zamanı tamaşaçılar qəfildən əlil arabasındakı bir oğlanı yuxarı qaldıraraq öz kumirlərini daha yaxşı görməsi üçün onu səhnəyə yaxınlaşdırmışdılar.
 

Super qəhrəmanlar
“Menifes” təmizləmə şirkətinin işçiləri  Le Bonheur uşaq xəstəxanasında kiçik bir bayram təşkil etmək qərarına gəldilər. Pəncərələri çöldən yumaq vaxtı gəlib çatanda onlar super qəhrəmanlar: “Spiderman”, “Batman” və “Captain America” kimi geyindilər. Könüllülərin sözlərinə görə, uşaqlar onlara əl eləyən “Spiderman”i görəndə sevincdən uçurdular.
Mütəxəssislər bu cür müalicə  üsulunun çox faydalı olduğunu deyirlər, çünki xəstəlikləri unutmaq və daha maraqlı şeylər haqqında düşünmək olduqca vacibdir.      


Qəhrəmanlıq şücaəti
Yanğınsöndürən bu pişiyi indicə öz həyatını təhlükəyə ataraq yanan evdən çıxarmışdır. Yenidən normal nəfəs ala bilməsi üçünsə, o,  pişiyə oksigen maskası taxmışdır. 
 

Yaxşı polis
Polis işçisi Larri Deprimo ayaqqabı mağazası qarşısında oturan evsizi görəndə “ Times Square”də gecə növbəsində idi. O, yaşlı evsizə yaxınlaşıb onunla bir az söhbət edib ayaqqabı ölçüsünü öyrənəndən bir müddət sonra əlində isti corab və qış çəkmələri geri qayıtdı. Bütün bunlar şerif ofisinin əməkdaşının gözləri qarşısında baş vermiş və bu səhnəni gizlincə mobil telefonun kamerasına çəkmişdir.
Polis işçisinin kiminsə onu müşahidə etdiyindən xəbəri yox idi, o sadəcə evsizə kömək etmiş və yenidən gecə növbəsinə qayıtmışdı. Şerif ofisinin əməkdaşı evə gəldikdən sonra şəkli Nyu-York polis demartapentinə göndərmiş, onlar isə polis işçisinin şəxsiyyətini müəyyənləşdirərək şəkli öz Facebook səhifələrinə qoymuşdular. 


Risk 
Bu iki norveçli gənc yaxınlıqdan qəribə səslər eşidəndə sadəcə gəzişirdilər. Sən demə, ehtiyatsızlıq ucbatından balaca quzu suya düşübmüş. Daşlardan və bir-birilərinin əllərindən möhkəm yapışan gənclər quzunu xilas etmək üçün öz həyatlarını təhlükəyə atmışdılar.    


Ləyaqətli rəqib
Atlet ayağını burxmuş rəqibinə finiş xəttini keçməyə kömək edir.


Xeyirxahlıq
Kimsə tanımadığı insanı məmnun etmək qərarına gəlib və  pulun qalığını şirniyyat almaq üçün avtomatda saxlayıb.  


Dost dar gündə tanınar
“Sandy” fırtınasından sonra minlərlə insan elektriksiz qalıb. Olanlar isə cərəyan şəbəkələrini çölə çıxarır, insanların mobil telefonlarını taxmalarına və qohumları ilə əlaqə saxlamalarına kömək edirdi.


Əsgərlər də insandır
Bu əsgər uzun müddətdir ki, növbədədir. Yorulmuş əsgəri görən əfqan onun susuzluğunu yatırmaq üçün ona bir fincan çay gətirib.


Sizin beş dəqiqəlik parıltınız, kiminsə bütün həyatına bərabərdir
Serbiyanın Pirot şəhərinin gimnaziya tələbələri ehtiyacı olanlara kömək etmək üçün məzun gecəsində bahalı geyimlər geyinməkdən imtina ediblər. Aksiya zamanı müəllim və şagirdlər uşaqları çox xəstə olan üç ailəyə 310 000 dinar məbləğində kömək ediblər. Gimnaziyadakı şənlikdən sonra məzunlar arxasında “Sizin beş dəqiqəlik parıltınız, kiminsə bütün  həyatına bərabərdir” yazısı olan köynəklərlə şəhərin mərkəzindən keçiblər.


Bu şəxs Manilada sel zamanı tərk edilmilş evdəki küçükləri xilas edir. 


Minnətdarlıq
Rio-de-Jeneyroda ayaqqabısını evsiz qıza verən adamın şəkli.
Top