Canlılarda ifrazat

Canlılarda ifrazat

Maddələr mübadiləsinin son məhsullarının orqanizmdən xaric edilməsi ifrazat adlanır. Canlılarda ifrazat orqanları fərqlidir.
Bitkilərdə ifrazat. Bitkilərdə xüsusi ifrazat orqanları yoxdur. Əksər bitkilər ifrazat məhsullarını buxar şəklində ağızcıqlardan xaric edir. Bildiyiniz kimi, bu, transpirasiya prosesi adlanır. Çiyələk və buğda kimi bitkilərdə damcılar şəklində ayrılan su özü ilə duz və digər maddələri də çıxarır. Bu, quttasiya adlanır. Bitkilərin sintez etdiyi nektar və efir maddələri də ifrazat məhsullarıdır. Bəzi ifrazat məhsulları vakuollarda toplanır və xəzan vaxtı yarpaqlar töküldükcə bitkilərdən uzaqlaşır. Bitkilərin bir qismi kökləri vasitəsilə lazımsız məhsulları xaric edir.
Birhüceyrəli heyvanlarda ifrazat. Şirin sularda yaşayan adi amöb, yaşıl evqlena və infuzor-tərlik kimi birhüceyrəli heyvanlarda ifrazat vakuolu adlanan orqanoid var. İfrazat vakuollannda ifrazat məhsulları toplanır. Bu orqanoid vaxtaşırı partlayır və suda həll olmuş lazımsız maddələr hüceyrə membranı vasitəsilə xaricə atılır. İbtidailərdə ifrazat diffuziya və osmotik tənzimləmə ilə həyata keçirilir.                                                    İnfuzor-tərlikdə ifrazat
Çoxhüceyrəli onurğasızlarda ifrazat. Süngərlərdə və bağırsaqboşluqlularda xüsusi ifrazat orqanları yoxdur. Onlar ifrazat məhsullarını diffuziya nəticəsində bədən səthi ilə xaric edir.Yastı qurdlardan olan ağ planaridə protonefridial tipli ifrazat sistemi mövcuddur. Belə heyvanlarda parenxima daxilində ulduzabənzər hüceyrələr var. Bu hüceyrələr ifrazat məhsullarını toplayaraq xırda borucuqlara, oradan isə iri ifrazat borucuqlarına axıdır. Toplanmış ifrazat məhsulları bədən səthi ilə orqanizmdən kənarlaşdırılır.soxulcan ifrazat

Soxulcanlarda ifrazat məhsulları orta buğumlarda yerləşən (hər buğumda bir cüt) ifrazat orqanları (metanefridi) vasitəsilə xaric olunur. Metanefridilərin genişlənmiş qıfşəkilli hissəsi maddələr mübadiləsinin son məhsullarını toplayır, nazikləşmiş hissəsi isə bu məhsulları xaric edir.
Molyusklarda həlqəvi qurdların metanefredilərinə oxşar böyrəklər vardır. Böyrəklərin kirpikli hüceyrələrində toplanan ifrazat məhsulları bir kanalla manti boşluğuna açılır, oradan da kənarlaşır. Buğumayaqlıların ən geniş yayılmış nümayəndələri olan cücülərin ifrazat məhsulları Malpigi boruları vasitəsilə xaric olunur. Bir uclan qapalı olan bu borular bədəndə əmələ gələn lazımsız məhsulları qandan toplayaraq bağırsaqlara ötürür. Cücülərin qarıncığının divarında və daxili orqanları üzərində olan piy cisimcikləri də ifrazata xidmət edir. İfrazat prosesi çay xərçəngində baş hissədə yerləşən cüt yaşıl vəzilər, hörümçəkkimilərdə isə Malpigi boruları və xüsusi vəzilərlə həyata keçirilir.
Onurğalılarda ifrazat. Bütün onurğalı heyvanlarda ifrazat orqanları böyrəklərdir.Qədimdən böyrəklərin ifrazat məhsullarını xaric etdiyi məlum olsa da, onların iş mexanizmi çox sonralar öyrənilmişdir.
Yaşadıqları mühitdən asılı olaraq, onurğalıların ifrazat orqanların quruluşunda fərqliliklər yaranmışdır. Hətta şirin su və duzlu suda yaşayan balıqların belə ifrazat orqanlarının quruluşunda fərqli xüsusiyyətlərə rast gəlinir. Bunun nəticəsində orqanizmlər öz daxili maye mühitlərini sabit saxlşirin su balığıayır.
Şirin su balıqlarının əksəriyyətinin bədəninin üzəri pulcuqlarla örtülüdür. Onların yaşadığı mühitdə təzyiq aşağıdır. Balıqların bədənindəki osmotik təzyiq bədən səthindən və qəlsəmələrdən daxil olan su nəticəsində tənzimlənir. Onlar heç vaxt su içmirlər və çoxlu sidik ifraz edirlər. Bədəndən itirilən duzların yeri qəlsəmələr vasitəsilə sudan alınan duzlarla bərpa edilir.
Duzlu su balıqlarının bədənindəki təzyiq sudakı təzyiqdən aşağıdırduzlu su balığı. Ona görə də onların bədənində su itkisinin baş verməsi mümkündür. Bu səbəbdən belə balıqlar daima dəniz suyu içir, nəticədə çoxlu duz qəbul edir. Duzun artığı qəlsəmələrdən xüsusi hüceyrələr vasitəsilə xaricə atılır. Duzlu su balıqları çox az miqdarda sidik ifraz edir. Onlar bədənlərində olan ammonyakm çox hissəsini qəlsəmələri vasitəsilə xaricə çıxarır.
 Quruda yaşayan canlıların orqanizmində su itkisinin qarşısını alan uyğunlaşmalar vardır. Bir çox heyvanlar bunun nəticəsində uzun müddət su içmədən yaşaya bilir. Məsələn, dəvələrdə güvənlərdəki piyin oksidləşməsi metabolik suyun yaranmasına səbəb olur. Onların digər bir uyğunlaşması isə böyrəklərdə suyun geri sorulmasını təmin edən kanalların daha uzun olmasıdır. Bunun nəticəsində geriyə daha çox su sorulur.Canlıların həyat fəaliyyətini davam etdirməsi üçün ifrazat çox vacibdir.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top