Genetika nədir

Genetika nədir

Genetika canlıların irsiyyət və dəyişkənliyindən bəhs edən elmidir.İnsanlar çox qədimdən müşahidə etmişlər ki, canlılar aləmi çoxalma yolu iləhəmişə özünə oxşar nəsil verir. İnsandan insan, atdan at, qoyundan quzu, inəkdən buzov, almadan alma, üzümdən üzüm, pambıqdan pambıq törəyir.Hələ bizim eramızdan əvvəl yeddinci və onuncu minillikdən başlayaraq ayrıayrıinsan qəbilələri yabanı bitki növlərini mədəni sortlara çevirməyə başlamışlar.Bunun nəticəsində vəhşi heyvanlar və yabanı bitkilər yeni əlamət və xassələr əldəedərək daha sürətli təkamül prosesinə məruz qalmışlar.Qədim insanlar yalnız kortəbii şəkildə özləri üçün lazımi əlamətə malik bitki vəheyvanları qoruyub saxlamağa çalışırdı. Onların əhliləşdirdikləri yabanı bitki sortlarıyeni şəraitdə inkişaf edib əlavə xassələrdə qazqnsalar da öz əcdadlarının ən mühüm xassələrini qoruyub saxlamış və nəsildən - nəslə vermişlər.Əcdad əlamətlərinin nəsildən nəslə ötürülməsi irsiyyət adlanır. Məsələn, əksər otyeyən heyvanların yeni doğulmuş balalarında çox cəld hərəkət etmək xassəsi vardır. Çünki,bu heyvanların vəhşi halda yaşamış əcdadları yırtıcılardan qorunmaq üçün sürətlə qaçmaq xüsusiyyətinə malik olmuşlar.

Lakin unutmaq olmaz ki, əcdad əlamətlərinin heç də hamısı nəsildən - nəsilə verilmir. Yaşayış şəraiti və müxtəlif kənar amillərin təsiri nəticəsində bu əlamətlər dəyişkənliyə uğrayır və sonrakı nəsildə başqa şəkildə üzə çıxır. Beləliklə, bəzi əlamət və xassələrin valideyndən fərqli nəsildə dəyişilmiş halda üzə çıxması dəyişkənlik adlanır. Məsələn, itlərin əcdadları vəhşi halda yaşadıqları zaman səsləri dəqiqliklə qəbul edirdilər, ona görə də onların qulaqları dikolmuşdur. Əhliləşdirildikdən sonra itlərin bəzilərində bu funksiya aradan çıxmış və qulaqları sallaq olmuşdur. Yaxud, qanın laxtalanması xassəsi müxtəlif amillərin təsirindən pozulur və ailədə elə uşaqlar doğulur ki, onların qanı laxtalanmır. Belə uşaqlarda kiçik bir yaralanma qanaxmasına səbəb olur və ölümlə nəticələnir. Bu,dəyişkənlikdir.Müasir genetika elmi bitki və heyvanların məhsuldarlığını artırmaq, sağlamlıq,uzunömürlülük kimi problemin həllinə təkan verir. Bununla da genetika iləseleksiyanın möhkəm əlaqəsi yaranır. Genetika elmi seleksiya ilə birlikdə yeni-yenibitki sortları yaradır.Hazırda genetika elmi böyük yaradıcı qüvvəyə malikdir.

Müasir elmi-texnikitərəqqi dövründə genetikanın bir çox sahələri meydana gəlmişdir. Kosmik genetika,tibbi genetika, sitogenetika, kariosistematika, mutasiya genetikası, mühəndislikgenetikası, davranışın genetikası, pedaqoji genetika, cinsiyyətin genetikası və s. elmsahələri bu qəbildəndir.Həyatın əmələ gəlməsi nəzəriyyəsinin, kənd təsərrüfatı, tibbi elmi, kosmikbiologiya və radiobiologiyanın öyrənilməsi və insanın həyata hərtərəfli təsirininaraşdırılması baxımından genetika mühüm inkişaf mərhələsinə qədəm qoymuşdur. 2005-ci ildə İsveç alimləri gen mühəndisliyi nəzəriyyəsinin köməyi iləlaboratoriya şəraitində 35 kiloqram çəkiyə malik olan "Qreta" adlı toyuqyaratmışdırlar.Valideynlərin əlamət xüsusiyyətlərinin nəsildən-nəslə ötürülməsinə irsiyyətdeyilir. Nəsil valideynlərindən əcdadın milyon illər sürən təkamül prosesində(filogeniyasında) qazandığı nə varsa onları hazır şəkildə əldə etmiş olur. İnsan rüşeymi9 ay ərzində bu yolu keçərək formalaşır və dünyaya öz məğrur səsi, gözəl əlamət vəxassələri də gəlir. Buna səbəb irsiyyətdir.Genetika insihalını (sözünü, terminini) ilk dəfə 1906-cı ildə B.Betsonişlətmişdir.Valideyn nəslindən, birinin digərindən bu bə ya başqa əlamətinə görəfərqlənməsinə dəyişkənlik deyilir.Genetika elmi irsiyyət və dəyişkənliyi, onun səbəbini, mexanizmini, onları idarəetmək yollarını öyrənən bioloji fənn kimi meydana gəlmişdir.

Genetika bütün biolojifənnlərlə, o cümlədən kənd təsərrüfatı və tibbi elmləri ilə də sıx əlaqədardır. Bu elminəsas mövzusu olan irsiyyət və dəyişkənliyin öyrənilmə tarixi çox qədim dövrlərəaiddir. Lakin proqramla əlaqədar olaraq mətində yaxın dövrlərin tarixi haqqındaməlumat verilir.Hələ Ç. Darvin 1859-cu ildə göstərmişdir ki, təkamülün hərəkətverici qüvvəsiolan təbii seçmə iki faktora əsaslanır: irsiyyət və dəyişkənlik ilk dəfə İ.Q.Kelreyter(1733-1806) müxtəlif bitki növlərinin nümayəndələrini çarpazlaşma yolu ilə hibridləralmağa çalışırlar.Genetikanın inkişafında mühüm mərhələ, bu elmin banisi Çex alimi QreqorMendelin (1822-1884) işləri ilə başlayır. 1900-cu ildə üç alim-hollandiyalı Q.de-Friz,alman K.Korrens və avstriyalı K.Çermaq bir-birindən xəbərsiz bitkilər üzərindəçarpazlaşdırma aparıb, Mendelin kəşflərinə uyğun nəticələr çıxartdılar. Onlar öznəticələrini Mendel qanunları ilə elmə daxil etdilər.Genetikanın inkişafında mühüm mərhələlərdən biridə Amerikan alimi TomasMorqandan (1866-1945) başlayır. O, drozofil adlanan milçək üzərində yenieksperimental işləri apararaq irsiyyətin xromosom nəzəriyyəsini irəli sürdü. Təcrübələrgöstərir ki, irsiyyətin maddi əsasları olan genlər xromosomlarda yerləşir.XX əsrin ortalarında genetik tədqiqatlar daha da dərinləşdirildi.

Elektronmikroskopunun, nişanlanmış atomların və s. genetik tədqiqatlara tətbiqi irsiyyətinmolekulyar səviyyədə öyrənməyə və yeni obyektlər-virus və bakteriyalar üzərindətədqiqat aparmağa imkan verdi. Bu dövrdən genetika, biokimya və mikrobiologiya iləbirlikdə inkişaf etməyə başlayaraq, özünün yeni sahəsini - molekulyar genetikanımeydana çıxartdı.Müasir genetika həyat sirlərini öyrənməkdə nəinki genetik analizdən, həmçininkimyəvi, fiziki, riyazi, kibernetika, biokimyəvi , fizioloji və digər metodlardan genişistifadə edir.Bütün elmlər kimi genetikanın özünəməxsus tədqiqat üsulları vardır.1.Hibridoloji üsul. 2.Sitoloji üsul. 3.Onntogenetik üsul.

Mənbə: Nizami Seyidəliyev." Genetika, seleksiya və toxumçuluq " adlı dərs vəsaiti
Top