Ziyil dəridə olan xoşxassəli şiş adlanır. Onların görünüşü dəriyə daxil olan və epidermal hüceyrələrin quruluşunda dəyişiklik yaradan papillomavirusun nəticəsidir.
Növlərdən asılı olaraq ziyillər yuvarlaq, oval, düzənsiz və ya iplik şəklində olan dərilərdəki yüksəkliklərə bənzəyir.
Virusun dəriyə girən yolu mikroskopik çatlar, cızıqlar, yaralar və epidermisin bütövlüyünün pozulmasıdır.
Vulqar ziyillər tez-tez əllərdə, barmaqlarda, ayaqda, üzdə lokalizasiya olur.
Düz və ya yetkin yaşda olan ziyillər açıq bej, qəhvəyi və ya qırmızı — qəhvəyi rəngli kiçik yenitörəmələrdi. Epidermisin səthindən çox yuxarı qalxmırlar və ən çox barmaqlara və əllərdə, üzdə, ayağın altında və gövdədə yerləşirlər.
Ayaq- alti ziyillər. Daha böyük, sərtdir. Ayağın içərisində, ayaq barmaqlarında, topuqda yerləşirlər
Sapşəkilli ziyillər. Uzun uzadılmış formada və ət, açıq qəhvəyi və ya sarımtıl rəngə malikdirlər. Ən tez-tez üz, boyun, qoltuqaltı bölgədə yerləşirlər
Xüsusiyyətlər:
- Ən effektli müalicə — aradan qaldırılmasıdır, residiv halında isə antivirus dərmanların təyin edilməsi və aradan qaldırılması
- Düz ziyillər müalicəyə çox torpiddir. Konservativ müalicə aparılır ( destruksiya olmadan).
- Ziyillər 2 il ərzində öz-özünə yox ola bilər. Həm də bu müddət ərzində onlar böyüyədə bilərlər.
- Çoxsaylı ziyillər HİV infeksiyasının əlaməti ola bilər.
- Hamiləlik dövründə (immun vəziyyətinin dəyişməsi səbəbindən) yeni papillomalar və ziyillər əmələ gələ bilər, bunlar doğuşdan sonra reqressiya edə bilərlər.
- Çoxsaylı ziyillər qoltuqalti və boyun nahiyəsində tünd dəri rəngi ilə birlikdə insulinə qarşı müqavimət göstərir və endokrinoloqun məsləhəti tələb edir.
- Antivirus terapiya seçimi üçün interferonun vəziyyəti və insan orqanizminin antivirus və immunomodulyasiya edən maddələrə həssaslığının aşkarlanması üçün müasir bir analiz istifadə edilir.
Müəllif: Dr. Dermatoloq — Kosmetoloq Vüsalə Aşirova
Mənbə: hekimtap.az