Zanbaq fəsiləsi: Çiçək formulu: K0 L3+3E6 D1. |
Meyvələri qutucuq və giləmeyvədir.Kökümsov və ya soğanaqlı gövdəyə sahibdirlər. Çiçək zoğlarında çiçəklər tək-tək, yaxud dəstələrlə yerləşir. Aid olduğu bitkilər: zanbaq,inciçiçəyi, dağ laləsi və s. |
Taxıllar fəsiləsi:
Çiçək formulu: Ç2+2 E3 D1 |
Meyvələri dən meyvədir. Çiçəkləri əsasən mürəkkəb sünbül, süpürgə və salxım çiçək qrupuna toplanır. Taxılların əksəriyyəti birillik. yaxud çoxillik otlardır. Gövdələri interkalyar böyüyür. Bir çox növləri qamış,qarğı, çayır və ayrıq otunda olduğu kimi kökümsovlüdür. Aid olduğu bitkilər: buğda , çovdar, çəltik, vələmir, pişikquyruğu, darı və s. |
İkiləpəlilər sinfi
Xaççiçəklilər fəsiləsi: Çiçək formulu: K4 L4 E4+2 D1 (2). |
Meyvələri buynuz, buynuzcuq və fındıqca meyvədir. Salxım çiçək qrupu sarı və ağ rəngdə olur. Yarpaqları tam, neştər şəkilli və lələkvari bölümlü sadə yarpaqlardır. Buynuz meyvələrində arakəsmə olan və olmayan növləri vardır, təsbehşəkilli, oval, dəyirmi və üçbucaqlı formadadır. Aid olduğu bitkilər : yabanı turp,quduzotu, adı vəzərək,quşəppəyi, dərman şüvərəni və s. |
Gülçiçəklilər fəsiləsi: Çiçək formulu: K5 L5 E∞ D∞, K5 L5 E∞ D1 və K5 L5 E∞ D1 (4,5) |
Meyvələri yalançı giləmeyvə ,çəyirdək meyvə və tumlu meyvədir.Yarpaqları əsasən sadə və üçər mürəkkəb yarpaqlardır.İtburnuda yarpaqlar tək lələk- varidir. Gövdədə əsasən növbəli düzülmüşlər. Hər yarpağın qaidəsində bir cüt yarpaqaltlığı yerləşir. Aid olduğu bitkilər: itburnu, meşəçiyələyi, dikduran qaytarma, şirpəncəsi və s. |
Paxlalılar fəsiləsi: Çiçək formulu: K5 L5 E10 D1 |
Meyvələri paxla meyvədir. Təkçiçəklər saplaqları ilə birlikdə yarpaq qoltuğunda yerləşir. Yarpaqları əsasən, üçər və lələk vari mürəkkəb yarpaqlardır. Köklərində bakteriyaların meydana gətirdikləri nedositlərdə simbioz həyatla əlaqədar olaraq havanın sərbəst azotu toplanır. Ləçəkləri 1 yelkən, 2 avar və 2 qayıqcıq formasındadır. Aid olduğu bitkilər: paxla, soya yonca, yerfındığı və s. |
Badımcançiçəklilər fəsiləsi:
Çiçək formulu: K5 L5 E5 D1 (2,3,5). |
Meyvələri həqiqi giləmeyvə və qutucuq meyvədir. Tək çiçəklər saplaqları ilə birlikdə yarpaq qoltuğunda yerləşir.Yarpaqları sadə və müəkkəb tək lələkvari qurulüşda olur. Aid olduğu bitkilər: qırmızı quşüzümü,qara quşüzümü bibər, Qafqaz xanımotu, bat-bat, dəlibəng, kartof, pomidor və s . |
Mürəkkəbçiçəklilər fəsiləsi:
Çiçək formulu: K0 L(5) E(5) D1. |
Meyvələri toxumca meyvədir. Səbət çiçək qrupunda boruşəkilli və dilcikşəkilli olmaqla 3 cür çiçəkləri vardır. Yarpaqlar sadədir, əksər nümayəndələrində növbəli düzülmüşdür. Aid olduğu bitkilər: eşşəkqanqalı, göyçiçək, zəncirotu, günəbaxan, andız, at pıtrağı, çobanyastığı, dəvədabanı və s. |