Üzdəki səpkilər nədən xəbər verir?

Üzdəki səpkilər nədən xəbər verir?

Üzün fərqli hissələrində çıxan sızanaqların səbəbi daxildəki xəstəliklərdir. Aparılan araşdırmalar üzün müxtəlif nahiyyələrində çıxan sızanaqların sağlamlıqla bağlı yaranan problemlərin xəbərçisi ola bildiyini aşkarlayıb.

Bu sızanaqlar hansı xəstəliyin əlamətidir və çıxma səbəbi nədir?
Stress, yuxusuzluq, həzm sistemi, qaraciyər ilə problem yaşayan insanlarda sızanaqlar daha çox alında müşahidə edilir.

Çənədə çıxan sızanaqlar isə əksər zaman hormonal problemlər yaşayan insanların başına gəlir.

Aparılan araşdırmalara görə üzün qulaq tərəfində çıxan sızanaqların səbəbi hormonal pozuntular, ağciyər, tənəffüs xəstəlikləridir.

Qaşlarda çıxan sızanaqlar isə qaraciyərdə yaranan problemdən xəbər verə bilər.

Burunda və üst dodaq nahiyəsində çıxan sızanaqların səbəbi isə qaraciyər,ürək, dalaq xəstəlikləri ola bilər. Həmçinin belə insanlar ədviyyatlı qidalardan uzaq durmalıdır.

Ancaq unutmayın ki sonda ən düzgün diaqnozu məhz həkim müayinə etdikdən sonra qoya bilər.

Şəhanə Quliyeva
Top