Namaz nədir?

Namaz nədir?

Namaz dinin elə əhəmiyyətli əməllərindəndir ki, əgər Allah dərgahında qəbul olsa, şəxsin başqa əməlləri də qəbul olar. Əgər qəbul olmasa, insanın başqa əməlləri də qəbul olunmaz. Belə ki, əgər insan gecə-gündüz ərzində beş dəfə axar çayda çimərsə, onun bədənində çirk qalmaz; o beş vaxtda olan namaz da şəxsi günahlarından pak edir. Daha yaxşıdır ki, insan namazı vaxtında qılsın. Namazı yüngül və əhəmiyyətsiz sayan şəxs, namaz qılmayan şəxs kimidir. Peyğəmbər (s.ə.v.) buyurub: «O şəxs ki, namaza əhəmiyyət vermir və onu yüngül sayır, axirət əzabına layiqdir». Bir gün Həzrət məsciddə idi ki, bir kişi məscidə daxil olub namaz qılmağa məşğul oldu və namazın rüku və səcdələrini kamil şəkildə yerinə yetirmədi. Həzrət buyurdu: "Əgər bu kişi bu cür ki, namaz qılır, dünyadan köçsə, mənim dinimdən kənar bir şəxs kimi dünyadan köçmüş olar". Demək insan gərək diqqətli olub, tələsik halda namaz qılmasın və namaz halında Allahı yad edib müti, təvazökar və ləyaqətli olsun.
Diqqətli olsun ki, kiminlə danışır və özünü böyük və əzəmətli Xudavəndi-aləmin qarşısında çox kiçik və heç nə görünsün. Əgər insan namaz vaxtında bu mətləbə layiqincə diqqət yetirsə, özündən xəbərsiz olar, necə ki, namaz halında oxu Həzrət Əli (ə.s.) cənablarının mübarək ayağından çıxartdılar və o Həzrət hiss etmədi. Habelə, gərək namaz qılan tövbə və istiğfar etsin və həsəd (paxıllıq), təkəbbür, qeybət, haram yemək, içki içmək, xüms və zəkat verməmək kimi namazın qəbul olunmasına mane olan günahlardan və hər bir günahdan özünü saxlasın və həmçinin namazın savabının azalmasına səbəb olan işləri görməsin. Məsələn, yuxulu halda, bövlü olan halda namaza durmasın. Namaz vaxtı göyə baxmasın. Namazın savabını artıran işlər görsün. Məsələn, barmağına əqiq üzük taxsın, pak paltar geysin, başını darasın, dişlərini yusun və özünə ətir vursun.

VACİB NAMAZLAR

Vacib namazlar altıdır:
1. Gündəlik namaz.
2. Ayət namazı.
3. Meyit namazı.
4. Kəbə evinin təvafı zamanı qılınan namaz.
5. Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı.
6. Əhd etmək, and içmək, nəzir demək və icarə üçün vacib olan namazlar və cümə namazı.

Top