Ziyil – dərinin qatlarının artması nəticəsində düyünəbənzər törəmələrin əmələ gəlməsidir. Ziyillərin inkişafı çox vaxt virusla əlaqədar olur, kontakt və ümumi məişət əşyalarından istifadə vasitəsilə yayılır.
Ziyillərin bir neçə növü var:
Sadə ziyillər – kiçik ölçülü, səthi buynuzlaşmış düyüncüklər olub, əsasən əllərdə və ayaqaltında yerləşir. Bəzən bir-biri ilə birləşərək böyük səthi əhatə edir və ağrıya səbəb olur.
Yastı ziyillər – xırda, yastı, dəri rəngindən seçilməyən papulalardır. Əsasən üz və əl dərisində olur.
Ayaqaltı ziyillər – məməcik şəkilli və kələ-kötür səthə malikdir, çox vaxt ayaq barmaqlarında və dabanda yerləşir
Qocalıq ziyilləri – yaşlı adamlarda sinənin, qarnın, belin dərisində iri ölçülü, qəhvəyiyə çalan rəngli törəmələr olur Ziyillərin aparılmasında dərman bitkiləri ilə müalicə yaxşı səmərə verir.
Gülümbahar çiçəyinin tozu
Qurudulmuş gülümbahar çiçəyi əzilib toz halına salınır və ziyilin üzərinə tökülür. Tənzif və ya parça ilə bintlə bağlanaraq bir gecə saxlanılır.
Sarımsaqlı xəmir
Bir diş sarımsaq əzilir, üzərinə bir çay qaşığı essensiya tökülür və xəmir qatılığını alana qədər un əlavə olunur. Alınan xəmirdən kiçik hissə götürülür və ziyilin üzərinə qoyulur, tənziflə bağlanır və 2-3 gün müddətində saxlanılır.
Soğan şirəsi
Bir baş söğanın şirəsi sıxılır və gündə 3 dəfə ziyilin üzərinə çəkilir.
Zəncorotu kökündən məlhəm
5 xörək qaşığı zəncirotu kökü həvəngdəstədə toz halına düşənədək döyülür, 25 qr yağa qatılır. Alınan məlhəm gündə 3 dəfə ziyillərin üstünə çəkilir.
Sirkə ilə söyüd külünün qarışığı
Bir çay qaşığı sirkə 5 xörək qaşığı söyüd oduncağının külü ilə qarışdırılır. Alınan qarışıq ziyillərin üstünə qoyulur. Prosedur ziyillər tamamilə yox olana qədər gündə 3 dəfə davam etdirilir.
Vanna üçün şabalıd dəmləməsi
Bir vedrə şabalıd yarpağının üzərinə qaynar su tökülür, 12 saat dəmlənir və süzülür. Alınan dəmləmə ilə 10-15 dəqiqə vanna qəbul edilir. Prosedur 2 həftə müddətində günaşırı qəbul edilir.
Səfərotunu döyürlər və soda ilə qarışdırıb maz hazırlayırlar. Ondan ziyilin düşməsində təpitmə kimi istifadə edirlər.
Loğmanlar ziyili təmizləməyin bu üsulundan da bacarıqla istifadə ediblər. Onlar bir baş iri soğanın ortasını ovub ora duz doldururlar. Bir neçə gündən sonra duz əriyib suya çevrilir. Həmin mayedən gündə 2-3 dəfə ziyilin üstünə damcıladıblar. Bu müalicə nəticəsində ya ziyil əriyib yox olmuş, ya da qopub düşmüşdür.
Yetişməmiş əncirin südünü səhər və axşam ziyilin üstünə sürtməklə onu təmizləmək olar.
Ziyili təmizləmək üçün təsirli vasitələrdən biri belədir: əhəngi sirkə ilə qarışdırırlar, bu məlhəmi ziyilin üstünə sürtürlər.
Ziyilin müalicəsində rus xalq təbabətində təsirli bir vasitədən istifadə edirlər. Bu, sirkə turşusudur. Ondan göz pipeti ilə bir damcı ziyilin üstünə tökmək kifayətdir. Ancaq bir damcı, artıq məsləhət görülmür. Müalicə bir neçə günlükdür.