Ən gözəl tamaşa

Ən gözəl tamaşa

Uşaq vaxtı atamla sirkə getmişdik. Bilet satılan kassanın qarşısında uzun bir növbə var idi. Bizdən öndə ata, ana və 6 uşaqdan ibarət bir ailə dayanmışdı. Kasıb olduqları çox bilinirdi. Paltarları köhnə olsa da, çox təmiz idi. Uşaqlar sevincdən atılıb, düşürdülər. Sirkə gələ bildiklərinə görə çox xoşbəxt idilər.

Bir azdan onlara da növbə çatdı. Ata kassaya yaxınlaşdı və biletin qiymətini soruşdu. Kassir ona biletin qiymətini deyəndən sonra kəkələməyə başladı. Dönüb həyat yoldaşının qulağına nələrsə pıçıldadı. Üzündən necə bir pis vəziyyətə düşdüyü oxunurdu.

Qəfil atam cibindən 20 dollar çıxardı və yerə atdı. Sonra da əyilib yerdən qaldırdı və kişinin çiyninə toxunaraq:

— «Pulunuz yerə düşdü, cənab» dedi. Kişi atama baxdı və gözləri dolaraq: «Təşəkkür edirəm, cənab» dedi.

Onlar bilet alıb içəri girdikdən sonra atam mənim əlimdən yapışaraq növbədən çıxdı. Çünki atamın o kişiyə verdiyi 20 dollardan başqa pulu yox idi.

O gündən sonra atamla fəxr etdim. O iki dəqiqədə izlədiyim anlar mənim həyatımda ən gözəl tamaşa idi. O gün izləyə bilmədiyim sirkdən daha daha gözəl bir tamaşa.

Çarli Çaplin
Top