İnkarçıların məəttəl qaldığı, təkamülçülərin boğulduğu yer göz möcüzəsidir. Göz, düşünən hər insanın ağlını dayandıran bir sənət xariqəsidir. Gözü görüb də, gözü verəni düşünməmək, korluğun və ağılsızlığın elə özüdür. Prof. Dr. Cefri Larson Gözün nə qədər böyük bir möcüzə olduğunu anlamaq üçün elə uzun müddətli tədqiqat aparmağa ehtiyac varmı?
Gözlərini bağlayıb, qaranlıq dünyanın çarəsizliyinə dalan hər insan, gözün nə böyük bir möcüzə olduğunu anlayacaq.
Ruhumuzun dünyaya açılan pəncərəsi olan qiymətli gözlər, vücudun ən yaxşı qorunan bir yerinə yerləşdiriliblər.
Bir qoz böyüklüyündəki gözlər, dörd-beş santimetrlik çuxurlarda olur. Gözlərin hər vəziyyətdə rahat hərəkətlərini təmin etmək üçün İlahi qüdrət, bunları xüsusi bir üzlüklə sarımış və yumuşaq bir yağ toxumasının içərisinə qoymuşdur. Qabaq tərəfdə üstdə və altda iki qapaq var. Hərəkətləri tamamilə iradəmizin xaricində olan bu qapaqlar, zərbələrə qarşı gözümüzü qoruyur. Dəqiqədə 30 dəfə fərqinə varmadan gözümüzü qırpırıq. Bu hərəkətlərin rahat olması üçün xüsusi bir mayeyə ehtiyac var. Göz mayesi bu vəzifəni yerinə yetirir. Davamlı hava ilə təmasda olan gözün qorunması, bu mayenin içərisinə qoyulan lizosim fermenti sayəsində baş verir. Bu ferment, gözü xəstəliklərə qarşı qoruyur.
24 saatda 30 damcı göz yaşı çıxarır. Əgər bundan bir az çox olsaydı, boşaldıcı kanallar yetərsiz qalacaq, yaş xaricə axacaq və davamlı sulanan bir gözümüz olacaqdı. Əksinə, əgər az olsaydı, bu dəfə də gözün şəffaf təbəqəsi quruyardı. İsti havada göz yaşının buxarlaşmasını önləmək və qapaqlara rahat bir hərəkət imkanı təmin üçün də, bu mayenin tərkibinə sabuna bənzər maddə qoyularaq, gözün şəffaf təbəqəsi qorunmuşdur. İnsan elmdə bu qədər məsafə getməsinə baxmayaraq, sadə görünən bir damcı göz yaşını düzəltməkdən acizdir.
Göz, möhkəm təbəqə adı verilən bir təbəqə ilə əhatə olunmuşdur. Sərt təbəqənin, gözün ön qismində görünən qisminə şəffaf təbəqə deyilir. Gözə gələn işıq, şəffaf təbəqədə sınaraq içəri keçirilir.
Sərt təbəqənin altında yerləşən damar təbəqədə kapilyar damarlar və öndə, retinanın (tor qişa) arxası olan bölgədə boya hüceyrələri olur. Göz bəbəyinin ətrafını əhatə edən rəngli yuvarlaq da, damar təbəqəyə daxil olub "iris" deyilir. İrisin arxasına, nazik kənarlı göz lupası yerləşdirilmişdir.
Damar təbəqənin altında bir üçüncü təbəqə daha var ki, iki qatdan meydana gələn bu təbəqənin üst qatında gözün içini "qaranlıq otaq" halına gətirən boya hüceyrələri, altda da işığa qarşı həssas hüceyrələr yerləşdirilmişdir. Bu təbəqəyə "retina" deyilir.
Bu üç təbəqə ilə əhatə edilmiş gözün içi, yapışqan və şəffaf bir maye ilə doludur. Bu şəffaf maye, qan dövriyyəsi ilə davamlı yenilənməkdədir.
Görmə hadisəsi necə baş verir?
Göz, yeddi rəngi eyni tezliklərdə qəbul edir; ancaq beynə fərqli tezliklərlə nəql edir. Əgər bu tezliklərin kompüter əyarlarında bir xəta olsaydı, rəngli görmə hadisəsi mümkün olmazdı. Hər şeyi ağ-qara bir film izləyən kimi görərdik. Bunun sirri nədir? Elə isə, əvvəla materialistlər tərəfindən bəsit bir fotoaparat kimi izah edilməyə çalışılan gözün quruluşuna, həqiqi bir elmi nəzərlə baxmalıyıq.
Cismin təsviri işıq yolu ilə şəffaf təbəqəyə əks edir. Göz bəbəyindən və onun arxasındakı nazik kənarlı lupadan sınaraq keçir və gözü dolduran maye içərisində yoluna davam edərək gözün arxa qismindəki işığa qarşı həssas hüceyrələrə çatır. Normal bir gözdə "sarı ləkə" deyilən bu bölgə gözün fokus nöqtəsidir. Təsvir bu bölgəyə çatmamışdan əvvəl təşəkkül edərsə göz miyopiya (uzağı görə bilməmə); irəlisində meydana gələrsə hipermetropdur (yaxını görə bilməmə). Gələn işıq, sınaraq gözə daxil olduğu üçün cismin təsviri tərs təşəkkül edir. Bu tərs təsvir görmə sinirləri vasitəsilə beyinə çatdırılarkən yolda düzəldilir və biz cismi düz görürük.
Hadisənin digər tərəfi də budur:
Retinaya gələn yeddi rəngin yeddisi də, sinirlər vasitəsilə eyni sinxron halında beynə göndəriləcək. Deyək ki, qarşıda bir metr hündürlükdə bir cismin şəkli retinaya keçəcək. Bu keçid əsnasında cismin işığı, boyası, rəngi retinadakı hər bir hüceyrəyə müəyyən ölçüdə əks edir. Əgər hüceyrələr, bir-biriləri ilə sinxron çalışmasalar, cismi müstəqil halda görmək mümkün olmaz. O cismi olduğu kimi görə bilmək üçün hüceyrələrdəki bütün fiziki keçidlərə bir-biri tərəfindən nəzarət edilməlidir. Yəni, biz, fotoaparatın arxasındakı kimi bir lent qoymuruq, minlərlə hüceyrə qoyuruq. Bu minlərlə hüceyrənin ahəng içində olub, ortaq bir lent nəql edə bilmələri üçün tamamilə kompüterləşdirilmiş bir sistemin nəzarəti vasitəsilə aralarında sinxronlaşmalıdırlar.
Beləliklə, çox qısa və səthi izah etdiyimiz bu hadisələrin meydana gəlişi əsnasında çox müəzzəm qanunlar işləməkdədir. Təsvirin gözə çatmasındakı xariqəliyi bir tərəfə qoyun, göz içərisində işığın keçirdiyi mərhələləri bir az diqqətlə tədqiq etdiyimiz təqdirdə heyrətə düşməmək mümkün deyil. Hər şeydən əvvəl gözü meydana gətirən hüceyrələr, görmə qabiliyyətini necə və nə üçün qazandılar? Niyə vücudun digər hüceyrələri belə bir xüsusiyyətə sahib deyil, yalnız göz hüceyrələri bu fəaliyyətə təhsis edilib?
Bundan başqa işığa qarşı həssas hüceyrələrin, vücudun başqa hər hansı bir üzvündə deyil, görmə işi ilə vəzifələndirilən gözdədir, həm də mükəmməl bir proqram və intizam içindədir, yerləşdirilmələri təsadüf ola bilərmi?
Göz kimi dəyərli bir orqanımızın, bir qəsd və iradəyə dayanaraq yaradılması aşkardır. Bu iradənin sahibi olan Allah, gözü ruhumuza pəncərə edib, oradan bu aləmin saysız gözəlliklərini bizə tamaşa etdirməkdədir. Bu gözəlliklərin Yaradıcısına qarşı, ruhu sonsuz təqdir və şükran hisləri ilə dolmayan insan, yaradılışından gözlənən məqsədi tapa bilməyib deməkdir.
Çox həssas bir quruluşa sahib olan gözlərimiz fövqəladə etinalı bir qoruma və baxım sistemi ilə təchiz edilmişdir. Gözün yuxarısında yerləşdirilən qaşlar, alından gələn tərlərin gözə çatmasına mane olduğu kimi, artıq işığı soraraq gözün narahat olmasının qarşısını alır. Avtomatik olaraq və öz istəyimiz xaricində çalışan göz qapaqlarımız və onların üzərində yaradılan kipriklər də gözü xaricdən gələ biləcək toz və sair zərərli maddələrdən qoruyur.
Gözlərimiz, göz çuxurları içində sağa sola, aşağı və yuxarıya hərəkət edə bilir. Bu hərəkətlərin yerinə yetirilməsi üçün altı ədəd əzələ vəzifələndirilib. Bu əzələlərin nizamlı çalışmadığı halda çaşlıq və digər bir çox göz qüsurları meydana gələr.
Gözün bu hərəkətlərini asanlaşdırmaq və gözü davamlı nəmli tutmaq üçün xüsusi bir yuma yağlama tərtibatı qurulmuşdur. Göz qapaqlarının daxili qisimlərində yaradılan yağ bezləri, bu vəzifəni yerinə yetirməklə, alın sümüyünün içindəki bir çuxurda yerləşən göz yaşı bezləri də ifraz etdikləri göz yaş ilə gözü davamlı yuyurlar. Göz yuvarlaqlarının ətrafı bundan başqa zərlə örtülərək mühafizə edilməkdədir.
Niyə bir gözlə deyil, iki gözlə görürük? İki gözün varlığının hikməti nədir?
İnsanlarda üç ölçülü görmə, dərinlik duyumu var. Bu iki hadisənin baş verməsi üçün iki gözə ehtiyac duyulur. Uzaqda olan bir obyektin bizə olan uzaqlığının dəqiq ölçülə bilməsi iki gözlə olur. Bundan başqa üç ölçülü görmənin baş verməsi üçün iki göz birlikdə və ahəngli çalışmalıdır.
Göz belə bir müəzzəm sistemə malikdir. Onu optik alətlərlə müqayisə etmək, bu möcüzəvi sənət əsərinə kölgədir.
Göz, bir çox cəhəti ilə bizim üçün hələ sirlərini qoruyan bir möcüzədir. Gözün əsl vəzifəsi isə tayı bərabəri olmayan sənət əsərləri ilə bəzənən və duyğularımızın xoşuna gələn şəkildə nizamlanan kainatı, diqqətli bir nəzərlə mütaliə etməkdir. Ancaq beləliklə göz nemətinin şükrü ödənilə bilər.
İnsan, fotoaparat və televiziya kamerası kimi cihazları, gözü təqlid edərək düzəltmişdir. Bu alətləri kəşf edənləri təqdirlə anan insan, onu sonsuz gözəllikləri seyr edəcək bir cüt gözlə təchiz edən Yaradıcısını unutmamalıdır.
Bu möcüzə alətini istifadə edərkən; baxıb görməyənlər və ya görüb anlamayanlar, çox böyük bir məsuliyyət altına girəcəklər.