Canlılarda qıcıqlanma

Canlılarda qıcıqlanma

Canlılar yaşamaq üçün mühit amillərinə müəyyən reaksiyalar verir və qarşılarına çıxan maneələri dəf etməyə çalışırlar. Maneələri dəf etmək qabiliyyətləri olmadıqda onlar məhv olurlar. Məsələn, üzməyi bacarmayan insan dərin su hövzəsinə düşərsə, onun boğulma ehtimalı daha çoxdur.

Müasir dövrdə mövcud olan bütün canlılar mühitə uyğunlaşaraq bu günə qədər yaşaya bilmişlər. Canlılar aləminin bütün nümayəndələrinin hər hansı bir təsirə qarşı verdiyi cavab reaksiyası qıcıqlanma adlanır. Qanda tiroksin hormonunun miqdarı artanda ürək döyüntülərinin sayı artır. Bu, daxili qıcıqlanmadır. İnsanı əsəbiləşdirən zaman qanda adrenalinin miqdarı artır. Bu xarici qıcıqlanmanın təsiri ilə baş verir.
Bitkilərdə qıcıqlanma. Bitkilərdə qıcıqlanmanı müşahidə etmək çox asandır. Pəncərə qarşısına qoyulmuş dibçəklərdəki bitkilərin yarpaq və gövdələrinin işığa doğru çevrilməsi, günəbaxanın çiçək səbətinin sanki Günəşin arxasınca gəzməsi, küsdüm bitkisinin yarpaqlarına toxunan kimi bükülməsi tropizm adlanır.Tropizm xarici amillərin təsirinə qarşı bitki hissələrinin istiqamətli yerdəyişmBitkilərdə qıcıqlanmaəsidir. Bitkilərdə tropizmi nəinki işığa, həm torpağa, həm də bəzi kimyəvi maddələrə qarşı da müşahidə etmək mümkündür. Zirinc bitkisində həşərat erkəkciyə toxunarsa, bitki dərhal sürətlə əyilir və həşərat tozcuğa bulaşmış olur. Həşəratyeyən bitkilərdə həşəratların tutulması da qıcıqlanma və hərəkətin nəticəsidir. Mamır və qıjının spermatozoidləri yumurtahüceyrənin ifraz etdiyi maddələrə doğru üzür. Bu isə çoxhüceyrəli bitkilərdə taksisə misaldır.
İşıq və temperaturun gün ərzində dəyişməsi ilə əlaqədar bitkilərin çiçəklərinin açılıb-bağlanması sutkanın müxtəlif vaxtlarında baş verir. Bu, kasa yarpaqları və ləçəklərin hərəkətləri ilə əlaqədardır. Bitkilərin hərəkətinin digər səbəbi hüceyrələrdə olan suyun miqdarının dəyişməsidir.
Birhüceyrəlilərdə qıcıqlanma. Bakteriyalar üzərində aparılan müşahidələr nəticəsində aydın olmuşdur ki, onlar qidalı mühiti hiss edən kimi həmin istiqamətə doğru hərəkət edir.Birhüceyrəlilərdə qıcıqlanmaAmöblər olan suya duz kristalları qoyularsa, onlar yalançı ayaqlarını yığır, ovlarını hiss edən kimi yalançı ayaqlarını uzadıb onu tutur. Yaşıl evqlenalar qamçıları ilə hərəkət edir. Əgər onlar hər hansı bir maneəyə rast gələrsə, əvvəl dayanır, sonra geriyə dönür və uzaqlaşır. Birhüceyrəlilərin, eyni zamanda əksər çoxhüceyrəlilərin bu cür cavab reaksiyası taksisdir. Taksis xarici qıcığa cavab olaraq hüceyrənin və bütöv orqanizmin istiqamətlənmiş yerdəyişməsidir.
Çoxhüceyrəli heyvanlarda qıcıqlanma.Çoxhüceyrəli heyvanlarda qıcıqlanmaHeyvanların əksəriyyəti çox hərəkətlidir. Ən mürəkkəb hərəkətləri, əsasən, onurğalılarda müşahidə etmək olur. Onlar qıcıqlara qarşı müxtəlif cür reaksiyalar verirlər. Məsələn, bəzi balıq sürülərinə alt tərəfdən işıq saldıqda onlar beli üstə üzməyə başlayırlar.
İbtidai heyvanlarda qıcıqlanma hadisəsinin çoxhüceyrəlilərdə refleks adlandığı və onun sinir sistemi ilə idarə olunduğu sizə bəllidir. Müxtəlif heyvanlarda sinir sisteminin inkişafı fərqli olduğuna görə onlarda yaranan reflekslər də fərqli olur.
Sinir sistemi inkişaf edib mürəkkəbləşdikcə reflekslər də mürəkkəbləşir. Düşməni gördükdə antilopun davranışı mürəkkəb şərti refleksdir.
Qıcıqlanma və reflekslər vasitəsilə orqanizm ona göstərilən təsirlərə cavab reaksiyaları verərək fəaliyyət göstərir. Bu zaman onlar dəyişmiş ətraf mühit şəraitinə uyğunlaşırlar.

Müəllif: Nüşabə Məmmədova, Brilyant Həsənova, Könül Mahmudova, Leyla Fətiyeva
Mənbə: BİOLOGİYA — 10 Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün Biologiya fənni üzrə DƏRSLİK
Top