Xromosomlar I İrsiyyətin maddi əsası kimi

Xromosomlar I İrsiyyətin maddi əsası kimi

Hüceyrənin nüvəsində öz-özünü törətmək qabiliyyətinə malik olan mitoz vəmeyoz bölünmələrdə müəyyən boyayıcılarla rənglənən xırda hissəciklərə xromosomdeyilir.Hüceyrənin bölünməsi zamanı orada adi işıq mikroskopu ilə əsas rəngləyicilərləyaxşı rənglənən kiçik bədənciklər görünür. Onları ilk dəfə 1880-ci ildə alman alimiV.Valdeyer müşahidə etmişdir. O, onları xromosomlar adlandırmışdır. (Yunancaxromo-işıq, soma bədən deməkdir). Xromosomların uzunluğu 0,2-dən- 50 mmk-aqədər, diametrləri isə 0,2-dən- 2 mmk-a qədər dəyişir. Hər növ bitki və heyvanlarınorqanizmlərinin hüceyrələri müəyyən və sabit sayda xromosoma malikdir. Bu canlıxarakterik nişanələrdir.Məsələn, yumşaq buğdanın hüceyrələrində 42, bərk buğdanınhüceyrələrində 28 xromosom olduğu halda, təkdənli buğdada 14 xromosom olur.Xromosomların sayı heyvan yaxud bitkilərin böyüklüyündən və onların inkişafsəviyyəsindən asılı olmur. İnsanda 46, askariddə 2, xərçəngdə 208, siçanda 40, pişikdə60, drozofildə 8, atlarda 66, iri buynuzlu mal-qarada 60, qoyunlarda 54 xromosomvardır. Canlı orqanizmlərin hüceyrələrində olan xromosom ikiqat diploid ( yunanca ikiqat, eydos- növ adlanır) halda olur. O, iki cinsi hüceyrənin birləşməsindən əmələ gəlir.Onlardan hər biri tək-qat- haploid xromosom sayına malik olur. (yunanca-haplos təkqat, eydos növdür). İnsanlarda diploid xromosom sayı 46-ya bərabərdir. O, hər biri 23xromosomdan ibarət olan cinsi hüceyrələrin birləşməsindən alınır. Haploid xromosomsayın, diploid xromosom sayı isə 2n hərifi ilə işarə edilir. İnsanlarda həmin sayınəmələ gəlməsi aşağıdakı kimidir.

Diploid xromosom yığımları cüt-cüt olurlar, onların hər biri eyni forma və eyniölçüdə olur. Bir-birlərinə belə oxşar, yaxud cüt olan xromosomlar homoloji adlanırlar.Buna xromosomların homolojiliyi deyilir. Bir haploid yığımda xromosomlar forma vəölçüləri üzrə fərqlənirlər. Xromosomların ölçüsü və forması daimidir, buna görə dəonları bir-birindən ayırmaq mümkün olur. Hətta onları nömrələmək belə mümkündür.Məsələn qarğıdalıda haploid xromosom yığımının nömrələri 1-dən 10-a qədərdir. Belədə adlanır - I, II və s. Xromosomlar saplardan ibarət olub öz oxu üzərində yerləşmişolurlar. Onlar xromenemlər adlanır. (yunanca xorma-işıq, nema-sap, tel deməkdir). Onların sayı müxtəlifdir. Hər bir sapın (telin) qalınlığı 20-dən 200 A (Anqstremmikronun 1000:1 hissəsidir) dir. Xromosomun bütün boyu üzrə DHT-dən ibarətdənəcik, yaxud bölmələr yerləşirlər. Onlar xromomer adlandırılmışdır. (yunanca -xromo-işıq, meros - bölmə).Xromosom bir dəstə xromonemdən ibarətdir, burada elə bil xromomerlərdüzülmüşlər

Xromosomların tipləri:
1,6- metasentrik (bərabərçiyinli)
2- submetasentrik (bir çiyni digərlərindən nisbətən kiçik)
3,4,5- akrosentrik (qeyri-bərabər çiyinli)
7- ikincili dartılması olan akrosentrik xromosom
8- peykli xromosom.
Xromosomların tellərlə birləşdiyi sahələr nüvənin bölünməsi zamanısentromerlər adlandırılmışdır. Həmin yerdə xromosom nazikdir. Bu ilkin çəkilmədir.Bəzi xromosomlar ikinci çəkilməyə malik olurlar; o, xromosomun əsas hissəsini əlavəsahəsindən ayırır.Hər növ orqanizm özü üçün xarakterik xromosom yığımına, yəni kariotipəmalikdir.Kariotip orqanizmin sayı, ölçüsü və forması ilə səciyyələndirilən xromosomvəhdətidir.

Mənbə: Nizami Seyidəliyev." Genetika, seleksiya və toxumçuluq " adlı dərs vəsaiti.
Həmçinin bax: Nüvənin quruluşu və tərkibi , Orqanizmlərin quruluşu


Top