Məsələ 856: Aşağıda fərqləri izah olunacaq bu üç halda namaz qılanın bədən və ya paltarı nəcis olarsa, namazı səhihdir:
1. Bədənində olan yara, cərahət və ya çiban vasitəsilə paltarına və ya bədəninə qan bulaşırsa.
2. Bədən və ya paltarı bir dirhəmdən az (təqribən şəhadət barmağının ucu qədər olur), qana bulaşmış olursa.
3. Nəcis bədən və ya paltarla namaz qılmağa məcburdursa; beləki, hər hansı bir halda da əgər namaz qılanın yalnız paltarı nəcis olursa, namazı səhihdir. Bu hal namaz qılanın corab və tumanbağı kimi kiçik paltarının nəcis olduğu haldır (yəni bunların nəcis olmasının maneçiliyi yoxdur). Bu dörd hala aid hökmlər fərqləri ilə aşağıda izah olunacaqdır.
Məsələ 857: Namaz qılanın bədəni və ya paltarında yara, cərahət və ya çiban qanı olarsa, o yara cərahət və ya çiban yaxşılaşıncaya qədər həmin qanla namaz qıla bilər. Yenə əgər qanla gələn murdar və ya yara üzərinə qoyulan dərman nəcis olarsa və onun paltar və ya bədəninə bulaşarsa, hökm eynidir.
Məsələ 858: Əgər tez yaxşılaşan və yuyulması asan olan bir kəsik və ya yaraya aid qan namaz qılanın bədən və ya paltarında olsa, namazı batildir.
Məsələ 859: Əgər bədənin və ya paltarının yaraya uzaq olan bir yeri yaranın rütubəti ilə nəcis olursa, onunla namaz qılmaq caiz deyildir. Amma əgər bədən və ya paltarının normal halda yaradan rütubət yetişəcək miqdarı o rütubətlə nəcis olursa, onunla namaz qılmağın maneçiliyi yoxdur.
Məsələ 860: Əgər gözü çöldə olmayan bavasir yarasından və ya ağız, burun və qulağın içində olan yaradan gələn qan bir kimsənin bədən və ya paltarında olursa, zahirə əsasən, onunla namaz qıla bilər. Amma gözü çöldə olan bavasirdən gələn qanla şübhəsiz olaraq namaz qılmaq caizdir.
Məsələ 861: Bədənində yara olan bir şəxs, əgər bədən və ya paltarında dirhəmdən çox miqdarda olan bir qan görürsə və onun yaradan gələn qanmı, yoxsa başqa bir qanmı olduğunu bilmirsə, vacib ehtiyata görə onunla namaz qılmamalıdır.
Məsələ 862: Bədənində bir neçə yara olub və bir tək yara hesab olacaq şəkildə bir-birlərinə yaxın olurlarsa, hamısı yaxınlaşanadək onların qanı ilə namaz qılmağın maneçiliyi yoxdur. Amma əgər hər biri ayrı bir yara sayılacaq qədər bir-birlərindən uzaq olurlarsa, hansı yaxınlaşsa namaz üçün o yaradan bədən və paltara bulaşan qanı yaxalamalıdır.
Məsələ 863: Əgər iynə ucu qədər heyz qanı namaz qılanın bədən və ya paltarında olarsa, namazı batildir. Ehtiyata görə donuz kimi eyni nəcis olan heyvanın qanı murdar və əti haram olan heyvanın qanı və nifas və istihazə qanı da eyni hökmü daşıyır. Amma insan qanı və əti halal heyvan qanı kimi digər qanlar bədənin bir neçə yerində olsa belə, üst-üstə dirhəm miqdarından az olarlarsa, onunla namaz qılmağın eybi yoxdur.
Məsələ 864: Astarsız paltarla tökülüb arxasından çıxan qan, bir qan hesab edilir. Amma əgər onun arxasına ayrı bir qan dəymiş olsa, hər birisini ayrı hesab etmək gərəkdir. Buna görə paltarının üzü və arxasında görünən qan üst-üstə bir dirhəmdən az olsa, onunla namaz qılmaq səhihdir, əgər çox olsa batildir.
Məsələ 865: Əgər qan astarlı paltarın üstünə tökülür və astarına da yetişərsə və ya astarına tökülüb üzünə də çıxırsa, hər birini ayrı qan hesab etmək gərəkdir. Amma əgər məsələn, «xalq arasında» bir qan sayılacaq qədər bir-birilə bitişik olurlarsa, bir qan sayılması gərəkdir. Buna görə də paltarın üzü və astarında olan qan dirhəmdən az olarsa, onunla namaz səhihdir. Əgər çox olarsa, batildir.
Məsələ 866: Əgər bədən və ya paltarında olan qan dirhəmdən az olur və ona bir rütubət dəyəndən sonra ətrafa yaydırsa, o rütubət və qan birlikdə bir dirhəm miqdarınca olmazsa belə, onunla namaz batildir. Amma əgər rütubət yalnız qana dəyər və ətrafa yayılmazsa, zahirə əsasən onunla namaz qılmağın bir maneçiliyi yoxdur.
Məsələ 867: Əgər bədən və ya paltar qana bulaşmayıb islaq olaraq qana dəyməsi nəticəsində nəcis olursa, nəcis olan miqdar bir dirhəmdən az olsa belə, onunla namaz qılınmaz.
Məsələ 868: Əgər bədən və ya paltarda olan qan dirhəmdən az olur və ona başqa bir nəcasat da dəyərsə, məsələn, onun üzərinə bir damla bövl tökülürsə, o bədənin və ya paltarın ayrı bir yerinə də dəyirsə, onunla namaz qılmaq caiz deyildir. Hətta bədən və ya paltarın ayrı bir yerinə dəyməyibsə belə, vacib ehtiyata görə onunla namaz qılmaq səhih deyildir.
Məsələ 869: Namaz qılanın araqçın və corab kimi övrət yerini örtməyən kiçik paltarları nəcis olursa, əgər murdar və it kimi eyni nəcis heyvandan düzəldilməmişsə, lazım ehtiyata əsasən onlarla namaz səhihdir. Yenə əgər nəcis üzüklə namaz qılarsa, maneçiliyi yoxdur.
Məsələ 870: Namaz qılanın üstündə nəcis dəsmal, açar, bıçaq və buna bənzər şeylərin olması caizdir. Hətta mütləq nəcis bir paltarın namaz qılanın yanında olmasının namaza bir zərəri yoxdur.
Məsələ 871: Əgər onun bədən və ya paltarında olan qanın bir dirhəmdən az olduğunu bilir, amma nəcis qanlardan olduğuna ehtimal verirsə, o qanla namaz qılması caizdir və yuyulması lazım deyildir.
Məsələ 872: Əgər paltar və ya bədənində olan qan bir dirhəmdən az olur və nəcis qanlardan olduğunu bilmədən namaz qılır, sonra da nəcis qanlardan olduğu aydınlaşırsa, namazı yenidən qılmaq gərək deyil. Yenə əgər qanın bir dirhəmdən az olduğuna etiqad edib namaz qılır və sonra da bir dirhəm miqdarınca və ya daha çox olduğu üzə çıxırsa, o namazı yenidən qılmaq lazım deyildir.
NAMAZ QILANIN PALTARINDA MÜSTƏHƏBB OLAN ŞEYLƏR
Məsələ 873: Namaz qılanın paltarında bir neçə şey müstəhəbbdir əmmamə qoymaq və əmmamənin ucunu çənənin altına salmaq, əba və ağ paltar geymək, pak paltar geymək, xoş ətirdən istifadə etmək, əqiq üzük taxmaq bunlara misaldır.
NAMAZ QILANIN PALTARINDA MƏKRUH OLAN ŞEYLƏR
Məsələ 874: Bir neçə şey namaz qılanın paltarında məkruhdur. O cümlədən qara, çirkli, dar paltar geyinmək, şərab içənin paltarını geymək, nəcasatdan pəhriz etməyənin paltarını geymək, paltarın düymələrini açıq qoymaq, üzərində şəkil olan üzüyü barmağa taxmaq və üzərində şəkil olan paltar geymək.