Namaz

Namaz

Adəm (ə) bəri,hər dində bir vaxt namaz vardı.Hamısının qıldığı bir araya gələrək,Məhəmməd (s.a.v.) inananlara fərz edildi.Namaz qılmaq, imanın şərti deyildir.Fəqəd,namazın fərz olduğuna inanmaq ,imanın şərtidir.

Namaz,dinin dirəyidir.Namazını dəvamlı,doğru və tam olaraq qılan kimsə,dinini qurmuş,İslam Binasını ayaqda durdurmuş olur.Namazı qılmayan,dinini və İslam binasını yixmış olur.Əfəndimiz (s.a.v.) buyurdu ki, (Dinimizin başı namazdır).Başsız insan olmadığı kimi,namazsız da, din olmaz.

Namaz,İslam dinində imandan sonra ilk fərz edilən əmrdir.Allah (c.c),qullarının yalnız ona ibadət etmələri üçün namazı fərz etdi.Müqəddəs kitabımızda yüzdən çox ayətdə (Namaz qılın!) buyrulmağdadır.Hədis-i şərifdə, "Allah (c.c), hərgün beş vaxt qılmağı fərz etdi.Qiymət verərək və şərtlərinə uyaraq,hərgün beş vaxt namaz qılanı Cənnət ilə mükafatlandıracağına  söz verdi."

Namaz,dinimizdə edilməsi əmr edilən bütün ibadətlərin ən qiymətlisidir.Bir hədis-i şərifdə,(Namaz qılmayanın İslamdan nəsibi yoxdur!) buyruldu.Yenə bir hədis-i şərifdə (Mömin ilə kafiri ayıran fərq,namazdır) buyruldu.Yəni mömin namaz qılar,kafir qılmaz.Münafiqlər isə bəzən qılar,bəzən qılmaz.Münafiqlər,Cəhənnəmdə cox acı əzab görəcəkdir.Peyğəmbər əfəndimiz (s.a.v.) buyurdu ki: (Namaz qılmayanlar,qiyamət günü,Allahı (c.c) əsəbi olaraq görəcəkdirlər.)

Namaz qılmaq,Allahın (c.c) böyüklüyünü  düşünərək,onun qarşısında öz acizliyivi başa düçməkdir.Bunu anlayan kimsə,həmişə yaxşılıq edər.Heç vaxt pislik etməz.Hər gün beş dəfə,Rəbbinin hüzurunda olduğunu niyət edən  kimsənin qəlbi ixlas ilə dolar.Namazda edilməsi əmr olunan hər hərəkət,qəlbə və bədənə faydası toxunmaqdadır.

Camilərdə cəmaat ilə namaz qılmaq,müsəlmanların qəlblərini bir birinə bağlar.Aralarında sevgi yaradar,qardaş olduqlarını başa düşməklərini sağlar.Böyüklər balacalara mərhəmətli olar.Balacalarda böyüklərə sayqılı olar.Sağlamlar,xəstələri məsciddə görməyincə evlərində axtararlar.

Namaz insanları,çirkin,pis və qadağan olunmuş şeylərdən çəkindirər.Günahlara kəfarət olar.Hədis-i şərifdə,(Beş vaxt namaz,sizdən birinizin qapısında axan nəhr kimidir.Bİr kimsə,o nəhrdə hər gün beş dəfə girib yıxansa,üzərində kir qalmayacağı kimi,beş vaxt namaz qılanlarında,belə kiçik günahları əfv olunar) buyuruldu.

Əfəndimiz (s.a.v.) buyurduki:Ey ümmət və Əshabım! Ədasına təmamilə riayət olunan namaz,rəbbimizin bəyəndiyi bütün əməllərin ən üstünüdür.Peyğəmbərlərin sünnətidir.Mələklərin sevdiyidir.Marifətin yerin və göyün nurudur.Bədənin qüvvətidir.Rızkların bərəkətidir.Duanın qəbulu üçün vasitədir.Mələk-ul-məvtə (yəni ölüm mələyinə),şəfaətçıdır.Qəbrdə işıq,Münkər və Nəkirə cəvabdır.Qiyamət günündə üzərinə kölgədir.Cəhənnəm alovu ilə senin aranda bir sipərdir.Sirat körpüsünu ildırım kimi geçiricidir.Cənnətdə başına tacdır.Allah (c.c) möminlərə namazdan önəmli bir ibadət verməmişdir.Zira mələklərin kimi dəvamlı qiyamda,kimi rükuda,kimi səcdədə,kimi də təşəhhüddədir.Bunların hamısını bir rəkat namazda toplayıb,möminlərə hədiyyə verdi.Zira namaz,imanın başı dinin dırəyi,islamın kavli(sözü),möminlərin miracıdır.Göyün nuru və Cəhənnəmdən qurtarıcıdır.

Bir gün Hz.Əli (r.a) ikindi namazı geçmişdi.Üzüntüsündən özünü bir təpədən aşağı atdı.İnləyə inləyə ağlayıb,fəryad etdi.Peyğəmbərimiz Məhəmməd Mustafa (s.a.v.) onun bu durumundan xəbər alinca, əshabı ilə bərabər Hz.Əli (r.a) yanına gəldilər.Halını görüncə,kainatın əfəndisi olan peyğəmbərimiz (s.a.v.) ağlamağa başladı.Dua etdi.Günəş təkrar yüksəldi.Rəsulullah (s.a.v.) əfəndimiz: (Ya Əli! Başını qaldır,günəş hələ görünür) buyurdu.Hz.Əli (r.a) buna çox sevindi və namazını qıldı.Hz.Əbu Bəkr siddiq (r.a) bir gecə,çox ibadət etdiyindən,gecə sonunda yatıb.Vitr namazı gecti.Sübh namazında,əfəndimizi izləyərək,məscid qapısında hüzuruna gəlib,fəryad etdi.( Ya Rəsulullah imdadıma yetiş,vitr namazı geçti) deyə ağlayaraq yalvardı.Əfəndimiz də ağlamağa başladı.Bunun üzərinə Cəbrail (ə) gəlib,(Ya Rəsulullah! Siddiqə söylə ki, Allah (c.c) onu əfv elədi) dedi.

Yəni dəyərli müsəlmanlar İslam dininin önəmli isimləri namazın vaxtını qaçırdığı üçün bu qədər fəryad edirsə,bizlər heç namaz qılmaya-qılmaya feryad etmiriksə Allah (c.c) bizim günahımızdan keçsin.Qəlbimizə hidayət,gözümüzə nur versinki doğruları görərək,Allaha sığınaq.Amin!

Top