1.Nt=N0.2n n=t/20
Nt-müəyyən zaman müddətində əmələ gələn yeni bakteriya sayını,N0-başlanğıc bakteriya sayını,n-həm bölünmələrin,həm əmələ gələn nəsil sayını,t-müəyyən zamanı,Nt-N0=bölünməyə məruz qalan bakteriya sayını,2n-bakteriyaların neçə dəfə artdığını göstərir.
2.Lupa əşyanı 2-25 dəfə böyüdür.
3.Lupada 1 böyüdücü şüşə olur.
4.A.V.Levenhukun mikroskopu 270 dəfə böyüdürdü.
5.Müasir işıq mikroskopu əşyanı 3600 dəfə böyüdür.
6.Okulyarda 2 böyüdücü şüşə olur.
7.2 cür kök sistemi var:mil və saçaqlı.
8.Mənşəyinə görə 3 cür(əsas,əlavə və yan)kök var.
9.Növbəli düzülüşdə hər buğumdan 1 yarpaq(tumurcuq)çıxır.
10.Qarşı-qarşıya düzülüşdə hər buğumdan 2 yarpaq(tumurcuq) çıxır.
11.Topalı düzülüşdə hər buğumdan 3 yarpaq(tumurcuq) çıxır.
12.Darı toxumunun cücərməsi üçün onun çəkisindən 4 dəfə az su tələb olunur.
13.Bir yay ərzində quşəppəyi 3-4 nəsil verir.
14.Yarpağın hər bir ağızcığını 2 qapayıcı hüceyrə əhatə edir.
15.Kələm bitkisi sutkada 1 vedrə su buxarlandırır.
16.Noxud bitkisinin çiçəklərində erkəkciklərin 9-u bitişik,1-i sərbəstdir.
17.Noxudun çiçəklərində ləçəklərin 3-ü sərbəst,2-si isə bitişikdir.
18.Mürəkkəbçiçəklilər fəsiləsinin nümayəndələrinin səbət çiçək qrupunda 3 cür çiçək(boruşəkilli,qıfşəkilli,dilcikşəkilli)ola bilər.
19.Günəbaxanın səbətində 1000-ə qədər çiçək olur.
20.Çovdarın hər sünbülcüyündə 2 inkişaf etmiş,1 inkişaf etməmiş çiçək olur.
21.Arpanın hər sünbülcüyündə 1 çiçək olur. 22.Vələmirin hər sünbülcüyündə 2-3 çiçək olur.
23.Buğdanın hər sünbülcüyündə 2-7 çiçək olur. 24.Xlamidomonadanın 2 qamçısı olur.
25. Xlamidomonadanın həm qametləri,həm də zoosporları 2 qamçılıdır.
26. Xlamidomonadanın cinsi çoxalması zamanı 1 ziqotdan 4 xlamidomonada əmələ gəlir.
27.Qeyri- cinsi çoxalma zamanı xlamidomonada çox vaxt 4 yerə bölünür.
28.Ulotriksin zoosporunda 4 qamçı olur.
29.Ulotriksin qametləri 2 qamçılıdır.
30.Ulotriksin hər bir ziqotu bölünərək 4 qamçısız spor əmələ gətirir.
31.Ulotriksin hər bir sporundan 1 yeni yosun inkişaf edir.
32.Ulotriksin substrata yapışan hüceyrəsindən başqa qalan bütün hüceyrələri çoxlu qametlər və ya 2-4 zoospor əmələ gətirə bilər.
33.Laminariyanın gövdəciyinin uzunluğu 50 sm-dir.
34.Hər bir dişi quş mamırının üzərində 1 qutucuq əmələ gələ bilər.
35.Yaşıl quş mamırı öz çəkisindən 4 dəfə artıq suyu çəkə bilər.
36.Yaşıl quş mamırının hündürlüyü maksimum 30 sm ola bilər.
37.Sfaqnum mamırı ildə maksimum 3 sm uzanır.
38.Sfaqnum mamırı çəkisindən 20-25 dəfə artıq suyu çəkə bilir.
39.Şam ağacının ömrü 400 ildir,hündürlüyü 40 m-dir.
40.Çöl qatırquyruğunun hər buğumundan 6 gövdəcik inkişaf edir. 41.Şam ağacının iynəyarpaqları 2-3 ildən bir dəyişir.