Həvəskar paleontoloq olan Charles Dawson 1912-ci ildə İngiltərədə Piltdown yaxınlığındakı çuxurda bir çənə və bir kəllə sümüyü tapdığı iddiası ilə ortaya çıxdı. Çənə sümüyü meymun çənəsinə oxşamasına baxmayaraq, dişlər və kəllə sümüyü insanlarınkına oxşayırdı. Bu nümunəyə "Piltdown Adamı" adı verilib, 500 min illik yaş təyin edilərək müxtəlif muzeylərdə insan təkamülünə dəqiq dəlil olaraq nümayiş etdirildi. 40 ildən çox bu barədə elmi məqalələr yazıldı, izahlar verildi və rəsimlər çəkildi, insanın təkamülünə əhəmiyyətli dəlil olaraq təqdim olundu. Ancaq 1949-cu ildə skeleti bir daha araşdıran mütəxəssislər bunun saxta olduğunu, insanın kəllə sümüyünə bir oranqutan çənəsi birləşdirməklə düzəldildiyini aşkar etdilər.
Flor metoduna əsaslanaraq aparılan araşdırmalar kəllə sümüyünün ancaq bir neçə min illik olduğunu müəyyən etdi. Oranqutana aid olan çənə sümüyündəki dişlərin isə süni olaraq köhnəldildiyi, fosilin yanında tapılan ibtidai vasitələrin polad alətlərlə yonulmuş adi təqlid olduğu başa düşüldü. Oakley, Clark və Weinerin apardıqları təfərrüatlı analizlərlə bu saxtakarlıq 1953-cü ildə dəqiq olaraq ortaya qoyuldu. Kəllə sümüyü 500 yaşında bir insana, çənə sümüyü də yeni ölmüş meymuna aid idi. Dişlər insana aid olduğu təsvirini vermək üçün sonradan xüsusi olaraq əlavə olunmuş, oynaq yerləri də köhnəldilmişdi. Daha sonra da bütün hissələr köhnə görünmələri üçün kaliumdixromat ilə ləkələndirilmişdi. Bu ləkələr sümüklər turşuya batırılarkən yox olurdu. Saxtakarlığı ortaya çıxaran qrupdan Le Gros Clark bu vəziyyət qarşısında təəccübünü gizlədə bilmirdi:Dişlər üzərində köhnəlmiş təsvirini vermək üçün süni olaraq müdaxilə edildiyi o qədər açıqdır ki, necə olur ki, bu izlər diqqətdən qaçıb?