Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar

Evə girərkən bu surələri oxuyan, yoxsulluğu özündən uzaqlaşdırar

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər «Həmd» (“Fatihə”) surəsini tərəzinin bir gözünə və Quranın qalan surələrini başqa gözünə qoysalar, «Həmd» surəsi 7 dəfə ağır gələr”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim «Həmd» surəsini oxuyar – səmadan nazil olan bütün kitabları oxumağın savabını Allah ona inayət edər”.
Həzrət Peyğəmbər (s) buyurur: “«Həmd» surəsinin fəziləti – ərşi həml edənlərin fəziləti kimidir. Hər kim onu oxuyarsa, ərşi həml edənlərin savabı kimi savab ona verilər”.
Hərarəti yüksək olanlara yardım edər. İmam Sadiq (ə) buyurur: “Hər kim imanla «Həmd» surəsini 40 dəfə ixlasla, Allaha diqqət edərək su qədəhinə oxuyarsa, həmin suyu hərarəti olan şəxsin üzərinə səpərsə – hərarəti düşər”.
Gözün nurunu artırar.yoxsulluğu uzaqlaşdıran surələr
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin göz ağrısı olar, ya gözünün nuru azalar, ayın əvvəlində hilalı görən zaman əlini gözünün üstünə qoysun və «Həmd» surəsini ixlasla və mənasına diqqət edərək 10 dəfə oxusun, sonra “Tövhid” surəsini 3 dəfə oxusun, ondan sonra yeddi dəfə desin: “Ya Rəbbi qəvvi bəsərə. Allahummə ikfi əntə kafi. Allahummə afə əntə müafi”. Göz ağrısı və görməsi sağalar”. (Beytutə/Deyerler)
Bərəkət gətirər.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim evinə daxil olan zaman «Həmd» və “Tövhid” surəsini oxuyarsa, Allah yoxsulluğu o evdən uzaqlaşdırar”.
 
Mənbə: ahliman.info
Top