Bir borcum var idi. Elə bir borc ki, heçnə ilə əvəz edilməz. Canımı, hətta nəfəs aldığımçun da Ona minnətdar idim. Ən pisi isə bu idi ki, bu borcu ödəməyim mümkünsüzdü. Bəs nə edim? Hər şeyim əvəzində bir quru təşəkkür?... Yox, bu insanlığa yaraşmaz! Düşündüm.... Bu düşüncəm çox uzun çəkmədi ki, cavabı tapdım. Borcu ödəməm mümkünsüzsə, heç olmasa təşəkkürü elə demək lazımdır ki, bu həm qəlbən, həm gözəl, həm də mədəni, alicənab olsun. Belə bir təşəkkürü O özü bizə öyrətmiş və bizdən tələb etmişdir. Bunu anladığım vaxt tez ayağa qalxdım. Daha düşünməyə, gözləməyə vaxt yox idi. Onsuzda illərdir gecikmişdim. Halbuki,
Dəstəmaz aldım, üzü qibləyə dayanıb, ilk dəfə əllərimi qaldıraraq "ALLAHU ƏKBƏR" dedim. Bu sözü deyərkən bütün vücudum əsdi. İlk dəfə idi ki, belə hisslər keçirirdim. Onun böyüklüyünü və varlığını indi daha çox dərk etdim və indi özümü Ona daha yaxın hiss etdim. Ən alicənab təşəkkür elə bu namaz idi ki, gözəl sözlərlə Onun varlığını və təkliyini təsdiq edəsən. Səcdəyə getdiyimdə bunun indiyə qədər etdiyim əməllər arasında ən düzgün əməl olduğunu anladım. Yalnız ALLAHA baş əyərkən insan ucalar. Allahdan başqa kimsəyə baş əyilməz. Səcdə yalnız Ona layiqdir. Namaz qılınca elə qəribə hisslər keçirirdim ki, sözlə izah etmək mümkünsüz. Həm sevinc, həm kədər. Özümü həm şərəfli, həm də elə aciz hiss etdim ki... Sevinirdim, şərəflənirdim ona görə ki, Allaha baş əyirdim, namaz qılıb, Onun əmrini yerinə yetirirdim. Kədərlənirdim, ona görə ki, nə qədər aciz imişəm, heç vaxt ödəyə bilməyəcəyim borcu, bircə namazla təşəkkür belə etməmişdim. Çox utandım... Ya belə ölərdimsə, axirət günü etdiyim günahlara rəğmən yenə də mənə rəhm edən Allahın qarşısında necə dayanacaqdım, "mənə hər şey verdin, amma mən Sənin dediklərini etmədim. İcazə vermədiklərini etdim, savab deyib əmr etdiklərinisə etmədim, namaz belə qılmadım". Allah qarşısında bu sözləri demək bəlkə cəhənnəmdə yanmaqdan daha pisdi. Bəzən elə insanlar var ki, deyir- "Namaz qılmıram, amma şükür edirəm". Bir düşünün... Allah bizə hər şey verdiyi halda nə üçün bircə şükrü Onun istədiyi, əmr etdiyi kimi namazla etmiyək? Yəni Tanrının bizə verdiyi bu qədər vaxtın 25 dəqiqəsini Ona həsr etməyə qıymadıqmı? Nə yazıq bəndələrik.... "Allahım... Yalvarıram, Rəhminlə bizləri bağışla. Bizlərə namaz qılmağın dəyərini, şərəfini anlat və bizləri Sənə səcdə etməyə müvəffəq et". AMİN. (Müəllif özüməm)