Bu, ən gözəl ibadət növünə əməl etməyən insana bir müraciətdir. Bəli, dostum, sən yanılmırsan, mən sənə müraciət edirəm. Şəxsən sən, ən gözəl ibadət növünü tərk edirsən, o ibadət ki, bizə Allah tərəfindən fərz(vacib, yerinə yetirilməsi mütləq olan)buyurulub. Məhz sən ağılsızlıq edib ibadəti tərk etmisən, namaz qılmaq istəmirsən.
Biz, spirtli içki qəbul edən müsəlman gördükdə deyirik: "Müsəlman qardaş, spirtli içki içmə!" Biz yarıçılpaq müsəlman qadın gör dükdə deyirik: "Müsəlman bacı, bu cür geyinmək iman gətirmiş bir qadına yaraşmaz!" Ey ibadət etməyən, namaz qılmayan insan! Səni gördükdə səni özümüzə necə yaxınlaşdıraq, səni necə sevək, sənə necə müraciət edək?
Spirtli içki qəbul edən ibadət əhlinə mən "Müsəlman qardaş" deyə bilərəm, çünki onun əməli günah adlandırılmışdır. Yarıçılpaq geyinmiş qadına "Müsəlman bacı" deyə bilərəm, çünki onun əməli günah adlandırılmışdır. O ki qaldı sənə, ey namaz qılmayan! Əgər peyğəmbər (Allahın ona salavat və salamı olsun) sənin etdiyin əməli "Küfr" (Allaha qarşı çıxmaq, ən böyük günah, bəzi hallarda dindən uzaqlaşmaq) adlandırmışsa, mən səni necə adlandırım? Bax əsas problem bundadır. Mən sənə necə müraciət edim? Özümü sənə necə yaxın edim? Axı səni müsəlman kimi necə sevim? Çünki, sən Rəbbimizin möminlər üçün hazırladığını qazanmaq istəmirsən. Əlbəttə, indi mənə deyəcəksən ki: "Nəyə görə? Necə yəni? Sən səhv edirsən. Nəyə görə sən deyirsən ki, mən Rəbbimin mükafatını, Onun razılığını və sevgisini qazanmaq istəmirəm?" Sənə cavabım belə olacaq: "Əgər sən Allahın razılığını və mükafatını qazanmaq istəyir və dediklərində səmimisənsə, onda sənə məscidə girib namaz qılmağa mane olan nədir?" Sən sübut etmək istəyirsən ki, Allahı sevirsən? Yaxşı! Mən sənə istehza etmək istəmirəm, mən sadəcə anlamaq istəyirəm, nəyə görə sən namaz qılmırsan? Sən həyatda bir dəfə də olsun heç özünə bu sualları vermisənmi? "Nəyə görə mən namaz qılmıram?" "Nəyə görə insanlar məscidə gedir, mən isə getmirəm?" "Nəyə görə insanlar arasında, cəmiyyətdəki mövqeyindən, kişi və ya qadın, şikəst və ya sağlam, varlı və ya kasıb, danışdığı dillərin müxtəlifliyindən, dərisinin qara və ya ağ olmasından asılı olmayaraq Allahdan qorxub ona təslim olaraq səcdə ilə şükür edənlər var, amma mən bunu etmirəm?" "Mənim onlardan nəyim əskikdir?" Bəlkə sən özünü onlardan üstün hesab edirsən? Onda belə çıxır ki, sənə Rəbbinin qarşısında durub ibadət etməyə təkəbbür -lüyün mane olur? Yox! Axı təkəbbürlük... Yox! Yox! Yox! Allahdan diləyirəm ki, O səni bundan qorusun. Yox! Allah bunu səndən uzaq etsin! Həmçinin, mən namaz qılmayan qadına müraciət edirəm: "Ey Allahın qulu! Sən düşünürsən ki, namaz yalnız kişilərə fərzdir? Allaha and olsun ki, namaz necə kişilər üçün eləcə də qadınlar üçün fərzdir. Namaz - bizim hər birimizə fərzdir" Ey namazı tərk edən, məni dinlə! Hirs -lənmə! Mən istəmirəm ki, sən qəzəblənəsən. Sadəcə mən istəyirəm ki, biz birlikdə Cənnətə nail olaq. Bəlkə sən Cənnəti istəmirsən...? Sənə bildirmək istəyirəm ki, çoxları namaz qılmaq istəyir, hətta İslamda olma -yanlar belə. Onlar həsəd aparırlar ki, Allah səni müsəlmanlardan edib. Allah Özü bizə bu barədə xəbər verir: "Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar." Onlar hətta həsəd aparırlar ki, Allah sənə beş vaxt namaz qılmağı əmr edib. Axı bir çoxlarının İslama gəlməsinə səbəb məhz namaz olub. Reno adlı bir fransız demişdir: "Hər dəfə məscidə girdikdə, məni rəğbət və maraq hissi bürüyürdü" Başqa sözlə, bu fransız demək istəyir ki, o, müsəlman olmadığı üçün tam məyus olurmuş. Sən isə müsəlman ola - ola istəmirsən Allahın evinə daxil olasan! İstəmirsən namaz qılasan! Nəyə görə sən indiyədək namaz qılmırsan? Mənə cavab ver, Allaha and olsun ki, mən səni dinləyəcəm, sənin problemlərini anlamağa çalışacağam. Bircə mənə cavab ver, nəyə görə namaza başlamırsan? Sənə bir nəfər barədə də danışacağam, onun adı Tomas Arnolddur. Bir dəfə o dedi: "Hər bir insan ilk dəfə müsəlmanlarla qarşılaşdıqda, təsirlənir və onların dinlərinə olan sevgisi onu heyrətə gətirir. Həqiqətən, göz oxşayır görəndə ki, insan, harada olursa olsun, istər yolda və ya dəmir yolunda, və ya sahədə, bütün işlərini tərk edərək, sakit və təmkinlə müəyyən vaxtlarda namaz qılmağa başlayır" Bəs Misirdəki yəhudi icmasının rəhbəri Zakki Qərib barədə eşitmisən? O, deyib: "Özümə daima verdiyim və məni narahat edən sual "Nəyə görə mən İslamı qəbul etmirəm?" idi. Mən kənd plantasi -yalarında namaz qılanları görəndə, bu sual məni narahat edirdi və məndə onlarla birlikdə onlar kimi namaz qılmağa istək yaranırdı. Həmd olsun Allaha ki, O, məni İslama gətirdi, buna qədər isə mən altmış beş il namazdan uzaq idim". O, hiddətli namaz qılmaq istəyi ilə altmış beş yaşında İslamı qəbul etdi. Bilirsən bunu nə üçün vurğulayıram? Sən axı bilirsən yəhudi və xristianlar bizim namaza həsəd aparırlar, amma sən müsəlman, onu tərk edirsən. Məgər qorxmursanmı Allah səndən İslamı geri alar!? Mən sənə görə qorxu -ram.Vaxtını itirmə, ayağa qalx, tələs öz Rəbbinə ibadət etməyə, get və namaz qıl! Yoxsa indi də yeni bəhanə tapmısan? "Bilirsən dostum, mən işləyirəm, pul da qazanmalıyam, heç vaxtım yoxdur namaz qılmağa" Doğrudur? Düz tapmışam? Budur sənin yeni bəhanən? Elə isə, ey Allahın qulu, bax gör Allah rəsulu (Allahın ona salavat və salamı olsun) nə deyib: "Uca Allah buyurub: "Həqiqətən, biz mal - dövləti göndərdik ki, namaz qılınsın və zəkat verilsin"" Bəlli oldumu nəyə görə Uca Allah sənə iş nəsib edib, onun vasitəsi ilə pul qazanırsan? Allah sənə mal - dövləti namazın qılınması və zəkatın verilməsi üçün verib! Sən yenə deyirsən ki, məşğulsan? Sənin vaxtın yoxdur? Qorxursan ki, namaza ğörə pullarını itirərsən? Yox! Axı əksinə bu əməlin səni müflis edəcək. Bax gör Uca Allah nə buyurur, o kəslər barəsində ki, mal - dövlət və işləri onları dini ehkamları yerinə yetirməkdən yayındırıb: "Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz. Axirət isə daha xeyirli və daha sürəklidir". Uca Allah həmçinin buyurur: "Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı Ağır Günü görməməzliyə vururlar". Bəs nə vaxtsa bu hədisi eşitmisən? Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə bildirib ki, Uca Allah buyurub: "Ey insan, Mənə ibadət etmək üçün vaxt ayır, Mən sənin qəlbini zəngin edib səni yoxsulluqdan qurtararam. Əgər bunu etməsən, səni məşgul edib kasıblıqdan çıxarmaram" Eşitdinmi? Həqiqətən Allah - ruzi verəndir. Pulu və mülkü O verir. Bunlardan bizi məhrum edən də Odur. Qəribədir ki, bunlardan sonra namaz qılmayan insanlar tapılır.
Tərcümə etdi: Abu Muslim/feqih.com