Dünyanın ən qəribə 10 meyvəsi

Dünyanın ən qəribə 10 meyvəsi

Rambutan — Məxluq görünüşlü bu meyvə dünyada yalnız tropik iqlimı sahib bölgələrdə yetişir. Olduqca şirin və ləzzətli olan rambutan xarici qabığı qızardığında yeməyə hazır vəziyyətə gəlir.

Durian - Köhnəlmiş corabı xatırladan qoxusuyla dünyanın ən çox iy verən meyvəsi olaraq bilinən durian 3 kiloqrama qədər böyüyə bilir. Meyvənin xarici qabığındakı buynuzvari kiçik çıxıntılar ilk baxışda diqqəti cəlb edir. Damaq dadınıza görə meyvənin xəstəsi olmanız və ya xoşlamamanız mümkün.

Budhanın Əli Meyvesi - Budhanın əli limonu və ya barmaqlı ağac qovunu olaraq da bilinən bu sarı rəngli bu qəribə meyvə xoş qoxusu ilə diqqət çəkir və Asiya qitəsində yetişir. Bu meyvə salatlarda, o cümlədən balıq yeməklərində limon olaraq istifadə edilə bilər.

Pitaya - Diqqət çəkən çəhrayı bir rəngə sahib olan pitayanın çiçəkləri kivi ilə armud çiçəklərinin kesişimi kimi görünür. Yüksek antioksidan ve lipozom tərkibli pitaya, eyni zamanda lif baxımından da zəngin bir meyvədir.

Akebi - «Mavinin nadir görülən tonu» mənasını verən akebi bitkisi turş dadı ilə fərqlənir və iç qisimi yeyilir. İçindəki ətli qisimi və toxumlari bir-birindən ayırmaq çətin olduğundan birlikdə yeyilir. Payızda məhsul verən akebi Şimali Yaponiyada yetişir.

Bitter Melon – Bu meyvə xiyara bənzərliyi ilə diqqəti çəkir, lakin üzüm kimi saplaqda yerləşir.  Bu bitki yetişməmişdən dərhal əvvəl toplanır və təzə, ya da bişirilərək istehlak edilir.

İlan Meyvəsi — Xarici görünüşünə görə bu adı almışdır. Meyvə palma ağacının bir növündə salxım şəklində yetişir. Almanı xatırladan şirin və yüngül turş bir ləzzəti vardır. Təzə şəkildə, ya da şirin xəmir içinə qatılaraq yeyilə bilər. Malayziya meşələrində yetişən ilan meyvəsi, eyni meşədə yaşayan meymunların favorit qidasıdır. İlan meyvəsinin ən maraqlı xüsusiyyətu isə 13,5 % spirt nisbətinə sahib olmasıdır.

Mangostan - Tennis topundan yüngül olan mangostan tropik iqlim meyvəsidir. Bənövşəyi rəngli xarici qabığının içində yeyilən ağ qisimi vardır. Mangostandan Xango adı verilən faydalı içki hazırlanır.



Ulduz Almazı — 5-10 sm diametrindəki ulduz almazı bənövşəyi, ya da solğun yaşıl rənglərində ola bilir. Meyvənin bu adda olmasının səbəbi kəsildiyində ortaya çıxan daxili hissəsinin ulduz şəklində olmasıdır. Tərkibində 33% toksik olması səbəbiylə xarici qabığı yeyilmir.

 Hind ənciri — Çəhrayı, ya da sarı rəngli ola hind ənciri kaktusun üstündə yetişdiyi üçün kaktus meyvəsi olaraq da bilinir. Şəkər, jele və araq istehsalında istifadə edilən hind incirinin suyu da içilir.

Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.

Top