«Qurani-Kərim»də verilən bəzi ayələr vardır ki, həmin ayələr səcdə ayələri adlanır. Səcdə ayələri oxunduğu zaman səcdə etmək lazımdır. Belə səcdələrə tilavət səcdəsi deyilir. Tilavət səcdəsi aşağıdakı şəkildə yerində yetirilir.
Tilavət səcdəsi niyyəti ilə əllər qaldırılmadan «Allahu əkbər» deyilir. Sonra səcdə edilir və səcdədə 3 dəfə «Subhanə rabiyəl əla» zikri deyilir. Sonra «Allahu əkbər» deyilir və yenidən səcdə edilir. Səcdələr bitdikdə isə «Allahu əkbər» deyilir və qalxılır. (Səcdədə 1 dəfə «Subhanə rabbəna in kane vadü Rabbina ləməfula» zikrini də demək olar).
Səcdədən qalxarkən müstəhəbdir ki, "Ğüfranəkə Rabbəna və ileykə`l masir" deyilsin. Digər müstəhəb əməl isə səcdəyə ayaq üstə durulmuş vəziyyətdən gedilməsidir.
Səcdə ayələri oxunduğu andan etibarən səcdə edilməlidir. Əgər həmin vaxt səcdə edilməsi mümkün deyilsə, onda bu sözlər deyilməlidir. «Səmi`na və əta`na ğüfranəkə- Rabbəna və ileykə`l masir».
Səcdə ayələri aşağıdakılardır:
1. Əs-Səcdə surəsi 15-ci ayə
2. Fussilət surəsi 37-ci ayə
3. Ən-Nəcm surəsi 62-ci ayə
4. Əl-Alaq surəsi 19-cu ayə
5. Əraf surəsi 206-cı ayə
6. Rad surəsi 15-ci ayə
7. Nəhl surəsi 49-cu ayə
8. Hacc surəsi 18-ci ayə
9. Məryəm surəsi 58-ci ayə
10. İsra surəsi 107-ci ayə
11. Furqan surəsi 60-cı ayə
12. Nəml surəsi 25-ci ayə
13. Sad surəsi 24-cü ayə
14. İnşiqaq surəsi 21-ci ayə
Qeyd: Namaz qılarkən əməl edilən qaydalar (dəstəmazlı olmaq, geyim və s.) ayənin səcdəsini yerinə yetirərkən də keçərlidir.