Bitki hüceyrələri

Bitki hüceyrələri

Çiçəkli bitkilərin bütün orqanları hüceyrədən təşkil olunmuşdur. Hüceyrə orqanizmin ən kiçik bioloji vahididir. Onlar ölçülərinə, formalarına görə müxtəlifdir. Pambıq və kətan lifi hüceyrələri uzunsovdur, onların uzunluğu 4 sm-dən artıqdır. Bu hüceyrələri adi gözlə görmək mümkündür.
Bitki hüceyrələri, adətən, çox kİçİkdir. Onları adi gözlə deyil, ancaq böyüdücü cihazlarla görmək olar.
Hüceyrələr kürəvarı, oval, uzunsov, dördkünclü, çoxkünclü, ulduzşəkilli, şaxələnmiş və i.a. formada olur. Biz hüceyrənin quruluşunu soğan dəriciyindən hazırlanmış preparata mikroskopla baxdıqda görə bilərik. Bu hüceyrələr uzunsov olub bir-birinə yaxın və sıx yerləşir. Onlar içərisi selikli maddə ilə dolu xırda qovuqcuğu və ya kisəciyi xatırladır.
Hər bir hüceyrə xaricdən möhkəm qılafla örtülmüşdür. Bəzi yerlərdə qılafın məsamələri görünür ki, bu da hüceyrəyə suda həllolmuş maddələrin daxil olmasma imkan verir. Qılafın daxilində yarımkeçirici membranla əhatə olunmuş sitoplazma yerləşir. Sitoplazma rəngsiz, qatı, canlı maddədir. 0, çox qızdırıldıqda, dondurulduqda, radiasiya və bəzi kİnıyəvi maddələrin təsirindən dağılır, hüceyrə məhv olur.
Sitoplazma hüceyrənin daxili möhtəviyyatını təşkil edir. Hüceyrənin bütün orqanoidləri və hissəcikİəri sitoplazmanın içərisində yerləşir. Hüceyrədə qidalanma, tənəffüs və başqa proseslər, sitoplazma vasitəsilə həyata keçirilir. Sitoplazmanın içində həmçinin sıx cisimcik - nüvə vardır ki, onun da içərisində nüvəcik yerləşir. Adətən, hər hüceyrədə dairəvi nüvə olur.
Nüvə mürəkkəb quruluşa malikdir. Hüceyrələrin çoxalmasında nüvənin əhəmiyyəti böyükdür. Nüvənin daxilində xromosom adlanan kiçik cisimcİkİər vardır. Canlılarda irsi xassələrin nəsildən-nəslə verilməsi xromosomlar vasitəsilə həyata keçirilir. Xromosomlar sap, çöp və kürəcik şəkİində olur. Hər bitkİ növündə xromosomların forması, miqdarı daimi olur. Məsələn, qarğıdalı hüceyrəsində onların sayı 2O-yə, kartofda 48-ə çatır.
Bitki hüceyrəsinin sitoplazmasında çoxlu miqdarda xırda cisimciklər-plastidlər vardır. Plastidlər - yaşıl, qırmızı, sarı, qəhvəyi rəngdə və rəngsiz olur. Yaşıl rəngli plastidlərə xloroplastlar, rəngsiz plastidlərə isə leykoplastlar deyilir. Bitkilərin rəngi plastidlərdən asılıdır. Yarpaqların yaşıl rəngi xloroplastların, limonun sarı, almanın, albalının qırmızı rəngi xromoplastların çox olması ilə əlaqədardır. Hüceyrədə plastidlər çoxdur. Orta hesabla yarpağın hər hüceyrəsində 20-100-ə qədər plastid olur.
Bitkilərin rəngi təkcə plastidlərdən deyil, hüceyrə şirəsində olan maddələrdən, məsələn, antosianın olmasmdan da asılıdır. Qızılgül ləçəklərinə qırmızı, göyçiçəyə göy, gavalı meyvələrin; qırnıızı və tünd göy rəngləri verən antosiandır.
Bəzən lıüceyrə şirəsi çox olduqda sitoplazma və nüvə qılafa tərəfə sıxışdırılır. Bu zaman hüceyrənin daxilində boşluqlar - qovuqcuqlaı əmələ gəlir. Bəzən kiçik qovuqcuqlar birləşərək böyük qovuğa - vakuola çevrilir. VakuolIarın içərisi hüceyrə şirəsi ilə dolu olur. Yetişmiş meyvələrdə hüceyrə şirəsi çoxdur. Hüceyrə şirəsi suda həllolmuş qeyri-üzvi və üzvi maddələrdən ibarətdir. Meyvələrin dadı hüceyrə şirəsində olan maddələrin miqdarı ilə əlaqədardır. Limonun turş, narın meyxoş dadı həmin meyvələrdə limon turşusunun, üzümün, əncirin, əriyin, şaftalının, qarpızın, yemişin isə şirin olması bu meyvələrdə olan şəkərin miqdarından asılıdır.
BeləIikİə, hüceyrədə olan kiçik canlı komponentlər hüceyrənin quruluş elenıentləridir. Sitoplazmadakı plastidlər də hüceyrənin orqanoidləridir, həmin orqanoidləri mikroskopla aydın görmək olur.
Çiçəkli bitkilərin canlı hüceyrələri sitoplazmaya, nüvəyə, plastidlərə, hüceyrə şirəsi ilə dolu vakuollara və şəffaf qılafa malikdir. Müxtəlif bitkİ orqanları hüceyrələrinin rəngi, forması və ölçüləri olduqca müxtəlifdir.
Bitkilərdə qonşu hüceyrələr hüceyrəarası maddə ilə əhatə olunmuşdur. Sitoplazmanın çıxıntıları qılafın məsamələri və hüceyrəarası maddədən keçərək qonşu hüceyrələrin sitoplazmaları ilə birləşir.

SITOPLAZMANIN HƏRƏKƏTI. MADDƏLƏRIN HÜCEYRƏYƏ DAXIL OLMASI
Sitoplazma rəngsiz, qatı, həlməşiyəbənzər, şəffaf kolloid məhluldur. Sitoplazmanın məhlul hissəsi sudan, həllolmuş mineral maddələrdən və üzvi maddələrin, xüsusilə zülalların iri hissəcikİərindən (molekullarından) ibarətdir. Sitoplazma məhlulunda ayrı-ayrı maddələrin hissəcikİəri bir-birini itələdiklərinə görə onlar məhlulda asılı vəziyyətdə olur. Bu maddələrin hissəcikləri su ilə əhatə olunur.Buna görə də sitoplazma məhlul halındadır. Yetişmiş toxumların hüceyrələrində suazaldığına görə onların sitoplazması bərkiyir.
sitoplazma,sitoplazmanın hərəkəti,hüceyrəBir çox bitkilərin sitoplaznıasında çox maraqlı hadisələri müşahidə etmək olar. Bu hadisələrin biri də sitoplazmanın hərəkətidir. Sitoplazmanın dairəvi hərəkətini elodeyanın yarpaq hüceyrələrində və ya tradeskansiya bitkisinin tükcükİərində müşahidə etmək olar. Sitoplazmanın hərəkəti yarpağın orta hissəsində, damarların yaxınlığında yerləşmiş hüceyrələrdə daha yaxşı görünür. Rəngsiz sitoplazmanın hərəkətini onun daxilində olan yaşıl xloroplastların yerdəyişməsi ilə aydın görmək olar. Bir-birinə söykənmiş hüceyrələrdə sitoplazma müxtəlif istiqamətlərdə: bir hüceyrədə sitoplazma saat əqrəbi istiqamətində, qonşu hüceyrədə isə saat əqrəbi istiqamətinin əksinə hərəkət edə bilər.
Sitoplazmanın hərəkət sürəti onun qatılığından, temperaturundan və s.-dən asılıdır. Sitoplazmanın hərəkəti hüceyrədə qida maddələrinin yerdəyişməsinə səbəb olur. Bir canlı hüceyrənin sitoplazması onunla yanaşı yerləşən digər canlı hüceyrələrin sitoplazmasından ayrılmamışdır. Sitoplazma sapları hüceyrə qılafından keçərək qonşu hüceyrələri birləşdirir. Deməli, bitkilərin bütün orqanları hüceyrələrdən ibarətdir, yəni onlar hüceyrəvi quruluşa malikdir. Qonşu hüceyrələr bir-birilə qılafları arasında olan xüsusi hüceyrəarası maddə ilə birləşmişdir. Hüceyrəarası maddə dağılarsa hüceyrələr bir-birindən aralanar. Belə hallar ləti ovulan çox yetişmiş almada, qarpız və pomidorda olur. Çox bişirilmiş kartof ona görə ovulur Kİ, bişən hüceyrəarası maddə dağılır və hüceyrələr bir-birindən aralanır.
Çox zaman bitki hüceyrələri böyüyərək girdələşir və onların qılafları bir-birindən daha çox aralanır. Bu zaman hüceyrəarası maddə dağılır və onun yerində hava ilə dolmuş hüceyrəarası boşluqlar yaranır.
Hər bir canlı hüceyrə tənəffüs edir, qidalanır və müəyyən dövr ərzində böyüyür. Hüceyrənin tənəffüsü və qidalanması üçün lazım olan maddələr ona digər hüceyrələrdən və hüceyrəarası sahələrdən daxil olur. Bitki isə onları havadan və torpaqdan alır. Hüceyrənin həyatı üçün lazım olan bütün maddələr hüceyrə qılafından məhlul halında daxil olur. Maddələrin hüceyrəyə daxil olması mürəkkəb bioloji prosesdir.

HÜCEYRƏLƏRIN BOLÜNMƏSI VƏ BOYÜMƏSI
Çoxalma, canlı hüceyrənin əsas xassələrindən biridir. Hüceyrələrin çoxalması onların bölünməsi yolu ilə baş verir. Hüceyrələrin bölünməsi zamanı bitkilərin boyu və ümumi kütləsi artır. Bəzən hüceyrələr başqa yollarla da (məsələn, tumurcuqlanma və s.) çoxala bilir. Hüceyrələrin üç bölünmə üsulu vardır: 1) mitoz və ya mürəkkəb bölünmə, 2) meyoz və ya reduksion bölünmə, 3) amitoz və yaxud düzünə bölünmə.hüceyrələrin bölünməsi
Mitoz bölünmə üsulu daha geniş yayılmışdır. Bu bölünmə bitkinin boy atması prosesi ilə əlaqədardır. Bu zaman hüceyrə bölünməzdən əvvəl onun içərisində irsi əlamətləri hüceyrədən-hüceyrəyə ötürən cisimciklər - xromosomlar aydın görünməyə başlayır. Mitoz üsulu ilə hüceyrələrin bölünməsini zoğların böyümə nöqtəsində və köklərin ucunda müşahidə etmək olar. Bu hissədə hüceyrələr daim bölünür və yeni hüceyrələr əmələ gəlir. Nüvənin və nəhayət hüceyrənin bölünməsi nəticəsində IKI yeni hüceyrə əmələ gəlir. Əmələ gəlmiş yeni hüceyrələ rin hər birində ana hüceyrədə olan miqdarda xromosom qalır. Deməli, irsiyyət daşıyıcıları olan xromosomlar yeni hüceyrələr arasında bəra bər paylanır. Buna görə də ana hüceyrə ilə yeni hüceyrələr bir-birinə oxşar olur. Mitoz bölünmə zamanı nüvədə müxtəlif dəyişiklik baş verir. Nüvə böyüyür və orada bir-birinə dolaşmış saplar şəklində xromosomlar görünməyə başlayır. Sonra hər xromosom uzununa iki hissəyə ayrılır. Nəticədə, onların sayı iki dəfə artır. Xromosomların bir hissəsi hüceyrənin bir qütbünə, digər hissəsi isə o biri qütbünə tərəf çəkilir.
Hər qütbdə toplanmış xromosomların sayı ana hüceyrənin xromosomlarının sayına bərabər olur. Bu zaman xromosomlar yenidən görünməz olur, bir yerdə sıxlaşaraq nüvəyə və nüvəciyə çevrilir. Nəhayət, hüceyrənin orta hissəsində əmələ gəlmiş yeni nüvələr arasında aralıq pərdə - hüceyrə divarı əmələ gəlir ki , bu hissədən də hüceyrə tam iki yerə bölünür.

Meyoz bölünmə orqanizmin inkişafının yalnız müəyyən bir dövründə baş verir. Belə bölünmə orqanizmin bütün hüceyrələrində getmir. Bu yolla cinsi hüceyrələr əmələ gətirən yalnız bir qrup hüceyrələr bölünür. Meyoz bölünmə zamanı cinsi hüceyrələr əmələ gəlir ki, bu hüceyrələr də cinsi çoxalmada iştirak edir. Meyoz bölünmə zamanı əmələ gəlmiş hər bir yeni hüceyrədə romosomların sayı iki dəfə az olur.hüceyrə bölünməsi
Amitoz bölünmə nüvənin və hüceyrənin bütün hissəsinin ortadan nazilərək 8 rəqəmi şəkİində iki yerə bölünməsindən ibarətdir. Belə bölünmə üsulu çox nadir hallarda müşahidə olunur. Bakteriyala rın, yosunlarm və göbələkİərin bəzi növlərində amitoz bölünməyə rast gəlmək olar. Amitoz bölünmə zamanı nüvə və sitoplazma kütləsi yeni əmələ gəlmiş hüceyrələr arasında qeyri-bərabər miqdarda paylana bilər. Ali bitkilərin yalnız yaşlı və xəstə hüceyrələrində amitoz bölünmə baş verir.
Bölünmə zamanı əmələ gəlmiş yeni hüceyrələr böyüyür və yenidən bölünür. Beləliklə, hüceyrələrin bölünməsi və böyüməsi nəticəsində bitkinin bütün orqanları boy atır. Bölünməyə qabil olmayan yaşlı hüceyrələrdən fərqli olaraq, cavan hüceyrələrdə çoxlu kiçik vakuollar olur. Cavan hüceyrənin nüvəsi mərkəzdə yerləşir. Yaşlı hüceyrələrdə, adətən, bir böyük vakuol olur. İçərisində nüvə olan sitoplazma isə hüceyrə qılafına söykənir.

Top