Balıqlar (lat. Pisces) – Orqanizminin bütün mərhələsində qəlsəmə ilə tənəffüs etmək xüsusiyyətinə malik olan çənəağızlı onurğalı su heyvan qruplarının sinifüstü.
Balıqların əksəriyyəti bütün ömrü boyu qəlsəmələrlə, az qismi isə həm də atmosfer havası ilə tənəffüs edir. Bəzi növlərdə əlavə tənəffüs orqanları inkişaf etmişdir. Balıqlarda hərəkətli çənələr, tək və cüt üzgəclər əmələ gəlmişdir. Tək üzgəclərə bel, quyruq və anal üzgəcləri, cüt üzgəclərə isə döş və qarın üzgəcləri aiddir. Başın üstündə öndə bir cüt qoxu dəliyi yerləşir. Dərinin üzəri, adətən, pulcuqlarla örtülü olur. Bədən forması çox müxtəlifdir.
Təsnifatı
- Sümüklü balıqlar sinfi
- Şüaüzgəcli balıqlar (Actinopterygii) yarımsinfi
- Qanoid balıqlar (Ganoidomorpha) infrasinfi
- Sümüklü balıqlar (Teleostei) infrasinfi
- Xoanlar (Sarcopterygii) yarımsinfi
- İkitənəffüslülər (Dipnoi) dəstəüstü
- Pəncəüzgəclilər (Crossopterygii) dəstəüstü
- Qığırdaqlı balıqlar sinfi
- Yastıqəlsəməlilər (Elasmobranchii)
- Bütövbaşkimilər (Holocephali)
- Akantodlar sinfi (nəsli kəsilib)
- Plakodermalar sinfi (nəsli kəsilib)
- Antiarchi yarımsinfi
- Arthrodira yarımsinfi
- Petalichthyda yarımsinfi
- Phyllolepida yarımsinfi
- Ptyctodontida yarımsinfi
- Rhenanida yarımsinfi
Tənəffüs
Balıqlarda tənəffüs sistemi su ilə qan damarları arasındakı xarici tənəffüs, qan ilə toxumalar arasındakı daxili tənəffüs olmaqla 2 hissədən ibarətdir. Balıqlarda tənəffüs orqanı əvəzinə, xüsusi inkişaf etmiş qəlsəmələr mövcuddur. Bu qəlsəmələr sümüklü balıqlarda bütün bədəni əhatə edən 4 qəlsəmə qövsü üzərində, lampiridlərdə isə 7 qəlsəmə qövsü üzərində yerləşir. Qəlsəmə boşluğunda yerləşən qəlsəmələr, adətən, operkulum adlı bir örtüklə qorunur. Qəlsəmə yarığında böyüklüyünə və saylarına görə bir-birindən fərqlənən qəlsəmə dişcikləri (branchiospin), əks tərəfdə isə kapilyar qan damarlarından ibarət qəlsəmə üzgəcləri mövcuddur.
Balıqlar suda həll olmuş oksigenlə tənəffüs edirlər. Bir litr səthə yaxın dəniz suyunda təxminən 5 ml oksigen olur. Havanın bir litrində isə 210 ml oksigen olur. Beləliklə, əgər insan su altında tənəffüs edə bilsə idi, lazımi oksigeni əldə etmək üçün dəqiqədə 450 dəfə nəfəs almalı idi.
Qəlsəmələr minlərlə qəlsəmə lifindən ibarətdir. Hər bir qəlsəmə yarığı nazik qan damarları ilə örtülüdür. Bu damarlar özlüyündə daha kiçik damarlara ayrılaraq damar toru meydana gətirir. Qəlsəmələrin ikiqat lövhələrdən ibarət quruluşu oksigen daşıyan damar torunun sahəsini daha da genişləndirir. Belə ki, qəlsəmələrin səthinin sahəsi normal heyvanlarınkından on qat daha böyükdür. Sudan çıxan balığın boğulması havadakı oksigenlə tənəffüs edə bilməməyindən daha çox qəlsəmə yarıqlarının daxilə doğru çökməsi və tənəffüs üçün kifayət qədər sahənin qalmamağı ilə əlaqədardır.
Qəlsəmələr ağciyər rolunu oynayır
Balıqlarda oksigen məməlilərdəki kimi birbaşa ağciyərlərə daxil olmur. Qəlsəmələrə daxil olan sulardakı oksigen buradakı nazik damarlardan qana keçir. Balıqların qan dövranı da məməlilərinkindən çox fərqlənir. Məsələn, insanda ürək 4 kameralı olduğu halda, balıqlarda iki kameralıdır. Bunun səbəbi balıqlarda qanın bir istiqamətli hərəkətidir. Qan ürəyə bir damardan daxil olur və qəlsəmə istiqamətində ürəkdən çıxır. Qəlsəmələr qanın ətrafındakı sudan oksigeni toplayır və bütün vücuda daşıyır. İstifadə olunmuş oksigen ürəyə qayıdır. Qan qəlsəmə liflərinin arasında suyun əksi istiqamətində hərəkət edir. Bu, sudakı bütün oksigenin qana keçməsi üçün çox əhəmiyyətlidir. Əgər qan su ilə eyni istiqamətdə hərəkət etsə idi, sudakı oksigenin yalnız yarısı qana keçərdi. Qan və sudakı oksigen eyni səviyyəyə çatdıqda qan oksigen qəbulunu dayandırardı. Ancaq suyun əksi istiqamətində hərəkət sayəsində oksigenin qəbulunda heç bir problem yaşanmır: suda qandakından daha çox oksigen var və sudakı oksigenin 50%-dən çoxu qana qarışdıqdan sonra belə oksigen ötürülməsi davam edir. Bu sistem sayəsində balıq 80-90% daha çox oksigenlə təmin olunur.
Qəlsəmələrdəki kapilyarların funksiyası
Xarici tənəffüs, yəni suda həll olmuş oksigenin qana keçməsi və qandakı karbondioksidin (CO2) suya keçməsi (qazlar mübadiləsi) qəlsəmə lövhələrindəki kapilyarlar vasitəsilə həyata keçir. Hər qəlsəmə qövsündə lamellər (incə lövhələr) cüt şəkildə sıra ilə düzülüdür. Qəlsəmələr funksiyalarını yerinə yetirmək üçün daima su ilə təmasda olmalıdırlar. Buna görə də balıqlar tez-tez ağızlarını açıb-bağlayırlar. Bu zaman qəlsəmə qapaqları da su sirkulyasiyasını təmin etmək üçün mütəmadi olaraq açılıb-bağlanır.
Hava kisələri balıqların yaşaması üçün lazımi orqanlardır
Yalnız onurğasının xüsusi formada olması bir balığın üzə bilməsi üçün kifayət deyil. Çünki balığın sudakı hərəkəti yalnız irəli-geri getməkdən ibarət deyil. Balıq suda aşağı-yuxarı hərəkət edə bilməsə, yaşaya bilməz. Balığın daxili təzyiqi ilə sudakı təzyiq tarazlıq təşkil edərsə, balıq suda rahat hərəkət edə bilər. Lakin sudakı təzyiq az olarsa, balıq suyun səthinə doğru qalxacaq; çox olarsa, bu zaman da dərinliyə doğru enəcək. Bir çox balıq növündə bu tarazlığı tənzimləyən hava kisələri mövcuddur. Kisələri hava ilə doldurduqda asanlıqla suyun dərinliklərinə enir, boşaltdıqda isə suyun səthinə doğru hərəkət edə bilirlər. Balıq dərinliyə endikdə suyun balıq üzərindəki fiziki təsirləri də dəyişir və hava kisələrinin ikinci həyati əhəmiyyəti ortaya çıxır: balıq hava kisəsindəki qazı doldurub boşaltmaqla sudakı tarazlığını tənzimləyə bilir.
Bəzi balıqlarda bu kisələr başqa funksiyalar da yerinə yetirir: balığın çıxardığı səsi artırır, qulağın eşitmə qabiliyyətini gücləndirir. Qulağa bağlanan üzmə kisəsi həkimlərin istifadə etdiyi stetoskop kimi mexaniki səs yüksəldici funksiyasını yerinə yetirir.
Balığın insan orqanizminə xeyri
«Archives of Neurology» tibb jurnalının dərc edilən bir tədqiqata görə çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar. Bundan əvvəlki tədqiqatlarda balığın alsheymer və ürək tutması kimi xəstəliklərin qarşısını aldığı məlum olmuşdur. Bu tədqiqatlarda tərkibində omeqa-3 yağı olan balıqların ürək xəstəliklərinin qarşısını almaqda böyük əhəmiyyətə malik olduğu vurğulanmışdır.
Son tədqiqatı aparan Rush Tibbi Tədqiqat Universitetinin epidemioloqu Martha Callare Morris «3178 insan üzərində aparılan tədqiqatlar nəticəsində həftədə bir dəfə balıq yeyənlərin düşünmə qabiliyyətindəki zəifləmənin digərlərinə nisbətən 10% az olduğunu müəyyən etdik» demişdir.
Balta balığı
Böyük yaradılış möcüzəsi olan Balta balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okean dərinliklərində yaşayan balıqların çoxunda olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir və bu gözlər yuxarı baxan şəkildə yerləşdirilmişdir. Bunun səbəbi bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır. Amma bu canlılar bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Sahib olduqları bədənin üstün dizaynı canlıya təhlükələrdən qorunma xüsusiyyəti verir. Kəsər balığının bədəni yastıdır. Bədəninin rəngi isə gümüş rəngidir. Buna görə də qaranlıqda rahatlıqla kamuflyaj ola bilir. Yaxşı, bu canlı aşağıdan gələ biləcək təhlükələrə qarşı necə qorunur? Əlbəttə, ondan daha dərinlərdə yaşayan balıqlar da iri gözləri sayəsində onun üçün ovçudurlar. Ancaq Balta balığı qarınında olan və “fotofor” deyilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr işıq istehsal edirlər. Bu, bioloji işıqdır. İki fərqli kimyəvi maddə birləşir və kimyəvi reaksiyaya girərək bu işığı meydana gətirirlər. Bu fövqəladə hüceyrələr yuxarıdan süzülən işığın dəyişən rəngini olduğu kimi təqlid edir və tamamilə eyni rəngdə işıq meydana gətirirlər. Bu mükəmməl mexanizm sayəsində Balta balığının kölgəsinin aşağıdakı ovçular tərəfindən fərq edilməsinə maneə törədilmiş olur. Bu xüsusiyyətin təsadüfən ortaya çıxmadığı, üstün bir güc tərəfindən var edildiyi aydındır. Bu bənzərsiz güc balığa və ya başqa hər hansı bir varlığa deyil, bütün bunları yaradıb nizama salan Allaha aiddir.
Maraqlı məlumatlar
Kütləsi 15 qr–dan 1400 kq-dək, uzunluğu 1 sm-dən 25 m-dək olan balıqlar vardır. Köpəkbalığının uzunluğu 20 m, kütləsi 20 tona çatır. Ən kiçik balıq isə Sakit Okeandayaşayan mistixsis adlı balıqdır. Onun uzunluğu 12–14 mm-dən çox olmur.
Balıqlar saatda 2 km-dən 130 km-ə kimi (qılıncbalıq)üzə bilir.
Bəzi balıqlar (qızıl balıq, çay ilanbalığı və s.) həyatında bir dəfə nəsil verir, kürü tökdükdən sonra ölür.
Bəzi balıqlar isə (sultan balığı, korifen adlı balıq) ölümqabağı rəngini dəyişir.
Ən böyük nərə balığı Volqa çayından tutulmuşdur, bu balığın uzunluğu 7,8 m, ağırlığı isə 1440 kq olmuşdur.
Bəzi balıqların xüsusi həyat mərhələsi vardır. Belə balıqlar çoxalma üçün uzaq məsafələr gedir və bəziləri kürü qoyduqdan sonra ölür. Avropanın və Şimalı Afrikanın müxtəlif su hövzələrində yaşayan çay ilanbalığı (ankvillər) kürü tökmək üçün dənizdən çaylara keçənə qədər 8 min km yol gedir. Kürüdəm çıxmış balıqlar çay axarı dənizə, oradan Atlantik okeanının qərb sahillərinə gedir. Atlant siyənəyi, treska və bəzi başqa balıqlar da belədir. Uzaq Şərq qızıl balığı Aleut silsiləsində yetişir, kürü qoymaq üçün Amur çaylarının yuxarı hissələrinə keçir.
Qvineya və Braziliyanın çay və dəniz sahillərində dördgözlü balıq yaşayır. Bu balığın əslində iki gözü vardır. Lakin hər göz iki yerə ayrıldığından adama elə gəlir ki, bu balıqlar dördgözlüdür. Görmə aparatının bu xüsusiyyəti balığa imkan verir ki, hətta dənizin üstündə uçan quşları belə ovlaya bilsin, həmin balıqlar suyun dərin qatlarını da yaxşı görür.
Qərbi Avropanın çaylarında, göllərində və müxtəlif su mənbələrində qəribə balıqlar yaşayır. Sudan çıxan balıq havaya atılıb quş kimi uçur, yanlarda olan süzgəclər qanadı əvəz edir. Həmin balıq suyun üstündə üzür, havada həşərat görən kimi yuxarı sıçrayıb uçur və onu tutub yeyir. Alimlər belə güman edirlər ki, bəzən də bu balıq suda ona hücum edən yırtıcıdan özunu qorumaq üçün havaya atılır. Uçan balıqlar 200-400, bəzən isə 800 m uzununa və 6–8 m yüksəkliyə tullanır. Bu balıqlar qüvvətli quyruqlarını suya bərk vurmaqla uça bilirlər.
Qılınc balığın uzunluğu 3 m-ə, bəzən 5,28 m-ə, çəkisi 600 kq-a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi 600 kq –a çatır. Atlantik okeanında yaşayır. Balığın üst çənəsi uzanaraq qılınc şəklində çıxıntıya çevrilmişdir. Tarixdə qilinc balığın balinaya, qayıqlara və gəmilərə hücümu az qeyd olunmamışdır. O, 1,5 m uzunluğu olan qılıncı ilə 8 sm qalınlığında gəmilərin taxta və dəmir gövdəsini dələrək zədələyə bilir. Bu qəribə balıq bəzən müasir gəmilərə də hücuma keçir, onların möhkəm zehnini zədələməyə çalışır. İngilis tankeri «Barbara» Atlantik okeanını keçdiyi zaman qılınc balıq onun möhkəm gövdəsini dəlmişdir. Çox vaxt belə hücumlardan sonra qılınc balıq özü də tələf olur. Mişardiş balığın uzunluğu 30 m-ə çatır. Suya girmiş və özündən dəfələrlə böyük (pələng, qaramal, davar və s. ) heyvanlara hücum edir, bir anda heyvanın dərisini və ətini yeyir. Bəzi növləri çayda çimən adamları həmin dəqiqə öldürür. Kirpi balığı Hind okeanında və Araliq dənizində yaşayır. Bədəni xaricdən tikanla örtülüdür. Sakit vəziyyətdə tikanlar bədənə yapışmış olur. Təhlükə olduqda isə tikanlar qabarır. Üzə bilmir, külək vasitəsilə bir yerdən başqa yerə keçir. Püskürən balığın uzunluğu 20 sm-dək olur. Hind okeanının və Sakit okeanının tropik hissəsində yaşayır. O öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür və yeyir. Buna görə də bu balığı «atıcı balıq » da adlandırırlar.
Bələdçi balıq tropik və subtropik sularda yayılmışdır, yırtıcıdır, uzunluğu 70 sm-ə qədərdir. Onların qəribə həyat tərzi vardır. Belə ki, bu balıqlar köpək balıqlarının yanında olur və onlar öz hərəkəti ilə gah köpək balığına, gah başqa balıqlara tərəf hərəkət edərək ovun olduğu yeri xəbər verir. Köpək balıqları, habelə başqa balıqlar onlara toxuna bilmir.
Hamıya məlumdur ki, balıqlar kürü qoymaqla çoxalır. Lakin bala doğan balıqlar da vardır. Belə balıqlara çəkic balıq, buynuzlu skat, qambuziya, mişar balığı, belyuqa, dördgözlü balıq, yarpaq balıq, dəniz ayğırı, köpək balığının bəzi növləri aiddir.
Bəzi balıqlar zəhərlidir. Belə balıqlar cərrah balıq, ziyilli balıq, qızıl makrel, muren, sandıq, katran, buynuzbel, əjdaha balıq, əqrəb və dəniz pişiyi balıqları aıddir.
Amazonka çayının sularında yaşayan elektrik ankvil balığının bədənində 650 volt gərginlik vardır. Bəzi balıqlar, məsələn, skat balıqları, naqqa, siyənək balığı və başqa balıqlar elektrik cərəyanından silah kimi istifadə edir. Onların batareyaları çox iri balıqları key edən və hətta öldürən elektrik cərəyanı buraxır.
Maraqlıdır ki, köpəkbalığının sümüyü yoxdur. Onun bədənində sümükləri qığırdağlar əvəz edir. Elə buna görədir ki, sahilə çıxarılmış köpək balığı tanınmaz dərəcədə öz şəklini dəyişmiş olur.
Durna balığı uzun ömrə malik olan balıq növüdür. Tarixdə 267 yaşı olan belə balığın ovlandığı qeyd olunmuşdur. Ağ balıq, durna balığı, karp 300 il yaşayır.
Dünyanın ən şirin su balığı Filippin adalarında yaşayır. Pandaka piqmeya adlı həmin balığın boyu 11 mm-dən artıq olmur.
Alyaska və Çukotkanın dibinə qədər donan su hövzələrində qəribə balıqlar yaşayır. Onlar qışda su ilə birlikdə donub buzun arasında qalır, yayda isə donu açılır. Belə balıqlara dabanbalığı, xanı balığı aiddir.
Çox kürü buraxan balıq merina balığıdır. O, ildə 9 milyon kürü buraxır.
Akula qana qarşı çox həssasdır və qan qoxusunu 100 metr uzaqdan hiss edə bilir.
Balıqların azalması
Balıqların çoxu kürü tökməklə çoxalır. Kürü xaricdə-suda mayalanır. Bəzi növlər diri balıq doğur. Deməli
bunların yumurta hüceyrəsi daxildə mayalanır. Çoxalmalarına görə balıqlar 2 qrupa ayrılır. Ömründə bir neçə dəfə nəsil verənər və ömründə bir dəfə nəsil verənlər.
Balıqlar müxtəlif yaşlarda nəsil verir. Məsələn,qambuziya 1-2 aylığında bala doğur;Xəzər kilkələri,şəmayı,Xəzər siyənəklərinin çoxu 1-5 yaşlarında kürü tökür.Xəzər nərələri 10-20 ildən sonra nəsil verməyə başlayır.Cinsiyyət dimorfizmi(erkəklə dişinin bir-birindən fərqlənməsi) balıqlarda da var.Bir qayda olaraq dişilər erkəklərdən iri olur,erkəklərin isə rəngi əlvandır.Sakit okeanda qızıl balıqların cırtdanerkəkləri var.Balıqlarda yalnız nəsilvermə zamanıəmələ gələn Cinsiyyət dimorfizmi qərni törəmələri əmələ gəlir.Atlantik və Sakit okeanda qızıl balıqların nəsilvermə dövründə qozbellik,alt çənənin uzanması olur. Çoxalma hadisəsi balıqların həyatında müxtəlif vaxtda olur. Durna baliğı həşəm, külmə yazda kürü tökür. Şəmayı, nərələrin bir qismi bu işi yayda yerinə yetirir. Qızıl balıq və qızılxallı payızın axırlarında, qışda kürüləyirlər.
Kürünü xaricdən nazik pərdə əhatə edir.Bu pərdədə çox kiçik dəlik var.Spermatozoid bu dəlikdən kürüyə daxil olub onu mayalayır.Mayalanmış kürü şişir və həmin dəlik bağlanır.Mayalanmadan az sonra kürünün bölünməsi başlayır,çoxhüceyrəli rüşeym əmələ gəlir.Rüşeymin qarın tərəfindən sarılıq kisəsi yerləşir.Rüşeym sarılıq hesabına qidalanır.Müəyyən vaxtdan sonra kürüdən çıxır.Mayalanmadan sürfələr çıxana qədər keçən vaxta inkubasiya müddəti deyilir.Bu müddət yayda və yazda 1 həftəyə qədər,payızda-qışda isə 2 ay davəm edir.Kürüdən çıxmış sürfələr 2-3 gün sarılıq hesabına qidalanır.Buna daxili qidalanma deyilir.Tədricən körpələr yaşlı fərdə oxşayır.
Balıqların ekologiyası
Balıqların hamısı su heyvanlarıdır və buna görə də su onların əsas mühitidir. Onlar müxtəlif olaraq, dənizlərdə, okeanlarda, çaylarda, və s. kimi u mühitlərində yaşıyırlar. Balıqların yaşayış şəraitləri: şirin və ya duzlu suların dərinliyi, temperaturu, düşmənlarin az və ya çoxluğu və s. aslıdır. Onlar müxtəlif ekoloji qruplara bölünürlər: dəniz balıqları, şirin su balıqları, keçici balıqlar və yarımkeçici balıqlar. Hər bir balıq növünün istifadə etdiyi müəyyən qida mənbəyi vardır. Bu baxımdan balıqlar: yırtıcalara və dinclərə ayrılırlar. Və bununla yanaşı onlar: tək halda və sürü halda qidalanan hissələrə bölünür. Və həmdə balıqlar miqrasiyaya malikdirlər. Balıqlar qidalanmaq, çoxalmaq və qışlamaq üçün bəzən uzaq məsafələrə köç edir. Balıqların çoxalma miqrasiyası iki mühüm səəbəbdən baş verir. Miqrasiyaya səbəb balıq növünün mənşəyi və yem ehtiyatının azlığı ile bağlıdır. Əcdadı şırın sularda yaşamış balıqların sürfələri duzlu sularda yaşaya bimirlər.
Balıq haqqında maraqlı məlumatlar
1)Ən böyük dəniz balığı Bir balinanın uzunluğu təxminən 15 m-dır. Balina köpəkbalığının uzunluğu isə 12 m-dır.
2)Ən kiçik balıq Filipin adalarında yaşayan bir qaya balığı 1 sm boyundadır.
3)Ən çox yaşayan balıq Qaradənizdə yaşayan Mersinmorinaların 120 il qədər yaşadığı görülmüşdür. Bu balıqların ağırlıqları bir tondan çoxdur.
4)Ən az yaşayan balıq Afrika və Cənub Amerika çaylarında ən çox bir il yaşayan 26 cins balıq vardır. Yağışlı mövsüm sonunda çaylar quruduğu zaman ölərlər. Ölmədən əvvəl, quraqlığa dayanıqlı yumurtalarını yumurtlayarlar. Yağışlı mövsüm başladığı zaman yumurtalardan balalar çıxar. Bu balıqlar bir ildən daha az yaşayarlar.
5)Ən sürətli balıq Yelkən balığının saatda 68 mil (109 km) sürətlə üzdüyü bilinməkdədir.
6)Ən zəhərli balıq Hind Okeanında və Böyük Okeanda yaşayan taşbalıkları ən zəhərli balıqlardır. Son dərəcə acılıq verən zəhərləri altı saat içində ölümə səbəb olar. Lakin bütün soxmalar öldürücü deyil.
7)Ən çox gərginliyi olan balıq Elektrikli ilanbalığında 550 voltluq elektrik vardır.
8)Ən yüksəyə sıçrayan balıq Bir Tarponun 5 m yüksəyə sıçradığı və 9 m yay etdiyi bilinməkdədir.
9)Ən bəzəkli balıq Ən bəzəkli balıq hind toyuğu balığıdır.
10)Ən çirkin balıq Ən çirkin balığın Taşbalığı olduğu deyilər.
11)Ən böyük balıq sürüsü Siyənək balığı sürüsündə 300 milyon balıq tapılar.
12)Ən uzun adlı balıq adı? Çütrə balığı Havayda humuhumunukunuku-apuaa adıyla tanınar.
13)Balıq yağışı nədir? Qasırğa və xortumlarla dənizdən daşınan balıqlar, səmadan yağış kimi yağarlar. Bu vəziyyətə, balıq yağışı deyilir. 1806-da Almaniyanın Əssən şəhərində böyük bir dolu dənəsi tapıldı. Dolunun içində 4 sm uzunluğunda bir Sazan vardı. 2.7 kq. ağırlığında bir başqa balıq göydən, Hindistandakı Jelapura düşdü.
14)Kılıçbalığını tanıyırsınızmı? Bir kılıçbalığı qılıncının; mis zirehi 10 sm lövhəni, 30 sm ağ palıd taxta-şalbanını, 65 sm sərt palıdı deşib keçdiyi bilinməkdədir.
15)Qarmaqla tutulan ən böyük balıq 1959-da Cənub Avstraliya açıqlarında 1.208 kq. ağırlığında bir böyük ağ köpəkbalığı tutuldu
16)Qəlsəmə nədir? Balıqların tənəffüs orqanıdır. Qəlsəmələrdəki incə dəri təbəqəsinin altında qan damarları tapılar. Qan ətrafındakı sudan oksigen götürər, artıq olan karbon 4 oksidi çölə verər.
17)Balıqlar suda necə hərəkət edir? Sandıkbalığı və Dənizatlarının xaricində bütün balıqlar bədənlərini və quyruqlarını yelləyərək üzərlər. Balığın bu hərəkəti, ilanın qurudakı hərəkətinə bənzər. Onun üçün buna ilanvari hərəkət deyilir. İlan, yerdə hərəkət edərkən bədəninin fərqli qisimlərini yeyər üzərindəki kiçik çıxıntıları basdıraraq bədənini önə itələyər. Balıqlar da bədənini qıvırarkən suyu basdırar və beləcə özünü önə aparar.