Qızdırmaya qarşı dua

Qızdırmaya qarşı dua

Xanım Fatimeyi-Zəhranın (s.ə)  Allahın Rəsulundan (s) öyrəndiyi  və hər gün səhər və axşam təkrar etdiyi bir dua vardır ki, bu dua qızdırmanın zərərlərini insandan dəf edir.
Seyid İbn Tavus öz kitabında Salmandan nəql edir ki, Xanım Fatimeyi-Zəhra (s.ə): “Bu dünyada yaşadığınız müddətcə qızdırmanın zərərinin sizə toxunmasını istəmirsinizsə, bu duanı oxuya bilərsiniz” deyə buyurub.Dua, “Nur duası” adlanır və o, belədir: qızdırmaya qarşı güclü dua
“Bismilləhir-Rahmənir-Rahim.
Əllahummə salli əla Muhəmmədin və ali Muhəmməd. Bismillahin-nur. Bismillahi nurin-nur. Bismillahi nurun əla nur. Bismillahil-ləzi huvə muudəbbirul-umur. Bismillahil-ləzi xaləqən-nurə minən-nur.
Əlhəmdu lillahil-ləzi xələqən-nurə minən-nur. Və ənzələn-nurə ələt-tur. Fi kitabin məstur. Fi riqqin mənşur. Biqədərin məqdur. Əla nəbiyyin məhbur. Əlhəmdu lillahil-ləzi huvə bil-izzi məzkur. Və bil-fəcri məşhur. Və ələs-sərrai vəz-zərrai məşkur. Və salləllahu əla seyyidina Muhəmmədin və alihit-tahirin”.
Tərcüməsi:
“Rəhim və Rəhman Allahın adı ilə.
Nur olan Allahın adı ilə. Nurun nuru olan Allahın adı ilə. Nur üzərində nur olan Allahın adı ilə. Bütün işləri idarə edən Allahın adı ilə. Nurdan nur yaradan Allahın adı ilə. Nurdan nur yaradan, Tur dağının üzərində Müqəddəs Kitabda (Tövratda), açılmış vərəqədə yazılan kimi, öz ölçü və miqdarında bilikli Peyğəmbərə (Həzrət Musaya (ə)) nuru (vəhyi) endirən Allaha həmd olsun.
İzzəti ilə xatırlanan, fəxrlə tanınan, həm xoşluqla (möminlər tərəfindən), həm də ikrahla (kafirlər tərəfindən) şükür olunan Allaha həmd olsun. Ağamız Mühəmmədə və pak nəslinə Allahın salavatı olsun”.


Müəllif: Ülviyyə Bədəl
 
Top