Darvinizm

Darvinizm

Çarlz Darvinin baxışlarına əsaslanan, Yer kürəsində üzvi aləmin materialist təkamülü (tarixi inkişafı) nəzəriyyəsi. "Biql" gəmisində 5 illik (1831-1836) dünya səyahətindəki müşahidələr, dövrün bioloji və seleksiya təcrübəsi nailiyyətlərinin ümumiləşdirilməsi təkamül nəzəriyyəsinin yaradılması üçün Ç. Darvinə əsas verdi. Ç. Darvin 1837-ci ildə təkamül nəzəriyyəsini işləməyə başalmış lakin onu ilk dəfə 1858-ci ildə Londonda, Linney cəmiyyətinin iclasında təbbi seçmə nəzəriyyəsinin əsas müddəalarına dair məruzəsində təqdim etmişdir. Həmin içlasda çıxış edən A. Uollesin baxışları Ç. Darvinin baxışları ilə üst-üstə düşmüşdü. Lakin A. Uolles etiraf etdi ki,Darvin təkamül nəzəriyyəsini ondan əvvəl daha dolğun və dərin işləmişdir. O, 1889-cu ildə çap etdirdiyi kitabını da "Darvinizm" adlandırmışdır. Darvinizm təlimində Ç. Davin iki əsas dəyişkənlik tipini olduğunu qeyd edirdi.

1. Müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsirinə cavab olaraq orqanizmin uyğunlaşma reaksiyaları.
2. Qeyri-müəyyən dəyişkənlik-Xarici mühit amillərinin təsiri ilə meydana gələn lakin uyğunlaşma xarakteri daşımayan dəyişikliklər.

Ç. Darvin qeyri-müəyyən dəyişiklikləri təkamül üçün başlıca material mənbəyi sayırdı. Müasir biologiyanın müəyyən etdiyi kimi təkamül üçün material yalnız mutasiya və çarpazlaşma nəticəsində meydana çıxan mutasiyalar kombinasiyasına əsaslanan qeyri-müəyyən dəyişikiklər ola bilər. Orqanizmlərlə ətraf mühitin qarşılıqlı münasibəti yaşama uğrunda mübarizədə öz əksini tapır. Ç. Darvinə görə bu mübarizə bir növün bütün fərdləri üçün lazım olan həyat vasitələrinin (qida, işıq, sığınacaq, ərazi, hava, su) çatışmaması nəticəsində baş verir. Yaşamaq uğrunda mübarizədə məğlub olan fərdlər daha da zəifləyib nəsil törədə bilmir. Bu mübarizədən qalib çıxan daha doğrusu ətraf mühitə uyğunlaşa bilən fərdlər öz inkişaflarını davam etdirirlər. Eyni ərazidə yaşayan bir növün fərdləri arasında daima kəskin mübarizə gedir. Yuxarıda qeyd olunduğu kimi ətraf mühitə uyğunlaşa bilən fərdlər inkişaf edib yeni növ, və ya eyni növdə yeni əlamət yarada bilər. Əlamətlərin bu üsulla ayrılması divergensiya adlanır. Təkamülün əsas hərəkət verici qüvvəsi təbbi seçmədir. Təbbi seçmə isə yaşamaq uğrunda mübarizənin nəticəsidir. Çarlz Darvinin elmə əsas xidməti bu hərəkət verici qüvvənin kəşf etməsi olub.

Neodarvinizm

1930-cu illərin sonlarında “Müasir sintetik nəzəriyyə”ni və ya daha geniş yayılmış adı ilə neo-darvinizmi yarandı. Neo-darvinizm təbii seçmənin yanına “faydalı dəyişiklik səbəbi” kimi mutasiyaları, yəni canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya klonlaşdırma xətaları nəticəsində əmələ gələn pozulmaları əlavə etdi.

Bu gün də dünyada təkamül adına əsaslılığını qoruyan model neo-darvinizmdir. Nəzəriyyə yer üzündə mövcud olan milyonlarla canlı növünün bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız-hesabsız mürəkkəb orqanlarının “mutasiyalara”, yəni genetik pozulmalara əsaslanan bir proses nəticəsində əmələ gəldiyini iddia edir. Amma nəzəriyyəni çarəsiz qoyan bir açıq elmi həqiqət var: mutasiyalar canlıları təkmilləşdirmirlər, əksinə hər zaman canlılara zərər verirlər. Bunun səbəbi çox sadədir: DNT çox mürəkkəb quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir.Amerikalı genetik B.G. Ranqanatan bunu belə açıqlayır:

Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir meydana gəlirlər və ən yaxşı halda təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamül xarakterli inkişaf meydana gətirməyəcəyini sübut edir. Yüksək dərəcədə xüsusiləşmiş orqanizmdə meydana gələn təsadüfi dəyişiklik ya təsirsiz, ya da zərərli olar. Bir qol saatında meydana gələn təsadüfi dəyişiklik qol saatını təkmilləşdirməz. Ona böyük ehtimalla zərər verər və ya ən yaxşı halda təsir etməz. Bir zəlzələ bir şəhəri daha yaxşı hala salmaz, onu məhv edər.51

Bir vaxtlar “Darvinin birəbitdənləri” kimi məşhurlaşmış və təkamül kitablarının sərlövhələrində əksini tapmış Qalapaqos adalarında yaşayan birəbitdən növləri təkamülçülərin istifadə etdiyi ən spekulyativ materiallardan biridir.

Qalapaqos arxipelaqı ekvatorda, Cənubi Amerika sahillərinin min kilometr qərbində yerləşən on üç vulkanik adadan ibarətdir. Bu arxipelaqın ən böyük adasının uzunluğu yüz on iki kilometr və ən enli yeri otuz iki kilometrdir. Bəzi adaların sahəsi isə bir neçə kvadrat kilometrdən çox deyil. Adaların əksəriyyəti arasında məsafə yüz kilometrdən azdır.

Bu kiçik adaların fiziki xüsusiyyətləri o qədər diqqətçəkən olmasa da, Darvin bunlara son dərəcədə əhəmiyyət verirdi. Bu adalar bir sıra özünəməxsus heyvan və bitki növlərinə malikdir. Darvin yol qeydlərində burada ən azı yüzə yaxın çiçəkli bitki, onlarla böcək və otuz ikiyə qədər quş növünün olduğunu yazır. Adalarda həmçinin ora xas nəhəng tısbağa və biri suda, digəri quruda yaşayan, bir-birinə yaxın iki kərtənkələ növü də yaşayır. Bunlardan dəniz iquanası yalnız dəniz bitkiləri ilə qidalanır; ayaqları qismən aralıdır və su altında uzun müddət qala bilir. Qalapaqos arxipelaqındakı heyvan növlərinin ən diqqətçəkən cəhəti bir çoxunun – tısbağalar, iquanalar və təqlidçi quşların – adadan-adaya fərqlilik kəsb etməsidir. Belə ki, hər adaya xas olan formalar, sanki, başqa-başqa növlərə aiddir. Genetik variasiyalar və genofondların təcrid olunması səbəbi ilə məhdud çərçivəli (müəyyən ərazidə yaşayan növ mənsubları daxilində) cütləşmə və çoxalmanın zaman keçdikcə yarım (alt) növləri meydana gətirməsi prosesi Darvinin dövründə hələ məlum deyildi. Darvini üzvi təkamül ideyasına gətirib çıxaran da bu müxtəlif görünüşlü birəbitdənlər idi. O, qeydlərində yazırdı: “Bir adada təqlidçi bir quş, digərində tamam başqa cins yaşasa idi; bir adada bir kərtənkələ cinsi, başqa adada fərqli bir cins yaşasa idi və ya heç bir növ mövcud olmasa idi və ya müxtəlif adalarda eyni bitki cinsinə aid növlər deyil, tamam fərqli cinslərə aid növlər bitsə idi, bu arxipelaq sakinlərinin müxtəlifliyi bu qədər heyrətamiz olmazdı.. Lakin məni əsl heyrətə gətirən xüsus bir çox adanın özünəməxsus tısbağa, təqlidçi quş, birəbitdən və bitki növünə ehtiva etməsi, həmçinin bu növlərin eyni əsas vərdişlərə malik olması və arxipelaqın təbii mühitində eyni funksiyaları yerinə yetirməsi idi.

Bu qədər yaxın adalarda tamam fərqli növlərdən (və ya subnövlərdən) ibarət bir biomüxtəlifliyin yaradılmış olduğunu qəbul edə bilmirdi. Fiksist doktrinanın yanaşması kimi, Darvin növlərin tək-tək, bir-bir, – öz ifadəsi ilə – “yalçın qayalıqlardan ibarət adalar üçün xüsusi şəkildə yaradılmasını qəbul edə bilmirdi”. Darvin hər şeyə qadir və hər şeyi bilən bir Yaradan Allah inancına, dərin və geniş üfüqlü mərifətullah inamına malik deyildi. Buna görə də “müxtəlif adalarda yaşayan bir-birinə yaxın növlər təkamül nəticəsində bir əcdad növdən əmələ gəlmişdir” fikri Darvinə yeganə ehtimal kimi görünürdü. Əslində, bu vəziyyəti növdən-növə keçmə anlayışı ilə deyil, növdaxili variasiyalarla da izah etmək olardı, yəni müxtəlif növlər başlanğıcda ana qitədə ayrı-ayrı yaradılmış, daha sonra bu adalara gəlmiş və burada növdaxili dəyişikliyə uğramışdır və ya birbaşa sözügedən adalarda yaradılmışdır. Lakin Darvin bunu görə bilmirdi. Yalçın qayalıqların bir şeyi yaradıb dəyişdirməsi qeyri-mümkün, hər şeyə qadir Yaradanın istədiyini xəlq etməsi asan və rahat deyildimi?

Bu adalarda yaşayan heç bir heyvan bu gün “Darvin birəbitdənləri” adı ilə tanınan kiçik quru quşları qədər məşhur deyildir. Qalapaqos arxipelaqına on üç ada və bunlara yaxın kiçik qayalardan ibarət quru parçalar daxildir. Bu adalar qrupunda ümumən on dörd müxtəlif birəbitdən növü yaşayır. Bir-birindən açıq-aşkar fərqlənən bu quşlar altı cinsə aid 14 növdə təsnif edilmişdir. Ən böyükləri təqribən qarğa, ən kiçikləri isə sərçə böyüklüyündədir. Hər birinin tükləri müxtəlif rəngdədir, bəzilərində qara, bəzilərində açıq-qəhvəyidir. Dimdiyin forması növdən-növə kəskin dəyişir. Bəzilərinin dimdiyi kiçik və konusvarı olduğu halda, bəzilərininki tutu quşunun dimdiyinə bənzəyir, bir başqa qrup isə qızılcıq quşları kimi nazik dimdiklərə malikdir. Dimdik morfologiyasında müxtəliflik qidalanma xüsusiyyətləri və ümumi davranışlarda əsas fərqləri əks etdirir. Böyük konusvari dimdikli və ya tutu quşu dimdikli bəzi növlər – quru birəbitdənləri – toxum və kaktusla qidalanır və vaxtının çoxunu yerdə səkə-səkə yeriyərək keçirir. Uzun, nazik dimdikli növlər isə böcək yeyənlərdir və az qala bütün vaxtlarını arı quşu kimi ağalarda keçirirlər. Ağacdələn kimi ağac gövdəsinə dikinə dırmanan deşici dimdikli birəbitdən növü maraqlı üsuldan istifadə edir; böcəkləri çıxartmaq üçün kaktusun tikanlarını ağac yarıqlarına salır. Uzun nazik dimdikli qızılcıq birəbitdəni qızılcıq quşu kimi, budaqların üstündə böcək axtararkən sürətlə hərəkət edir və qanadlarını çırpır, qanadları yarıaçıq vəziyyətdə kolların arasında səkə-səkə yeriyir və irəli atılır. Təkamül tərəfdarları Qalapaqos arxipelaqında yaşayan bu on dörd birəbitdən növünün bir-birinə yaxın növlər olmasını – boy, rəng, dimdik forması, davranış və qidalanma vərdişləri baxımından fərqlənsələr də, – tərəddüdsüz qəbul edir. Başqa sözlə, bu quşlar bəzi təsnifatçıların apardığı süni təsnifata görə Fringillidae (birəbitdənkimilər) fəsiləsinə, bəzilərinə görə isə (Məsələn, Bernarda Qrizmekin “Heyvanlar ensiklopediyası”nda) Emberizidae (tənək quşları) fəsiləsinə daxildir. Sabah hər hansı bir təsnifatçı (bütün heyvan qruplarında tez-tez müşahidə edildiyi kimi) bu növlərin hamısını müxtəlif fəsilələrə və ya cinslərə daxil edə bilər. Təsnifatda edilən belə dəyişiklik və düzəlişlər yeni bioloji xüsusiyyətlərin qiymətləndirilməsi ilə həmişə aktuallıq kəsb edir. Həqiqətən də, indi birəbitdənlər və tənək quşları fəsiləsinə daxil edilən quşların gələcəkdə aparılan cütləşdirmə təcrübələri və irsi araşdırmalarla hansı fəsilələrə və ya cinslərə bölünəcəyi, yeni bir cins və ya növ adının meydana gəlib-gəlməyəcəyi haqqında indidən bir şey söyləmək çətindir. Başqa sözlə, hələ növ və yarımnöv məfhumlarının mübahisə doğurduğu, bütün sistematik kateqoriyaların süni olduğu bir anlayış platformasında bu birəbitdənlərin eyni ümumi əcdaddan törədiyini söyləmək tələsik verilmiş qərar, ən əsası da heç bir dəlilə istinad etməyən hökmdür. Nəyə əsaslanıb iddia edirlər ki, bütün növlər bir əcdaddan törəmişdir?!

Darvinin dövründə təcrid vəziyyətində olan Qalapaqos arxipelaqında bəzi birəbitdən növlərinin dimdik forması, boy və ya tük rəngi ilə morfoloji silsilə mənzərəsi sərgiləməsini, dolayısilə, ortaq bir əcdaddan törəmə və belə bir qohumluq əlaqəsinə malik olma qənaətini doğurmasını, bəlkə də, üzrlü hesab etmək olar. Lakin bu gün molekulyar biologiya, genetika, zoocoğrafiya və quşların köçü kimi mexanizmlər biliklərimizi və anlayışları dəyişdirir və bu gün belə bir iddianın irəli sürülməsi ancaq ideoloji baxışdan qaynaqlanır. Darvin yazırdı: “Çox yaxın növlərdən ibarət kiçik bir quş dəstəsi daxilində mövcud nisbi fərqliliyə və uyğunlaşma müxtəlifliyinə baxaraq fərz edirik ki, ilkin dövrdə arxipelaqda quş azlığı olmuş, bir növ müxtəlif formalarda modifikasiya olmuşdur”.

İlk olaraq quş çatışmazlığının, azlığının olub-olmadığını, ilk dəfə quşların buraya necə gəldiyini Darvin haradan bilirdi? Başlanğıc qitədən ayrı-ayrı gəlmədiyini hansı əsaslara görə qəbul edirdi? Bir quş növü ilk dəfə (ana) qitədən buraya gəlib çatıbsa, digər quş növləri çata bilməzdimi? Və ya quşların burada yaradılması mümkün deyildi? (Burada klassik bir problem Yaradıcı qüdrətə inanmayanların Onun (Allahın) istədiyini, istədiyi yerdə yarada biləcəyini qeyri-mümkün hesab etməsi idi) Buraya gəlib çatanların bəzilərindən subnöv və ya hibrid soylar yarana bilməzdimi? (Dr. Conatan Uels “Təkamül ikonaları” kitabında bütün bunları təsdiq edən tədqiqatların aparıldığını və “Darvin birəbitdənləri”nin nə qədər şişirdildiyini açıq-aşkar göstərmişdir. Bu haqda növbəti suallarda məlumat veriləcək”.Qitədə qalan eyni quş növlərindən bəzilərinin nəsilləri tükənə bilməzdimi? (Kəlaynaq quşlarının yaxın zamana qədər yox olma təhlükəsi ilə üzləşdiyini unutmayaq) Həmçinin adaların təbiəti kəskin fərqlənmədiyi halda, onun ifadəsi ilə “bu quş müxtəlifliyinin” ətraf mühitin təsiri ilə meydana gəlməsini necə izah etmək olar?

Arxipelaqın bu növ müxtəlifliyi ilə yanaşı, Darvinə görə, adaların təbiət tarixinin bir cəhəti də fiksist doktrina ilə uyğun gəlmirdi: Qalapaqos adalarında spesifik heyvan növləri olsa da, məhəlli (yerli) növlərin böyük hissəsi ən yaxın qitədə (təqribən min kilometr şərqdəki Cənubi Amerika) yaşayan növlərlə çox yaxın xüsusiyyətlərə malik idi. Darvin bu oxşarlıq haqqında yazırdı: “Bu vəziyyət sadəcə Amerika qitəsindən buraya gələn köçlə bağlıdırsa, onda önəmli deyildir; lakin quruda yaşayan heyvanların böyük hissəsinin və çiçəkli bitkilərin yarıdan çoxunun yerli təbiətə aid olduğunu gördük. Həm yeni quşlarla, yeni sürünənlərlə, yeni böcək və bitkilərlə əhatə olunduğumuzu görmək, həm də özümüzü Pataqoniyanın (Cn. Amerika) mülayim ovalarına və ya Şimali Çilinin qızmar səhralarına gəlmiş kimi hiss etmək qədər cəzbedici bir hal ola bilməzdi” (15) Yəni arxipelaqın təbiəti qitənin təbiətinə çox bənzəyirdi, lakin canlı növlərinin böyük əksəriyyəti təkcə adaya məxsus idi. Bu təcrid olunmuş arxipelaq Cənubi Amerika ilə açıq-aşkar oxşarlıqlara malik idi. Dolayısilə, Darvinin o dönəmki əleyhdarlarının irəli sürdüyü “növlərin dəyişməzliyi” ideyasına görə Qalapaqos adalarının heyvanat aləmi Cənubi Amerikanın heyvanlar aləminə bənzəməli, amma çox uzaqda yerləşən Kabo-Verde adalarının canlı aləminə oxşamamalı idi. Halbuki Qalapaqos adaları iqlim, geoloji və ümumi xüsusiyyətlərinə görə Kabo-Verde arxipelaqı ilə də oxşar xüsusiyyətlərə malik idi. Atlantik okeanında Seneqalın yaxınlığında yerləşən Kabo-Verde adaları Cənubi Amerikaya sürətlə gedə bilmək üçün məcburi dayanacaq rolunu oynayırdı. Belə ki, burada dayanan gəmilər passat küləklərini arxasına almaqla Cn. Amerikaya üz tuturdular. Burada dörd həftə qalan Darvin apardığı müşahidələrlə bağlı yazırdı: ”Bu kiçik adalar (Kabo-Verde) bazalt lavalarından əmələ gəlmiş, özünəməxsus iqlimə malikdir, Amerika qitəsinin geoloji xüsusiyyətlərindən fərqlənir və yaxın geoloji keçmişə qədər okean sularının altında olmuşdur. Bəs onda necə olur ki, bu kiçik adaların yerli canlı aləmi qitədəkindəkindən növ sayı və xüsusiyyətlər baxımından fərqli şəkildə, lakin yenə də Amerikan tipində yaradılır? Kabo-Verde adaları bütün fiziki əlamətləri ilə Qalapaqos adalarına bənzədiyi halda yerli canlı aləmin (Kabo-Verde – Qalapaqos) bir-birindən tamam fərqlənməsinin səbəbi nədir? Nəyə görə Kabo-Verdedəkilər Afrikanın izini, Qalapaqos adalarındakılar Amerikanın izini daşıyır?

Bəli, Darvinin sualı əhəmiyyətli bir fenomenin müşahidə edilməsinə söykənirdi: Yəni əgər bir bölgənin canlı təbiətinin yaranması onun iqlim, fiziki coğrafiyasına və geoloji xüsusiyyətlərinə uyğun olursa, niyə bir-birinə bu qədər bənzəyən Kabo-Verde və Qalapaqos adalarının yerli canlı aləmləri bir-birinə bənzəmirdi? Bu məsələdə Darvin dayaz düşünürdü. Çünki yaradılışın zənginliyini göstərən bu fenomen yalnız Qalapaqos adaları ilə məhdud deyildir. Dünyanı gəzən bütün təbiətçilər bilir ki, müxtəlif qitələrin oxşar təbiəti ümumiyyətlə tamam fərqli və bir-birindən uzaq növlərlə doludur Qitə ilə qonşu olan coğrafi bölgələr isə qitədəkindən bir az fərqli, lakin əcdadda yaxın formaların məskənidir. Niyə eyni təbii şəraitdə eyni növlər olmur? Hər şeydən əvvəl, olmaq məcburiyyətindədirmi? Bu vəziyyət xəyali güc sayılan təbiətin elmə, iradəyə və plana malik olmadığını göstərmirmi? Əslində bu sualların Xristianlıq əqidəsi ilə, hətta Yaradana inanıb-inanmamaqla heç bir əlaqəsi olmamalıdır. Darvin növlərin dəyişməzliyinə olan inamı bir səyahətlə – təcrid olunmuş bölgələrdəki coğrafi dəyişmə faktını görməklə sarsılan Viktoriya dövrünün yeganə təbiətşünası deyildi. Darvinin geologiya ilə bağlı fikirlərinə böyük təsir göstərmiş, lakin uzun illər üzvi təkamül fikrinin tərəfdarı olan Lyell də Kanar adalarındakı coğrafi dəyişmə fenomeni ilə qarşılaşdıqdan sonra təkamül dəlillərinə müraciət etdi. 1858-ci ildə “Linnean Society” jurnalında özünün “təbii seçmə yolu ilə təkamül nəzəriyyəsi”ni Darvinlə eyni anda irəli sürən Alfred Russel Vallak (Wallace) isə Malaziya və İndoneziya adalarında eyni tip bir fenomeni müəyyən etdikdən sonra təkamül ideyasını mənimsəmişdi.

Top