“İbrahim” surəsi Quranın 14-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 52 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İbrahim” və “Hicr” surələrini oxuyar, bütlərə pərəstiş edən və etməyənlərin sayının on qatı qədər ona həsənə verilər”. (Tebyan)
Bu surənin bərəkətləri:
1. Yoxsulluq və müsibətdən amanda qalmaq. İmam Sadiq (ə) buyurur: “Hər kəs cümə günü iki rükət namaz qılar və birinci rükətdə “İbrahim” surəsini və ikinci rükətdə “Hicr” surəsini oxuyarsa, yoxsulluq heç bir zaman sorağına gəlməz və dəliliyə düçar olmaz”.
2. Körpənin çox ağlamasına görə. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni yazıb, ağ kağıza qoyub körpənin boynundan asarsa ağlamağından, taqətsizlik etməyindən və uşağın sorağına gələn xəstəliklərdən amanda qalar”.
3. Fəsahətə görə. Hər kim bu surənin 1-4-cü ayələrini 40 dəfə suya oxuyar və sonra həmin su ilə yemək bişirər və həmin yeməyi şagirdlərinə yedizdirərsə, dillərinin fəsahətindən təəccüb edər.
Mənbə: deyerler.org