Göbələk lat. Fungi - təbiətin canlı amilləri sırasına daxil olan bir canlıdır. Bu canlı əbiətin hər cür şəraitində yaşamağa uyğunlaşmışdır. Onu torpağda , ağacın oduncağı və yarpağı üzərində, çürümüş ərzağın, çörəyin , ölmüş heyvanın və hətta insanın və heyvanın bədənində tapmaq mümkündür. Göbələkləri öyrənən elm mikologiya adlanır.
* Göbələklərin əksəriyyəti kök, gövdə və papaqcıqdan ibarətdir. Göbələklər torpaqda, xüsusən də onun ölü bitki qalıqları (meşə döşənəyi, töküntülər və s.) ilə zəngin horizontlarında (1 q torpaqda 1 milyona qədər) məskunlaşmış sapaoxşar heterotrof saprofit mikroorqanizmlərdir. Göbələklər üzvi birləşmələrin minerallaşmasında və humuslaşmasında fəal iştirak edir. Bu zaman parçalanma prosesində bir qrup göbələkləri ardıcıl olaraq başqa qrup göbələklər əvəz edə bilər. Göbələklər müxtəlif turşu birləşmələri (limon, oksalat, sirkə və başqa turşuları) sintez edir. Onların ardıcıl fəaliyyəti fulvo turşulu humusun yaranmasına gətirib çıxarır. Göbələklərin bu qabiliyyəti onların mineralları fəal parçalamaq qabiliyyətində də özünü göstərir. Torpaq göbələkləri arasında kənd təsərrüfatı bitkiləri üçün ziyanlı olan və bir sıra xəstəlikləri törədən növlər də geniş yayılmışdır. Düzgün əkin dövriyyəsi mədəni bitkilərdə göbələk xəstəliklərinin inkişafına əngəl törədir. Göbələklərin bir çox növləri ali bitkilərlə simbioz yaradaraq bitkiləri qida maddələri ilə təmin edir. Göbələklər hər cür mühitdə yaşamağa uyğunlaşmışdır. Göbələklərin böyük bir qismi papazit həyat keçirir .Belə göbələklərdən biri də "Plazmapola - Vitikola "dır. Bu papazit üzüm yarpaqlarının üst hissəsində bitir və günəşin şüalarının yarpağa nüfüz etməsinə mane olur. Parazitin inkişaf etməsi payıza təsadüf edir. Onu yalnız əhəng suyu ilə məhv etmək olar. Təbiətdə parazit göbələklərdən başqa simbioz həyat sürən göbələklər də var. Belə göbələklər adətən aid olduqları ağacın yanında bitir və onunla "şərikli" həyat keçirir. Məsələn, palıd ağacının yanında palıd ağacı göbələyi , çinar ağacının yanında çınar ağacı göbələyi, şam ağacının yanında yaglı göbələk , küknar ağacının yanında sarı göbələk və s. tapmaq olar . Bu göbələklər əldə etdikləri mineralları ağaca, ağac isə öz növbəsində göbələyə lazimi üzvi maddəni kök vasitəsilə ötürür. Göbələklər təbiətdə olduğu kimi məişətdə də işlədilir.Təbiətdə müxtəlifliyi ilə fərlənən göbələklərdən biri də Maya göbələyidir. Maya göbələyi bəzi güllərin çiçək kasasında bitir və tumurcuqlanma yolu ilə çoxalır. Onların papağı və yaxud kök sistemi olmur. onlar yastı formada olub çiçək tozu ilə qidalanırlar. Bu göbələk pakmaya hazırlanması üçün əlçerişlidir.Onun təkibindəki nişasta xəmirin keyfiyyətli hazırlanmasına kömək edir. Belə ki, onun təkibindəki nişasta unun tərkibinidəki şəkəri yeyir və nəticədə karbon qazı əmələ gəlir. Karbon qazı xəmirin şişməsinə və keyfiyyətli , dadlı olmasına xidmət edir. Otyeyən heyvanların peyinində olan mikroskopik göbələklərdə öz sporlarını yüksək sürətlə uzaq məsafələrə atmaq xüsusiyyəti var. Mayami və Oksford Universitetindən olan tədqiqatın müəllifləri yüksəksürətli videokameradan (saniyədə 250 kadr çəkə bilən) istifadə ediblər.
Fərqli mühitlərdə göbələklərin funksiyası müxtəlif olsa da, onları birləşdirən bir neçə amil var:
* Onların hamısı sporla çoxalır.
* Papağın alt hissəsində sporangilər yerləşir.
* Göbələklər çox vaxt tumucuqlanma yolu ilə çoxalır.
* Göbələklərin ömrü çox deyil.
* Göbələk kölgəsevən canlılardır.
Azərbaycan torpaqlarında mikroorqanizmələrin miqdarı, tərkibi və yayılması torpaqların zonal xüsusiyyətlərindən, onların qranulometrik tərkibindən, humusluluq və mədənilik dərəcəsindən asılıdır.Göbələklərin təsnifatı
Daha bir növ parazit isə "Qov" göbələyidir. Bu parazit ağacın oduncağı (gövdəsi) üzərində bitir, onun kökləri ağacın daxili özəyinə yönəlir. O, ağacın daxilindəki şirəni soraraq onun qurumasına səbəb olur. Göbələyin alt hissəsində sporangilər yerləşir. O, tumurcuqlanaraq ağacın bütün ətrafını bürüyür və nəticədə ağacın gövdəsinin sınmasına gətirib çıxarır. Bu parazit daha çox "Çılpaqtoxumlu" bitkilərdə yayılır.Göbələklərin məişətdə rolu
Maraqlı məlumat
Tədqiqatın nəticəsində göstərilib ki, saniyədə 25 metr olmaqla göbələklər maksimum sürətlə öz sporlarını 2 metrdən çox məsafəyə atır.