Dodaqlarda herpes

Dodaqlarda herpes

Bəzən insanların dodaqlarında xırda qaşınan səpgilər əmələ gəlir. Bu səpgilərin səbəbi  1-ci tip herpesdir (sadə herpes). İlin soyuq aylarında dodaqlarda herpesin əmələ gəlməsi ehtimalı artır.

Herpes virusdur. Həkimlərin araşdırmalarına əsasən, dünyada insanların 90% bu virusun daşıyıcısıdır. Herpes hava-damcı, cinsi yolu ilə və uşaq ana bətnində olarkən anadan uşağa keçir. Məhz bu səbəbdən insanların əksəriyyətində bu herpes var.

Lakin herpes insanların təxminən 30%-də özünü büruzə verir, digərlərində isə heç vaxt büruzə vermir. Bunun səbəbini həkimlər genlərdə görür. Genlərin müəyyən birləşməsi insanda bu infeksiyaya olan həssaslığını artırır. Bu səbəbdən bəzi insanlar herpesin nə olduğunu bilmir, bəziləri isə bütün həyatı boyu onunla mübarizə aparır.

herpesİnsan orqanizminə düşdükdə herpes dəri və selikli qişalarının hüceyrələrində «məskən salır». Uzun müddət ərzində (hətta insanın ömrünün axırına kimi) herpes özünün heç bir əlamətlə büruzə verməyə bilər. Lakin insanın immuniteti müxtəlif səbəblərə görə (stres, xəstəlik, soyuqlama və s.) endikdə herpes özünü dodaqlarda çıxan ağrılı qaşınan səpgilərlə göstərir.

Belə yaralar insanın səhhətinə ciddi ziyan vurmasa da, «kosmetik defekt» yaradır ki, insanlar tez bir zamanda ondan qurtulmağa çalışır. Lakin bu heç də asan iş deyil. İlk növbədə demək lazımdır ki, müxtəlif xalq təbabəti üsulları herpeslə mübarizədə effektsiz olur.

Keçmiş əsrin axırlarında xüsusi dərman preparatı aşkar olunub ki, bu preparat herpes virusunu tam müalicə etməsə də onun aktivliyini azaldır. Bu preparatın adı «asiklovir»dir. Hal hazırda apteklərdə çoxlu  sayda asiklovir tərkibli herpes əleyhinə məlhəmlər satılır. Bu preparatların arasında — zoviraks, qeksal, qerperaks və s. Onların yerli tətbiqi xəstəliyin erkən mərhələlərində çox effektli olur. Lakin herpes tez-tez təkrar olunduqda (ayda 1 dəfə), mütləq xüsusi müalicə kursu almaq lazımdır. Bunun üçün immunoloq və ya infeksuonist həkimlərinə müraciət etmək lazımdır.

Vaxtında müalicə olunmadıqda herpes səpgiləri yaralara çevrilir. Belə yaraları spirtlə yandırmaq və ya qopardmaq olmaz — dodaq daha da şişəcək.

Herpesin profilaktikası bu tədbirlərdən ibarətdir:

— İnsan öz immun sistemini daim möhkəmləndirməlidir. Bunun üçün insan düzgün və xeyirli qidalanmalı, kifayət qədər yatmalı və dincəlməlidir, orqanizmində olan xroniki infeksiya ocaqlarını (karies, haymorit və s.) vaxtında müalicə etməlidir.

— Herpes duzlu su «xoşlamır». Üzünüzü yuyarkən suya dəniz duzunu və ya adi duzu əlavə edin.

— Uzunmüddətli pəhrizlər insanın immunitetinə mənfi təsir edir ki, nəticədə insanda herpes səpgiləri əmələ gələ bilər. Bu səbəbdən Sizdə herpesə meyllik olduqda belə pəhrizlərdən imtina edin.

Mənbə: saglamolun.az

Top